Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • ÜNAS

    ə. «ünsa» c. qadınlar, qızlar

    Tam oxu »
  • ÜNF

    ə. şiddət, sərtlik

    Tam oxu »
  • ÜNFİ

    ə. şiddətli, sərt

    Tam oxu »
  • ÜNQ

    ə. boyun, gərdən

    Tam oxu »
  • ÜNQUD

    ə. salxım

    Tam oxu »
  • ÜNS

    ə. bax ünsiyyət (2-ci mənada)

    Tam oxu »
  • ÜNSİYYƏT

    ə. 1) dostluq, yaxınlıq; 2) alışma, ülfət, uyuşma

    Tam oxu »
  • ÜNSÜR

    ə. mürəkkəb cisimləri təşkil edən bəsit üzvlərdən hər biri; element; komponent

    Tam oxu »
  • ÜNVAN

    ə. 1) ad; 2) sərlövhə, başlıq; 3) insanın yaşadığı yerin koordinatları; 4) rütbə; 5) üsul, tərz

    Tam oxu »
  • ÜRBAN

    ə. «ərəb» c. köçəri ərəblər, bədəvi ərəblər

    Tam oxu »
  • ÜRƏFA

    ÜRƏFA’ ə. «arif» c. ariflər, arif adamlar

    Tam oxu »
  • ÜRF

    ÜRF1 f. 1) adət, dəb; 2) fövqəladə vəziyyət. ÜRF2 ə. yaxşılıq, xeyirlilik

    Tam oxu »
  • ÜRFƏN

    ə. ölkənin adətinə, dəbinə uyğun; vaxta görə

    Tam oxu »
  • ÜRFİ

    ə. fövqəladə vəziyyətə aid olan

    Tam oxu »
  • ÜRUC

    ə. yuxarı çıxma, göyə qalxma

    Tam oxu »
  • ÜRUQ

    ə. «ərəq» c. tərlər

    Tam oxu »
  • ÜRVƏ

    ə. 1) ilmə, ilgək; 2) qulp, dəstə; 3) bağ, bənd, tel; 4) m. rabitə, əlaqə

    Tam oxu »
  • ÜRVƏTÜLVÜSQA

    ə. möhkəm əlaqə, möhkəm rabitə

    Tam oxu »
  • ÜRY

    ə. bax üryani1

    Tam oxu »
  • ÜRYAN

    ə. çılpaq, lüt

    Tam oxu »
  • ÜRYANİ

    ÜRYANİ1 ə. çılpaqlıq, lütlük. ÜRYANİ2 ə. nazik qabıqlı ərik növü

    Tam oxu »
  • ÜRZ

    ə. ehtiyac

    Tam oxu »
  • ÜSARƏ

    ə. sıxılıb çıxarılan meyvə şirəsi

    Tam oxu »
  • ÜSAT

    ə. «asi» c. asilər

    Tam oxu »
  • ÜSCÜDU

    ə. səcdə edin!

    Tam oxu »
  • ÜSƏRA

    ə. «əsir» c. əsirlər

    Tam oxu »
  • ÜSFUR

    ə. sərçə

    Tam oxu »
  • ÜSLUB

    ə. 1) stil // üsul, tərz; 2) dil, ifadə üsulu

    Tam oxu »
  • ÜSLUBİ

    ə. üsluba aid olan

    Tam oxu »
  • ÜSLUBİYYAT

    ə. stilistika

    Tam oxu »
  • ÜSRƏT

    ə. 1) çətinlik, zəhmət; 2) sıxıntı, ehtiyac

    Tam oxu »
  • ÜSS

    ə. 1) kök, təməl, özül; 2) əsil, bünövrə; 3) riyaziyyatda: kəmiyyətin neçənci qüvvəyə qaldırıldığını göstərən rəqəm; üst

    Tam oxu »
  • ÜSSÜLMƏBANİ

    ə. binaların özülü, tikintilərin təməli

    Tam oxu »
  • ÜSTÜXAN

    f. sümük

    Tam oxu »
  • ÜSTÜRLAB

    ə. əsli y. astronomiyada: bucaq ölçən alət, rəsəd aləti

    Tam oxu »
  • ÜSTÜVANƏ

    ə. dirək, sütun; silindr

    Tam oxu »
  • ÜSTÜVAR

    f. sağlam, möhkəm, qüvvətli

    Tam oxu »
  • ÜSUL

    ə. «əsl» c. 1) əsllər; 2) t. qanun, prinsip; 3) t. tərz, yol; 4) t. yavaşlıq, mülayimlik. Üsuli-cədid yeni üsul; üsuli-idarə ölkənin dövlət quruluş, i

    Tam oxu »
  • ÜSULİ

    ə. 1) hüquqşünas; 2) islam dini təriqətçilərindən biri; 3) bu təriqətə mənsub olan müsəlman

    Tam oxu »
  • ÜSUR

    ə. «əsr» c. əsrlər, yüzilliklər

    Tam oxu »
  • ÜSYAN

    ə. 1) mövcud quruluşa qarşı silahlı çıxış; 2) asi olma, qarşı durma

    Tam oxu »
  • ÜSYANKAR

    ə. və f. 1) itaət etməyən, boyun əyməyən, tabe olmayan; 2) asi olan

    Tam oxu »
  • ÜSYANKARANƏ

    ə. və f. üsyankarcasına, üsyankarlıqla

    Tam oxu »
  • ÜŞKUFƏ

    f. açılmış gül; çiçək

    Tam oxu »
  • ÜŞKUFƏZAR

    f. güllük, çiçəklik

    Tam oxu »
  • ÜŞR

    ə. 1) onda bir (say); 2) məhsulun onda biri miqdarında dini vergi

    Tam oxu »
  • ÜŞŞAQ

    ə. «aşiq» c. 1) aşiqlər; 2) t. muğamatda bir pərdə adı

    Tam oxu »
  • ÜŞŞAQFƏRİB

    ə. və f. aşiqləri aldadan

    Tam oxu »
  • ÜTARİD

    ə. Merkuri (planet)

    Tam oxu »
  • ÜTƏQA

    ÜTƏQA’ ə. «ətiq» c. qədim, köhnə şeylər // antikvariat

    Tam oxu »