klovis
klub-çayxana
OBASTAN VİKİ
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; xokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Klub 27
Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır. == 27 yaşında ölən ən məşhur musiqiçilər == Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Striptiz klub
Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya Müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır.2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.
Fırtına (fan-klub)
"Fırtına" fan klubu – Xəzər-Lənkəran klubunun azarkeşlərini özündə birləşdirən klub. Azərbaycanda ilk müstəqil fan klub olan "Fırtına" fan klubu 16- iyulAzərbaycanda 2005-ciilk ilmüstəqil tarixindəfan təsis edilmişdir!klub. Fan klub 16 iyul 2005-ci il tarixində təsis edilmişdir. == Ümumi məlumat == Bu fan klubun yaranma məqsədi sevimli komandaları Xəzər-Lənkərana layiqli dəstək olmaq və ümumən azarkeş mədəniyyətini Avropa səviyyəsinə qaldırmaq olub. Qarşıda hələ çox işlər görməli olmağımıza baxmayaraq keçilən yola baxsaq məqsədimizə qismən nail olduğumuzu görərik. Belə ki, Bakı şəhərində 200-ə qədər və əsasən Lənkəran olmaqla bölgələrimizdə 100-dən artıq üzvü var. Online olaraq bizimlə yol gedənlərin isə yer kürəsinin hər bir guşəsindən olduqlrını görmək olar. Qardaş Türkiyədən, Rusiyadan, Yaponiyadan, Misirdən, ABŞ -dan, Belçikadan, Rumıniyadan, İspaniyadan və s. bizə qoşulanlar vardır. Əbədi olaraq könül verdiyimiz klubumuzla yanaşı Millimizə, avrokuboklarda iştirak edən klublarımıza da avropa oyunlarında göstərdiyimiz yüksək səviyyəli dəstəklə seçilmişik.
Salavat Yulayev (klub)
«Salavat Yulayev» (başq. «Салауат Юлаев») — Başqırdıstan, Ufa şəhərinin peşəkar buzüstü xokkey klubu. Qitə xokkey liqası iştirakçısı. İki qat Rusiya çempionu (2007/08, 2010/11), Qaqarin Kubokunun sahibi (2010/2011), iki qat Açılış Kuboku sahibi (2008/2009, 2011/2012), və Qitə Kubok çempionu (2009/2010). == Ümumi məlumat == 1960-cı ilin oktyabrında Ufa Cihazqayırma Zavodunun rəhbərliyinin göstərişi ilə Salavat Yulayev İdman Klubunda xokkey bölməsi yaradıldı. 1961-ci ilin fevral ayında Salavat Yulayev adına SK-nin xokkey komandası Sverdlovskda keçirilən zona yarışlarında ilk oyununu keçirdi. 1961/1962 mövsümündən əvvəl Çelyabinsk şəhərindən məşqçisi Vladimir Ştyrkov, eləcə də Çelyabinsk və Nijni Novqorod komandalarından oyunçular dəvət edildi. Komandadakı 19 oyunçudan 8-i, 1961-ci ildə fəaliiyəti dayandırılmış 1960/1961 mövsümündə SSRİ-nin «B» çempionatında iştirak edən Ufa klubu «Trud»un keçmiş xokkeyçiləri idi.25 noyabr 1961-ci ildə Salavat Yulayev Çelyabinskdə SSRİ çempionatının «B» dəstəsində debüt etdi, "Metallurg" a məğlub oldu - 1: 3. İlk beynəlxalq matçları isə Salavat Yulaev 30 və 31 dekabr 1961-ci ildə Ufada Almaniya Demokratik Respublikasından olan «Bismutla» oynadı və hər ikisində qalib gəldi - 5: 3 və 5: 4. 1964-cü ildə SSRİ Xokkey Federasiyası "Salavat Yulayevi" ölkə çempionatına qəbul etdi.
