Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • QÜDRƏTYAB

    ə. və f. özündə qüdrət tapan; gücü çatan; bacaran

    Tam oxu »
  • QÜDS

    ə. 1) müqəddəslik; 2) pak, pakizə; 3) Fələstinin mərkəzi olan Beytülmüqəddəs şəhərinin adlarından biri

    Tam oxu »
  • QÜDSAŞİYAN

    ə. və f. müqəddəs məkanlı

    Tam oxu »
  • QÜDSİ

    ə. müqəddəs olan, müqəddəsə aid olan

    Tam oxu »
  • QÜDSİYYƏT

    ə. müqəddəslik

    Tam oxu »
  • QÜDSİYYƏTPƏRVƏR

    ə. və f. pak, əziz olan

    Tam oxu »
  • QÜDUM

    ə. gəlib çıxma; uzaq yoldan gəlib yetişmə

    Tam oxu »
  • QÜDUMİYYƏ

    ə. böyük bir adamın səfərdən qayıtması münasibətilə verilən hədiyyə, bəxşiş

    Tam oxu »
  • QÜDVƏ

    QÜDVƏ1 ə. 1) öndə gedən, öncül, rəhbər; 2) təqlid nümunəsi; 3) örnək, nümunə. QÜDVƏ2 ə. səhər, sübh

    Tam oxu »
  • QÜDVƏTÜŞŞÜƏRA

    QÜDVƏTÜŞŞÜƏRA’ ə. şairlərin qabaqcılı, şairlərin başçısı; çox görkəmli şair

    Tam oxu »
  • QÜFL

    ə. qıfıl, kilid

    Tam oxu »
  • QÜFLBƏND

    ə. və f. 1) qıfılla bərk bağlanmış; 2) müəmma formasında aşıq şeri; qıfılbənd

    Tam oxu »
  • QÜFRAN

    ə. bağışlama, əvf, mərhəmət

    Tam oxu »
  • QÜFRANPƏZİR

    ə. və f. bağışlanması, bağışlana bilən, bağışlanmalı

    Tam oxu »
  • QÜLA

    QÜLA’ ə. dabaq, ağız xəstəliyi (heyvanlarda)

    Tam oxu »
  • QÜLABƏ

    ə. baş bəzəyi (başa taxılan quş tükü, gül və s.)

    Tam oxu »
  • QÜLBƏ

    ə. əsli y. «külbə» 1) çardaq, talvar; 2) hava çəkmək üçün təndirin aşağı hissəsindəki dəlik

    Tam oxu »
  • QÜLĞÜLƏ

    ə. hay-küy, qışqırıq

    Tam oxu »
  • QÜLL

    ə. dustaqların boynuna, əlinə və ayağına vurulan zəncir

    Tam oxu »
  • QÜLLAB

    ə. 1) çəngəl, qarmaq; 2) zülfün ucu, saçın ucu; 3) çarx, təkər

    Tam oxu »
  • QÜLLABİ

    ə. fırıldaq, saxta

    Tam oxu »
  • QÜLLƏ

    ə. 1) təpə, zirvə; 2) sütunvarı uca bina; 3) bəzi evlərin üstündə uca çıxıntı

    Tam oxu »
  • QÜLUB

    ə. «qəlb» c. qəlblər, könüllər, ürəklər

    Tam oxu »
  • QÜLÜV

    QÜLÜV(V) ə. 1) həddini aşma; tüğyan etmə; 2) şişirtmə, mübaliğə

    Tam oxu »
  • QÜLÜVV

    QÜLÜV(V) ə. 1) həddini aşma; tüğyan etmə; 2) şişirtmə, mübaliğə

    Tam oxu »
  • QÜMAR

    QÜMAR1 ə. qumrular. QÜMAR2 ə. kütlə, yığın

    Tam oxu »
  • QÜMQÜMƏ

    ə. 1) girdə dəstəli su bardağı; 2) su qabı; 3) ağaclara ziyan verən tırtıl

    Tam oxu »
  • QÜMUM

    ə. «qəm» c. qəmlər, kədərlər

    Tam oxu »
  • QÜNC

    ə. naz, naz-qəmzə

    Tam oxu »
  • QÜNNƏ

    ə. dilçilikdə: burun səsi

    Tam oxu »
  • QÜNUDƏ

    ə. yatmış, yuxulamış, yuxuya getmiş

    Tam oxu »
  • QÜNUT

    QÜNUT1 ə. itaət etmə, boyun əymə. QÜNUT2 ə. ümidini kəsmə; naümidlik, məyusluq

    Tam oxu »
  • QÜRA

    ə. «qəryə» c. kəndlər

    Tam oxu »
  • QÜRAB

    ə. qarğa

    Tam oxu »
  • QÜRABİYYƏ

    ə. un, şəkər, süd, badam və s. qarışığından bişirilən kövrək qoğal

    Tam oxu »
  • QÜRBƏT

    QÜRBƏT1 ə. 1) yaxın olma; yaxınlıq; 2) qonşu olma; qonşuluq; 3) civar, ətraf. QÜRBƏT2 ə. 1) qəribəlik, yad ölkədə olma; 2) xarici ölkə, yad yer

    Tam oxu »
  • QÜRBƏTKEŞ

    ə. və f. qürbətdə olmuş, yad yerdə yaşamış

    Tam oxu »
  • QÜRBƏTZƏDƏ

    ə. və f. qürbətdə olan, yad yerdə yaşayan

    Tam oxu »
  • QÜRBİYYƏT

    ə. qonşuluq; yaxın münasibət

    Tam oxu »
  • QÜREYŞ

    ə. ərəb qəbilələrindən birinin adı

    Tam oxu »
  • QÜREYŞİ

    ə. Qüreyş qəbiləsinə mənsub adam; həmən qəbilədən olan Məhəmməd peyğəmbərə verilən ad

    Tam oxu »
  • QÜRƏ

    QÜR’Ə ə. bəxti sınamaq üçün atılan zər, alınan bükülü kağız və s.; püşk

    Tam oxu »
  • QÜRƏBA

    QÜRƏBA’ ə. «qərib» c. qəriblər

    Tam oxu »
  • QÜRƏNA

    QÜRƏNA’ ə. «qərin» c. hökmdarın yaxın ətrafı; hökmdarla xidməti əlaqəsi olan adamlar

    Tam oxu »
  • QÜRƏVİ

    ə. 1) kəndli, kəndçi; 2) kəndə aid olan, kəndlə əlaqəsi olan

    Tam oxu »
  • QÜRFƏ

    ə. otaq; çardaq

    Tam oxu »
  • QÜRRAN

    ə. nərildəyən, nərə çəkən; bağıran

    Tam oxu »
  • QÜRRƏ

    QÜRRƏ1 ə. 1) şadlıq, sevinc; 2) təzəlik. QÜRRƏ2 ə. 1) lovğalıq, özünü öymə; 2) parlaqlıq, parıldama // parıldayan şey; 3) sübhün ilk şəfəqi, ilk dan;

    Tam oxu »
  • QÜRRƏNDƏ

    ə. anqıran, bağıran

    Tam oxu »
  • QÜRRƏTÜLEYN

    QÜRRƏTÜL’EYN ə. 1) göz işığı, göz nuru; 2) m. əziz övlad

    Tam oxu »