kleyetipiya
kleystoqamiya
OBASTAN VİKİ
Kleyn şüşəsi
Kleyn şüşəsi (alm. Kleinsche Flasche‎) – birağızlı, təküzlü şüşə. İlk dəfə 1882-ci ildə alman riyaziyyatçı Feliks Kleyn tərəfindən tərifi verilmiş və onun şərəfinə adlandırılmışdır. Kleyn şüşəsinin belə formada olmasının səbəbi qapalı səth olmasıdır. Buna görə də Kleyn şüşəsinin daxili səthi olmayıb, sadəcə xarici səthə malikdir. Birağızlı olduğu üçün içinə tökülən hər hansı maye yenə eyni açıqlıqdan töküləcəkdir.Möbius lenti üçölçülü şəkildə göstərilə bildiyi halda, Kleyn şüşəsi dördölçülü şəkildə göstərilir.Kleyn şüşəsinə baxarkən ona dördölçülü fəzada olan bir cismin üçölçülü fəzadakı əksi kimi baxmaq lazımdır. Yəni Kleyn şüşəsi dördölçülü fəzada mövcuddur.
Lev Kleyn
Lev Samuiloviç Kleyn (rus. Лев Самуи́лович Клейн; 1 iyul 1927, Vitebsk – 7 noyabr 2019, Sankt-Peterburq) — sovet və rus tarixçisi, arxeoloq, mədəniyyət antropoloqu, filoloq, elm tarixçisi. Tarix elmləri doktoru, professor. Sankt-Peterburqdakı Avropa Universitetinin qurucularından biridir. Tələbəlik illərində, Nikolay Marrın müəllif olduğu və o vaxt hakim olan "Yafəs dilləri nəzəriyyəsini"nə qarşı çıxırdı, aspiranturaya daxil olduqdan sonra isə Kiyev Rus dövlətinin mənşəyi məsələsində Sovet arxeoloqlarının fikirlərinə hakim olan antinormanizmə qarşıydı. İyirmi il Leninqrad Universitetinin arxeologiya şöbəsində dərs keçirdi. Nəzəri arxeologiyanın əsasları üzərində işləyirdi; nəzəriyyə və tarixşünaslıq mövzularına aid işləri təkçə Sovet İttifaqında deyil, həm də Qərbdə də fəal şəkildə nəşr edilirdi. 1981-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi alimə qarşı cinayət işi başlatdı və o, məhkum edildi. 1982-ci ildə sərbəst buraxıldıqdan sonra Kleyn akademik dərəcəsindən və fəxri addan məhrum edildi, onu işə qəbul etmirdilər və dərs deməyə icazə verilmirdi. Yalnız yenidənqurma illərində xaricdə müəllimlik etməyə başladı və SSRİ-nin dağılmasından sonra Sankt-Peterburq Dövlət Universitetində professor oldu və 1997-ci ilə qədər Avropa Universitetində dərs deyirdi.
Lorens Kleyn
Lorens Robert Kleyn (ing. Lawrence Robert Klein; 14 sentyabr 1920[…], Omaha, Nebraska – 20 oktyabr 2013[…]) — amerikalı iqtisadçı və ekonometrik. 1980-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorens Kleyn əvvəlcə Los Anceles Şəhər Kollecində riyaziyyat üzrə təhsil almış, daha sonra isə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə təhsilini davam etdirərək 1942-ci ildə diplom almışdır. 1944-cü ildə isə Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. Lorens Kleyn Çikaqo Universitetində İqtisadi Tədqiqatlar üzrə Kovles Komissiyasında işləmişdi. Burada işlədiyi müddətdə Yan Tinberqenin təkmilləşdirdiyi ilk ekonometrik modeli dəyişdirərək ABŞ iqtisadiyyatına uyğunlaşdıran Kleyn modelini yaratmışdır. Bu modelə əsaslanaraq ABŞ iqtisadiyyatında II Dünya müharibəsindən sonra iqtisadi genişlənmə olacağını doğru şəkildə təxmin etmişdir. Sonralar isə Miçiqan Universitetində Artur Qoldberqerlə birlikdə ABŞ iqtisadiyyatı üçün yeni bir ekonometrik model olan Kleyn-Qoldberqer modelini təkmilləşdirmişlər. Kleyn əvvəllər Amerika Kommunist Partiyasının üzvü və yəhudi əsilli olduğundan 1950-ci illərdə senator McKartinin diqqətini özünə cəlb eləmiş və ona Miçiqan Universitetində professorluq verilməmişdir.