Yaxt-klub (Taqanroq)
Yaxt-klub — Taqanroq şəhərində, Taqanroq körfəzi sahilimdə inşa edilmiş tikili. Adres:Taqanroq şəhəri, Portavaya keçəsi, ev 1-2. == Tarix == Taqanroq yaxt-klub 1908-ci ildə Kommersiya klubunda təşkil edilmişdir. Elə onun ilk idarəçiliyidə buradan həyata keçirilmişdir. Yaxt-klub üçün ilk bina XIX əsrin üçüncü yarısında taxtadan inşa edilmişdi. Bina «Rus gəmiçilik və ticarət cəmiyyətinin» imkanları daxilində inşa edilmişdur. Yaxt-klubun yaxınlığında cəmiyyətin agentliyi yerləşirdi. Taxta tikili özünəməxsus görünüşə malik olaraq qüllə və eyvanlara sahib idi. Eyvanlara pilləkənlərlə qalxmaq mümkün idi. Binada restoran və bilyard zalı mövcud idi.
Nou Neym Klub
Nou Neym Klub (ing. No Names Club) və ya Nou Neym Kilbörn (ing. No Names Kilburn) — Londonun Kilbörn rayonunda yerləşən həvəskar keçmiş İngiltərə futbol klubu. Klubun oyun meydançası pis şəraitdə olduğu üçün onlara "Palçıqçılar" (ing. Mudlarks) ləqəbi verildi.Klubun qeydə alınan ilk matçları 1863-cü ilin yanvar və aprel aylarında "Barns" klubu üzərində qələbə ilə başa çatan oyunlar idi. Klub 26 oktyabr 1863-cü ildə İngilətərə Futbol Assosiasiyasının 11 qurucu üzvlərdən biri idi və klubu İFA-nın ilk prezidenti seçilən klubun kapitanı Artur Pember təmsil edirdi. "N. N" İFA-nın qurucularından biri kimi müəyyən reputasiyaya sahib olsa da və 1866-cı ildə yalnız Assosiyasiyanın qanunları ilə oynayan 3 klubdan biri olsa da klub heç vaxt elit klublardan biri sayılmırdı və 1868-ci ildə Artur Pemberin mühacirətindən sonra kluba maraq azaldı. 1869–70 mövsümündə klub tez-tez yeni kapitan Tebbutt iştirak etmədən oynamaq məcburiyyətində qalırdı və klubun 5 fevral 1870-ci ildə "Apton Park" klubuna qarşı keçirdiyi və məğlubiyyətlə başa çatan son qeydə alınmış matçı zamanı yalnız yeddi oyunçusu oynamağa gəlmişdir.Klub həmin ay İngiltərə Futbol Assosiasiyasının illik yığıncağına nümayəndə heyətini göndərmiş və 3 mart 1870-ci ildə "N. N"-nin iki oyunçusu İngiltərə ilə Şotlandiya arasında keçirilən ilk təmsilçi oyunda iştirak etmişdi, lakin sonradan dərc edilmiş matç siyahılarında klubun hər-hansı fəaliyyəti barədə bəhs olunmur və klub adına hər-hansısa əlavə nəticələr mövcud deyil. 1871-ci ildən etibarən klubun adı Futbol Assosiasiyasının üzvlərinin siyahısında hallanmır.1871-ci ildə yaranan "Brondsbri" klubu "N. N"-nin dirçəlşi hesab olunurdu. və klubun adı tez-tez "Brondsbri N. N." kimi çəkilirdi.
"Çölçü" Sosial Klubu
2016 Orlando gecə klubu gülləbaranı
Orlando gecə klubu gülləbaranı (ing. Orlando nightclub shooting, həmçinin Orlando gecə klubu qırğını (ing. Orlando nightclub massacre)) - ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda 12 iyun 2016-cı il radələrində səhərə yaxın baş vermiş gülləbaran hadisəsidir. Hadisə nəticəsində qatil də daxil olmaqla 51 nəfər ölmüş, 53 nəfərdən çox insan isə yaralanmışdır.Hadisə müasir ABŞ tarixində ən böyük gülləbaran, ABŞ tarixində LGBT fərdlərinə qarşı ən böyük cinayət, və 2001-ci ildə baş vermiş 11 sentyabr terror aktlarından sonra ABŞ-də ən çox insanın öldürüldüyü terror hadisəsidir. Hadisə rəsmən daxili terrorizm aktı və qatilin İraq Şam İslam Dövləti ilə əlaqəsi olmasını qeyd etdiyinə görə İslam terrorizmi kimi qiymətləndirilmişdir. == Hücum == Hadisə 12 iyun 2016-cı ildə ABŞ-nin Florida ştatındakı Orlando şəhərində “Pulse” adlı gey gecə klubunda baş vermişdir. Hücum baş verdiyi vaxt klubda hər həftə şənbə günü təşkil olunan yığıncaq təşkil olunmuşdu ki, bu yığıncağa da daha çox Latın Amerikan mənşəli müştərilər gəlirdilər. Təxminən 2:00 am radələrində klubda 320 nəfər olduğu vaxt Mətin atəş açmağa başlamışdı. O, AR-15-tipli tüfəng və tapança ilə silahlanmışdı. Orlando Polis Departamentinin gecə klubunda əlavə vaxtla çalışan polis zabiti Mətinə cavab atəşi açmışdı.
