KLİ́NİKA

[ yun. klinike] Eyni zamanda tələbə məşğələləri ilə yanaşı elmi-tədqiqat işi aparılan xəstəxana tipli müalicə müəssisəsi.
Ramazan bu kimi fikirlərlə klinikanın qapısından içəri girdi. Mir Cəlal.
Müdir klinikanın məsələlərindən ətraflı danışdı. Ə.Vəliyev.

KLİNİK
KLİNİKAÇI
OBASTAN VİKİ
Klinika
Klinika termini aşağıdakıları izah edir: Klinika və ya müalicəxana — xəstələrin stasionar müalicəsi ilə yanaşı tədris və elmi iş də aparılan müalicə müəssisəsi. Hüquq klinikası — ödənişsiz hüquqi xidmətlər göstərilən müəssisə. Klinika (diaqnostika) — müəyyən xəstəliklər üçün xarakterik olan klinik simptomlar və xəstənin şikayətləri kompleksi. Onun əsasında ilkin və ya son diaqnoz vermək olur.
Alman klinikasına şəxsi səfər (film, 1988)
Alman klinikasına şəxsi səfər filmi rejissor Rasim İsmayılov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir. Filmdə əsas rolları Ramiz Novruzov, İqor Ledoqorov, İqor Stepanov, Kazım Abdullayev, Yelena Tonunts, Liliya Makarova və Anatoli Kotenyov ifa edirlər. == Məzmun == Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir.Bakı 1920-ci il. Fövqəladə komissiyanın gizli əməkdaşı olan mühəndis Məmməd Rüstəmov (Rasim Balayev) xüsusi tapışırıqla Berlinə göndərilir. Oğlu Tahiri (Ülvi Məmmədov) müalicə etdirmək bəhanəsilə Berlinə səfər edən mühəndis özünün və ətrafının həyatını təhlükə altında qoyur. == Filmin üzərində işləyənlər == Rejissor: Rasim İsmayılov Ssenarist: Rasim İsmayılov, Məmməd Avdiyev Operator: Teyyub Axundov Rəssam: Fikrət Əhədov Bəstəkar: Ruhəngiz Qasımova == Rollarda == Rasim Balayev — mühəndis Məmməd RüstəmovRamiz Novruzov — Baba Əliyev İqor Ledoqorov — Anton Qaberkorn İqor Stepanov — Anatoli SmelovKazım Abdullayev — Qafar Qafarov Yelena Tonunts — frau Anna Surina Liliya Makarova — TatyanaAnatoli Kotenyov — Vladimir TişkovAleksandr Arjilovski — Kulçitski Yuri Dedoviç — Aleksey PutilovAnatoli Yabbarov — BlinovKamil Zöhrabov — Rəhim Aşurbəyov Konstantin Butayev — Əbdülməcid Çermoyev Pyotr Yurçenkov — XladovŞahin Cəbrayılov — Əbilovİosif Rıklin — Gessen Boris Aleksandrov — Kovrov E. Poplavski — Karpov Ülvi Məmmədov — TahirGündüz Abbasov — Stepan LeonozovRamiz Əzizbəyli — Leon Montaşev A. ƏzimovE. Azəryar Yefim Abramov — Pavel QukasovNadir Əzməmmədov — Arşak Qukasov Filmi səsləndirənlər: Eldəniz Rəsulov - Baba Əliyev (Ramiz Novruzov)(titrlərdə yoxdur) == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı1988-ci ilin Azərbaycan filmləri1980-ci illər Azərbaycan filmlərinin siyahısı == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Hüquq Klinikası
Hüquq Klinikası—Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə , klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. == Klinikalara ehtiyac və əhəmiyyəti == Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. == Məqsəd və metodlar == Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Klivlend Klinikası
Klivlend Klinikası — ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşən xəstəxana. == Haqqında == Klivlend Klinikası 1921-ci ilin fevralında 4 Klivlend həkimi tərəfindən yaradılmışdır. Bu xəstəxana 2014-cü ildə "U.S. News & World Report" jurnalı tərəfindən ABŞ-də ilin ən yaxşı 4 xəstəxanasından biri seçilmişdir. Klivlend Klinikası kardiologiya və kardio-cərrahiyyə üzrə Amerika Birləşmiş Ştatlarında 1 nömrəli xəstəxana hesab edilir.Klivlend Klinikasının məşhur pasiyentləri olmuşdur: Uels şahzadəsi Çarlz, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Səudiyyə Ərəbistanının keçmiş kralı Xalid ibn Əbdüləziz, ABŞ siyasətçisi Bob Doul, Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan, Nyu Cersi ştatının keçmiş qubernatoru Con Korzin, aktyor Robin Vilyams, boksçu Evander Holifild, boks promouteri Don Kinq və s. == Heydər Əliyev və Klivlend Klinikası == Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev Klivlend Klinikasında bir neçə dəfə müalicə almışdır. 1999-cu ildə o, həkimlərin məsləhəti ilə Klivlend Klinikasında əvvəlcə müayinədən keçmiş, sonra isə onun ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır. 2000-ci ilin sentyabr və 2002-ci ilin fevral aylarında H. Əliyev yenidən Klivlend şəhərinə yola düşmüş və Klivlend Klinikasında müayinədən keçmişdir.Sonuncu dəfə Heydər Əliyevin vəziyyəti 2003-cü ilin aprel ayında Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. Bir müddət o, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədi. Səhhətinin pisləşməsi nəticəsində H. Əliyev iyulun 8-də tibbi müayinədən keçmək üçün Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına, avqustun 6-da isə müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-nin Klivlend şəhərinə yola düşdü. 2003-cü ilin oktyabrında o, öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş və Klivlend Klinikasında səs vermişdir.

Digər lüğətlərdə

гигиени́чность кораблестрое́ние на поря́док очко́вый поразвали́ть председа́тельство утконо́с зада́риваться мёртворождённый на вся́кий случай накорчёвываться недова́ренный недоучи́ть поти́скать преде́льный ре́ний кирьяк embower Jaeger jeweler roller-tower shakable split cotter windhole пошатываться