Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • ƏR

    f. «əgər»in qısaldılmış forması əgər, əgər ki (əsasən şeirdə işlədilir)

    Tam oxu »
  • ƏRAB

    Ə’RAB ə. «ərəb» c. ərəblər; t. çöldə yaşayan ərəb qəbilələrindən olan; çöllü, bədəvi

    Tam oxu »
  • ƏRABİ

    Ə’RABİ ə. çöllü ərəb, bədəvi ərəb

    Tam oxu »
  • ƏRACİF

    ə. «ircaf» c. yalan xəbərlər; şayiələr

    Tam oxu »
  • ƏRAF

    Ə’RAF ə. 1) hündür yer, yüksək ərazi; 2) cənnətlə cəhənnəm arasındakı yer

    Tam oxu »
  • ƏRAİK

    ə. «ərikə» c. taxtlar

    Tam oxu »
  • ƏRAİZ

    ə. «ərizə» c. ərizələr

    Tam oxu »
  • ƏRAMİL

    ə. «ərmələ» c. dul qadınlar

    Tam oxu »
  • ƏRAZ

    Ə’RAZ ə. «ərəz» c. sonradan əmələ gələn hallar, keyfiyyətlər

    Tam oxu »
  • ƏRAZİ

    ə. «ərz» c. 1) yerlər; 2) t. sahə

    Tam oxu »
  • ƏRAZİL

    ə. «ərzəl» c. rəzillər, alçaqlar

    Tam oxu »
  • ƏRBA

    ə. xalis ərəb, əsil ərəb

    Tam oxu »
  • ƏRBAB

    ə. «rəbb» c. 1) t. yiyə, sahib; 2) t. mülkədar. Ərbabi-daniş alim(lər); ərbabi-hunər hünərli(lər); ərbabi-qələm savadlı(lar); ərbabi-süxən söz ustalar

    Tam oxu »
  • ƏRBƏ

    ƏRBƏ’ ə. bax ərbəə

    Tam oxu »
  • ƏRBƏA

    ƏRBƏA’ ə. bax yövmül’ərbəa’

    Tam oxu »
  • ƏRBƏDƏ

    ə. dava, qalmaqal, gurultu-partıltı

    Tam oxu »
  • ƏRBƏDƏCU

    ə. və f. davakar, qalmaqalçı, qovğaçı, dalaşqan

    Tam oxu »
  • ƏRBƏƏ

    ə. dörd

    Tam oxu »
  • ƏRBƏİN

    ə. bax ərbəun

    Tam oxu »
  • ƏRBƏUN

    ə. 1) qırx // qırxıncı; 2) qışın əvvəlindən «xəmsin » adlanan hissəsinə qədər qırx gün

    Tam oxu »
  • ƏRCƏH

    ə. ən yaxşı, ən üstün; daha yaxşı, daha üstün

    Tam oxu »
  • ƏRCUZƏ

    ə. rəcəz vəznində şeir

    Tam oxu »
  • ƏRCÜMƏND

    f. 1) şərəfli; 2) möhtərəm, hörmətli

    Tam oxu »
  • ƏRƏB

    ə. əsil vətənləri Ərəbistan yarımadası olan sami xalqlarından biri

    Tam oxu »
  • ƏRƏBİ

    ə. 1) ərəbcə, ərəb dili; 2) ərəb dilinə və millətinə mənsub; 3) ərəb üslubunda

    Tam oxu »
  • ƏRƏBİYYƏT

    ə. ərəbşünaslıq

    Tam oxu »
  • ƏRƏC

    Ə’RƏC ə. topal, axsaq

    Tam oxu »
  • ƏRƏFAT

    ə. Məkkədə ərəfə günü hacıların durduqları yer

    Tam oxu »
  • ƏRƏFƏ

    ə. 1) qurban bayramından əvvəlki gün; bayram axşamı; 2) bir işin görülməsinə qədər qalan az zaman

    Tam oxu »
  • ƏRƏQ

    ə. 1) tər; 2) araq

    Tam oxu »
  • ƏRƏQÇİN

    ə. və f. əsasən təri çəkmək üçün yüngül baş geyimi

    Tam oxu »
  • ƏRƏQİ

    ə. tərə aid olan, tərdən olan

    Tam oxu »
  • ƏRƏQİYYƏ

    ə. əsasən dərvişlərin qoyduqları baş geyimi

    Tam oxu »
  • ƏRƏQNAK

    ə. və f. tərli

    Tam oxu »
  • ƏRƏR

    ƏR’ƏR ə. 1) ardıc, ardıc kolu; 2) sərv, sərv ağacı

    Tam oxu »
  • ƏRƏSAT

    ə. «ərəsə» c. 1) meydan, açıqlıq; 2) qiyamətdə dirilən ölülərin toplanacağı meydan

    Tam oxu »
  • ƏRƏZ

    ə. 1) əslində olmayıb sonradan əmələ gələn; 2) cismin mahiyyət və məzmunundan başqa, digər xüsusiyyətləri // forma; 3) təsadüfi hadisə; 4) əlamət

    Tam oxu »
  • ƏRƏZİ

    ə. əsli olmayıb sonradan əmələ gələn

    Tam oxu »
  • ƏRFƏ

    ƏRFƏ’ ə. ən uca; daha yüksək

    Tam oxu »
  • ƏRĞƏNUN

    f. orqan (musiqi aləti)

    Tam oxu »
  • ƏRĞƏVAN

    f. 1) qırmızı rəngli qəşəng gül; 2) m. qırmızı

    Tam oxu »
  • ƏRĞƏVANİ

    f. qırmızı rəngdə olan; qırmızı

    Tam oxu »
  • ƏRHAM

    ə. «rəhim» c. döllər

    Tam oxu »
  • ƏRHƏM

    ə. ən rəhmli; daha mərhəmətli, çox rəhmli

    Tam oxu »
  • ƏRİB

    ə. ağıllı, huşlu

    Tam oxu »
  • ƏRİF

    ə. 1) adlı-sanlı; tanınmış; 2) arif, tez başa düşən, bilikli

    Tam oxu »
  • ƏRİŞ

    ə. talvar, çardaq

    Tam oxu »
  • ƏRİZ

    ə. enli, geniş

    Tam oxu »
  • ƏRİZƏ

    ə. yazılı xahiş; xahişnamə

    Tam oxu »
  • ƏRK

    ƏRK1 f. iç qala, möhkəm hasar. ƏRK2 ə. yaxınlıq münasibəti, sərbəst davranma

    Tam oxu »