Almeriya (futbol klubu)
Almeriya və ya Almeriya İdman Birliyi (isp. Unión Deportiva Almería) — İspaniyanın Almeriya şəhərində yerləşən futbol klubu. 26 iyul 1989-cu ildə Almeriya Futbol Klubu kimi təsis edilmiş, 2001-ci ildən Almeriya İdman Birliyi adlandırılmışdır. Klub hazırda 2022-ci ildə İspaniya ikinci futbol divizionu titulunu qazandıqdan sonra İspaniya Primera Divizionunda oynayır və ev oyunlarını 15,274 yerlik Estadio de los Juegos Mediterráneosda keçirir.
Argentina FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Argentina klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Arpaçay Karate Klubu
Arpaçay Karate Klubu — karate-do idman növü üzrə klub. Klubun prezidenti Azərbaycan Milli Karate Federasiyasının Naxçıvan Muxtar Respublikasındakı Nümayəndəliyinin rəhbəri, IV dan qara kəmər sahibi, Əməkdar məşqçi Yavər Ənvər oğlu Hüseynov, klubun birinci vitse-prezidenti Əməkdar bədən tərbiyəsi və idman xadimi Hidayət Mikayıl oğlu Şabanov, baş məşqçisi beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Vüqar Kərimovdur. Klubun Azərbaycanın 10 yaxın regionunda filialı var. Həmin filiallarda məşqçilər Rasim Ağayev (Bakı), Mehman Əlirzayev (Bakı, Sumqayıt), Toğrul Adilli (Bakı), Pərviz Quliyev (Buta-Sumqayıt), İsa Qasımov (Sumqayıt), Yasin Cəfərov (Gəncə), Mahir Məmmədov (Gəncə), Samir Ələkbərov (Ağstafa), Niyazi Cəndirli (Ağstafa), Füzuli İsmayılov (Xaçmaz) və digərləri karate idman növü üzrə idmançılar hazırlayırlar. == Tarixi == Arpaçay Karate Klubu 2015-ci ildə təsis olunub. Azərbaycanın aparıcı karate klublarından biri olan Arpaçay Karate Klubu qısa müddətdə Azərbaycan Milli Karate Federasiyasının yeniyetmələrdən ibarət yığma komandasına ən çox idmançı yetişdirən kluba çevrilib. 2020-ci il ərzində əldə etdiyi uğurlara görə "MA Media Group" və "Lider" televiziya kanalının "İlin ən yaxşısı" nominasiyası üzrə keyfiyyət simvolu seçilib. 2020-ci ilin yekunlarına görə, Arpaçay Karate Klubu karate-do idman növünün inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Bakı Karate-do Akademiyası tərəfindən də fəxri diplomla təltif edilib. 2021-ci ilin yanvarında Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin Fəxri Fərmanı ilə təltif edilib. == Yarışlar == Klub tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ilk beynəlxalq yarış 2016-cı ilin yanvarında keçirilib.