Melani Kleyn
Melani Raysez Kleyn (30 mart 1882[…], Vyana – 22 sentyabr 1960[…], London) — avstraliya əsilli Britaniyalı psixonalistdir. Müasir psixonaliz ve uşaq psixologiyası sahəsində yeni terapevtik metodların icad olunması M. R. Kleynin adı ilə bağlıdır. Eyni zamanda "Obyekt münasibətləri məktəbini"nin də qurucusu qəbul edilir. == Həyatı == === Ailəsi və həyatının ilk illəri === Melani Rayzes Kleyn, 1882-ci ildə Vyanada Moriz və Libussa Rayzesin dördüncü övladı olaraq dünyaya gəlmişdir. Anası Libussa ilə arasında iyirmi dörd yaş fərq olan atası polyak Moriz Rayzes yəhudi əsilli bir ümumi cərrah idi. Melani Kleyn atası kimi tibb öyrənmək istəsə də, gənc yaşında ailə qurduğu və uşaqları olduğu üçün bu istəyi yerinə yetirə bilmədi.Melani Kleyn atasının sevimli qardaşı Emiliyeni qısqanır, özünə çox yaxın və bağlı hiss etdiyi qardaşı Emanueldən dahi biri kimi bəhs edir. Melaniya hələ dörd yaşında ikən anasının ən sevimlisi olan Sidoniye səkkiz yaşında vərəm xəstəliyindən vəfat edir.Melani Kleyn, 1899-cu ildə anasının kiçik əmisi oğlu, eyni zamanda qardaşı Emanuelin dostu olan Artur Steven Kleyn ilə tanış olanda cəmi on yeddi yaşında idi. 1900-cü ildə atası Moriz Rayzes ​​sətəlcəm xəstəliyi səbəbi ilə vəfat edir. 1902-ci ildə isə qardaşı Emanuel infarkt keçrdikdən sonra vəfat edir. Melaniya Kleyn qardaşının ölümü ilə dərindən yaralanır.
Anna-Laure Kleyn
Anna-Laure Kleyn (14 noyabr 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Laure Kleyn Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Kelvin Kleyn (firma)
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Leonard Kleynrok
Leonard Kleynrok (ing. Leonard Kleinrock; d. 13 iyun 1934, Nyu-York, ABŞ) — informasiya texnologiyaları və kompüter şəbəkələri sahəsində amerikalı mühəndis və alimdir. O, Mühəndislik işi Məktəbinin və Los-Anceles Kaliforniya Universitetinin tətbiqi elmlər üzrə professorudur. Kleynrok kompüter şəbəkələrinin inkişafına mühüm töhfələr verib və internetin sələfi olan ARPANET şəbəkəsinin inkişafında əhəmiyyətli rol oynayıb. == Həyatı == Leonard Kleynrok 13 iyun 1934-cü ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. O, 1951-ci ilində Bronks Ali Elmi Məktəbini, 1957-ci ildə elektrotexnika üzrə bakalavr dərəcəsi ilə Siti kolleci bitirib. 1959-cu ildə Massaçusets Texnologiya İnstitutunda elektrotexnika və informatika üzrə magistr dərəcəsinə yiyələnib və 1963-cü ildə həmin ali məktəbdə sözügedən istiqamət üzrə doktorluq elmi dərəcəsinə layiq görülüb. Tezliklə o, Kaliforniya Universitetinin professor-müəllim heyətinə qoşulur. Kleynrok 1961-ci ildə "Böyük rabitə şəbəkələrində informasiya axını" rəqəmli rabitə şəbəkəsinə həsr edilmiş elmi işini dərc etdirir.
восхища́ть запо́лненный захламостить кристаллизо́ванный меж разношёрстность себялю́бец сто́льник топля́к худо́е цензирова́ться эллинома́н выду́мывание отду́ть прини́женно скре́перный сре́тение circum-meridian convictive exorcise highball khud parlourmaid soft-core безграмотность