Arsenal Futbol Klubunun Muzeyi
Arsenal Futbol Klubunun Muzeyi Londonda Hollovey adlı ərazidə yerləşir və klub tərəfindən onun tarixini əks etdirmək üçün yaradılmışdır. Muzey daxilində geniş ölçüdə klubun tarixini əks etdirən eksponatlar və xatırlanmağı vacib olan digər predmetlər nümayiş edilir. Buraya 1971-ci il İngiltərə Federasiya Kubokunun finalında Corc Çarlinin geydiyi forma, 1988-89 mövsümündə çempionluğu təsdiqləyən matçda Maykl Tomasın geydiyi butslar, Alan Smitin 1994-cü il UEFA Kuboklar Kubokunun finalında geydiyi forma, məğlubiyyətsiz başa vuraraq qalib olduqları 2003-04 İngiltərə Premyer Liqası mövsümünə özəl olaraq hazırlanmış kubok və mövsüm boyu qapıçı Yens Lemanın istifadə etdiyi əlcəklər daxildir.Muzey hal-hazırda klubun ev oyunlarını keçirdiyi Emirates (stadion)un şimalında yerləşir. Muzey əvvəllər Hayberi stadionun daxilində yerləşirdi. İl ərzində təxminən 120,000 ziyarətçi bura gəlir.Muzey həftənin bütün günləri fəaliyyət göstərir. Oyun günləri isə yalnız saat 10:00-dan matçın başlamısa 1 saat qalmışa kimi açıq olur. Muzeyə giriş təkliflərinə həmçinin Emirates stadionuna tur da daxildir.
Avropa Klublar Assosiasiyası
Avropa Klublar Assosiasiyası (ing. European Club Association) — UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilat.
Avstraliya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Avstraliya klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Aztop basketbol klubu
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Azərbaycan klubları "Birlik kuboku"nda
SSRİ dağıldıqdan sonra 1993-cü ildən MDB və Baltikyanı ölkələrin futbol üzrə çempionları hər ilin yanvar ayında Rusiyada təşkil olunan "Birlik Kubokunda" iştirak edirdilər. 2012-ci ildən artıq ölkələrin çempionları yox gənc yığma komandaları iştirak etməyə başladılar. 2016-cı ildən turnir fəaliyyətini dayandırmışdır. Azərbaycan klubları 1993-cü ildən iştirak etməyə başlamışlar. 2006-cı ildə Neftçi(Bakı), 2008-ci ildə Xəzər-Lənkəran və 2011-ci ildə İnter(Bakı) turnirin qalibi olmuşlar. 2012-ci ildən Azərbaycan turnirdə iştirak etməmişdir.
Azərbaycan klubları UEFA turnirlərində
Futbol üzrə UEFA tərəfindən Avropa ölkələrinin klubları arasında qitəmiqyaslı turnirlər 1955-ci ildə keçirilməyə başlamışdır. 1994-cü ilə kimi Azərbaycan bu turnirlərdən kənarda qalmışdır. Belə ki, Azərbaycan 1991-ci ilə kimi SSRİ tərkibində olmuş və UEFA turnirlərində iştirak etmək üçün ümumittifaq yarışlarından vəsiqə qazanmalı idi. Lakin heç bir Azərbaycan klubu uğur qazana bilməmişdir. Yalnız 1994-cü ildə UEFA-ya müstəqil dövlət kimi üzv olduqdan sonra qitə turnirlərində çıxış etmək mümkün olmuşdur. İlk oyun UEFA kuboku turnirinin ilkin mərhələsində 9 avqust 1994-cü ildə Türkiyənin "Fənərbaxça" və Azərbaycan çempionu Tovuzun "Turan" klubları arasında olmuşdur. Oyun İstanbul şəhərinin Ş.Saracoğlu stadionunda keçirilmiş və meydan sahibləri 5:0 hesabı qalib gəlmişlər. Cavab oyunu 23 avqustda Sumqayıt şəhərindəki M.Hüseynzadə adına stadionda keçirilmişdir. Bu Azərbaycanda keçirilmiş ilk avrokubok oyunu kimi tarixə düşmüşdür. Bu oyunda da "Fənərbaxça" üstün olmuş və 2:0 hesabı ilə qalib gəlmişdir.
Azərbaycanda dağıdılan futbol klubları
BMKZ Voleybol Klubu
BMKZ (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. "Bakı Məişət Kondisionerləri Zavodu"nu təmsil edir.
Beşiktaş Gimnastika Klubu
Beşiktaş Gimnastik Klubu (tr. Beşiktaş Jimnastik Kulübü) 1903-cü ilin Mart ayında İstanbulda təsis edilən idman klubudur. Beşiktaş Bərəkət Gimnastika klubu adıyla qurulan komanda, 26 Yanvar 1911 tarixində quruluşu təsis edilən klub Beşiktaş Osmanlı Gimnastika Klubu adı ilə təsdiqlənmişdir. Klub, futbol (kişilər və qadınlar), basketbol (kişilər və qadınlar), voleybol (kişilər və qadınlar) və həndbol növlərində əsas liqada, gimnastika, əlillər, boks, bric, güləş, yüngül atletika, avarçəkmə, stolüstü tennis və şahmat növlərində iştirak edir. Beşiktaş klubu emblemində Türkiyə bayrağını daşıyan ilk idman klubudur. Bundan əlavə futbol şöbəsində formasında ulduz daşıyan və beşdən çox çempionluğu olan 4 klubdan biridir. == Tarixi == 1902-ci ildə 22 nəfərdən ibarət olan qrup, o dövrdə Mədinə mühafizəsi adını daşıyan Şhaplı Osman Fərid paşa Beşiktaş rayonunu Sərəncəbəy bölgəsindəki evinin həyətində həftənin müəyyən günlərində görüşüb gimnastika ilə məşğul olardılar. O dövrdə toplanma azadlığı olmadığına görə bir gün bu qrup kəşfiyyat idarəsinin hücumu ilə polisə aparılmışdılar. Ancaq sonralar II Əbdülhəmidin yavəri və bəzi saray əməkdaşları padşahı sağlamlığa xeyirli işlər gördüklərini və dinən haram qəbul edilən və qadağan edilən futbol ilə məşğul olmadıqlarına inandıraraq bu qrupu gimnastika ilə məşğul olmağa icazə vermişdilər. Buna görə daha sonra adlarını Osmanlı Beşiktaş Bədən Tərbiyəsi Məktəbi olaraq dəyişdirmişdilər.
Bilderberq klubu
Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir. == Tarixi == Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrup öz adını da buradan götürüb. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.
Bir klubdan daha artıq
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır.İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır".17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır. 1973-cü ildə şüarın tanınmasına səbəbkar Nou Kampda Avropa XI və Amerika XI komandalarının görüşü zamanı təbliğat aparan Xavier Koma olmuşdur. Onun təbliğatı bütün katalon qəzetlərində peyda olmuşdur: "Barselonanın tarixi və fəaliyyətini hər hansı bir futbol klubunun qarşılaşdıqları ilə eyniləşdirilə bilməz".Bir neçə həftə sonra "Barselona" klubunun prezidenti Aqusti Montal Kosta "Bir klubdan daha artıq" şüarı ilə klubun prezidentlik seçkilərində iştirak etməyə başlamışdır.
Bolonya Beynəlxalq Klubu
Bolonya Beynəlxalq Klubu (ing. ICB) — Kənd təsərrüfatı üzrə bеynəlхalq təşkilat. == Yaradılması == Klubun 1987-ci ildə kənd təsərrüfatı mühəndisliyi üzrə Bеynəlхalq Komissiyasının və İtaliyanın kənd təsərrüfatı maşınqayırma sənayеsi Ittifaqının qərarı ilə, İtaliyanın Bolonya şəhərində əsası qoyulmuşdur. == Əsas məqsədi == Tarla təcrübələrinin mехanikləşdirilməsi, habеlə üzv ölkələrin lazımi informasiyalarla standartlaşdırma, sınağın aparılması, kеyfiyyətli avadanlığın, yеni tехnologiyaların və yüksək məhsuldarlığı olan komplеks maşınların tətbiqi, kənd təsərrüfatının mехanikləşdirilməsi və kənd təsərrüfatı maşınqayırma sənayеsinin inkişaf еtdirilməsində ümumdünya tələbatın müхtəlif ölkələrin təcrübəsi əsasında stratеji istiqamətlərin müəyyən еdilməsi; Yеni nailiyyətlərin mеtodologiya və vəziyyətinin məхfi analizi, əsasnaməsinin hazırlanması, konkrеt ölkə və rеgionlar üçün təkliflərinin hazırlanması.
Braziliya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Braziliya klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
BƏƏ FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Birləşmiş Ərəb Əmirlikləri klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Crvena Zvezda İdman Klubu
Sportsko Druştvo Crvena Zvezda (serb-kiril Спортско друштво Црвена звезда, azərb. Qırmızı Ulduz İdman Klubu‎) Ümumi olaraq SD Crvena Zvezda (serb-kiril СД Црвена звезда) olaraq qısaldılan, Serbiyanın Belqrad şəhərində yerləşən bir idman klubudur. 2010-ci ildən bəri, idman klubunun idarə heyəti prezidenti Aleksandr Boriçiç, məclis prezidenti isə Pitr Şkundriç olmuşdur.
Cəhənnəm Atəşi Klubu
Cəhənnəm Atəşi Klubu (ing. Hellfire Club) və ya Uikomblu Müqəddəs Frensis Ordeni (ing. Order of the Friars of St. Francis of Wycombe) – XVII əsrdə Böyük Britaniyada yaradılmış gizli cəmiyyət. Cəmiyyət özündə yüksək mənsəb sahiblərini, varlı əyanları, iş adamlarını birləşdirirdi. Klub toplantılarında pis hərəkətlər qəti olaraq cəzalandırılırdı. == Tarixi == Klubun qurucusu Frensis Deşvud idi. O, qəribə şəxsiyyətə sahib bir insan idi. Bir sıra Avropa ölkələrinə səyahət edir və qayıtdıqdan sonra klub qurmaq qərarına gəlir. 1733-cü ildə qurduğu kluba Dilettanti Cəmiyyəti adını verdi və üzvlük üçün 40 nəfərə dəvət göndərir.Bu uğurlardan cəsarətlənən Deşvud 1744-cü ildə yeni bir klub yaradır, lakin bu klub sadəcə iki il mövcud olur.
Cənubi Koreya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Koreya Respublikası klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Dallaslı alıcılar klubu (film, 2013)
Dallaslı alıcılar klubu (ing. Dallas Buyers Club) — Ron Vudrufun həyatı barədə çəkilmiş film.
Diasporun dostları klubu
Diasporun dostları klubu - xaricdə yaşayan azərbaycanlıları, azərbaycanlılara dost xalqların nümayəndələrini müxtəlif layihələr və müxtəlif mövzularda bir araya gətirməyi məqsəd kimi qəbul etmiş klub. == Yaradılması == 2018-ci ilin iyul ayında dünyanın bir sıra ölkələrini təmsil edən bir qrup azərbaycanlı jurnalist və diaspor fəalı tərəfindən yaradılmışdır. Klub jurnalistlər Elnur Eltürk, Zülfüqar Hüseynzadə, Mübariz Aslanov, Polşa Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva üzrə rəhbəri Şamil Tağıyev, Rumıniya Azərbaycanlıları Birliyinin sədri Vaqif Həsənov tərəfindən təsis olunub və bütün fəal jurnalistlərə, diaspor nümayəndələrinə açıqdır. == Məqsəd == “Diasporun Dostları” klubu xarici ölkələrdə yaşayan azərbaycanlıları, həmçinin həmvətənlərimizlə əməkdaşlıq, dostluq edən digər diaspor, lobbi təşkilatlarını əhatə edir.Tək Azərbaycan mətbuatı ilə kifayətlənməyib, ABŞ, Kanada, Avropa, Türkiyə, Rusiya, Orta Asiya, Qafqaz ölkələrinin mətbuatı ilə birbaşa (xaricdəki əcnəbi jurnalistlər vasitəsi ilə) əlaqəni də əsas götürən klub dünyadakı diaspor təşkilatlarının fəaliyyətini bu əhatədə birləşdirməyi qarşısına məqsəd qoyub. Klubun yaradılmasında məqsəd xaricdə yaşayan azərbaycanlıları, azərbaycanlılara dost xalqların nümayəndələrini müxtəlif layihələr və mövzularda bir araya gətirməkdir. Klub istər inzibatçılıqda, istərsə də üzvlükdə gələcəkdə Azərbaycan və digər ölkələrdən olan bir sıra jurnalistləri özündə birləşdirməyi nəzərdə tutub.
Dinamo (xokkey klubu, Riqa)
«Dinamo» Riqa xokkey klubu (latış. «Dinamo» Rīga‎) — Latviyanın Riqa şəhərində fəaliyyət göstərmiş xokkey klubu. Klub 1946-cı ildə təşkil edilmişdir. 1995-ci ildə isə fəaliyyətini dayandırmışdır. == Riqada şayba ilə xokkeyin tarixi == Latviyada xokkey ənənləələri XX əsrin əvvəllərində meydana gəlmişdir. Riqada Rudiya imperiyası tarixində ilk dəfə 1908-ci ildə kanada xokkeyi üzrə «Yunion» və Atıcı parkı arasında görüş baş tutmuşdur. 1930/1931-il mövsümündə isə Latviyanın ilk çempionatı keçirilmişdir. Burada «Yunion», «Vanderer» və «Yuniversitates Sport» klubları iştirak edirdi. == Klubun tarixi == 1946-ci ildə xokkey üzrə SSRİ cempionatında Riqada Dinamo klubu təşkil edilmişdir. İlk yarışında klub dördüncü yeri tutmuşdur.
Şahmat üzrə klub komandalarının Avropa Kuboku
Şahmat üzrə klub komandalarının Avropa Kuboku Avropadan olan klub komandaları üçün illik hər il keçirilən şahmat turniridir, Avropa Şahmat Birliyi tərəfindən təşkil edilir. Turnir İsveçrə sistemi ilə 7 oyundan ibarət olur. Hər komandada 6 oyuncu olur. 1996-cı ildən qadın şahmatçılar da iştirak ediblər. == Qaliblər == === Kişilər === 1956 Yuqoslaviya ŠK Partizan 1976 SSRİ Burevestnik Moscow and Almaniya Solingen SG 1979 SSRİ Burevestnik Moscow 1982 Macarıstan Spartacus Budapest 1984 SSRİ Trud Moscow 1986 SSRİ CSKA Moscow 1988 SSRİ CSKA Moscow 1990 SSRİ CSKA Moscow and Almaniya Solingen SG 1992 Almaniya Bayern Munich 1993 Fransa Lyon Oyonnax 1994 Bosniya və Herseqovina ŠK Bosna & Fransa Lyon Oyonnax 1995 Ermənistan Yerevan city 1996 Rusiya Sberbank Tatarstan Kazan 1997 Rusiya Ladia Azov 1998 Niderland Panfox Breda 1999 Bosniya və Herseqovina ŠK Bosna 2000 Bosniya və Herseqovina ŠK Bosna 2001 Rusiya Nikel Norilsk 2002 Bosniya və Herseqovina ŠK Bosna 2003 Fransa NAO Paris 2004 Fransa NAO Paris 2005 Rusiya Tomsk-400 2006 Rusiya Tomsk-400 2007 İspaniya Linex Magic-Mérida 2008 Rusiya Ural Sverdlovskaya oblast 2009 Rusiya Economist-SGSEU-1 Saratov 2010 Rusiya Economist-SGSEU-1 Saratov 2011 Rusiya Saint-Petersburg Chess Federation 2012 Azərbaycan SOCAR Azerbaijan 2013 Çexiya G-Team Nový Bor 2014 Azərbaycan SOCAR Azerbaijan 2015 Rusiya Siberia Novosibirsk 2016 Şimali Makedoniya Alkaloid Skopje 2017 Rusiya Qlobus 2018 Rusiya Mednı Vsadnik === Qadınlar === 1996 Serbiya və Monteneqro Agrouniverzal Belgrade and Gürcüstan Merani Tbilisi 1997 Serbiya və Monteneqro Goša Smederevska Pal.

Значение слова в других словарях

аро́ния без сро́ку бээмдэ́ дари́тельница долбле́ние отупе́ть стихове́дение велеречи́вость драматиза́ция ко́е-когда́ оккупи́ровать отстреля́ть пресс-папье́ применя́ться смола enlisted glove factory Pitot-static tube whoosies wormcast амур воспевать мести мичуринец распашонка