KNYAZ

[ rus. ]
1. Qədim Rusiyada: tayfa, qəbilə başçısı; qoşun rəhbəri; feodalizm inkişaf etdikcə – feodallar sinfinin yüksək nümayəndəsi, knyazlığın hakimi. Kiyev knyazları.
2. Çar Rusiyasında: bəzi zadəgan nəsillərinə nəslən keçən fəxri titul (XVIII əsrdən bu titul çarın fərmanı ilə də verilirdi) və bu titulu daşıyan şəxs.
Qız zənn edır, səfərdən gəlir knyaz; Birdən görür bir qonaqdır tanınmaz. A.Səhhət.
[Əhməd:] Sən get knyazlardan xəbər al, yaranallardan xəbər al, … onda bilərsən ki, Aslan bəy kimdir. N.Vəzirov.
[Əmiraslan ağa:] …Mənim oğlum rusların knyaz, qraf, baron və qeyri nücəba övladlarından artıq və əzizmiş? S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KNYAZ KNYAZ (köhn.) (vilayət hakimi) Rəhima, cövr edir hər dəm mana bir naqolay knyaz; Gahi Tərxan, gah Cəfərqulu, gahi Xasay knyaz (Q
KNYAJNA
KNYAZLIQ

Digər lüğətlərdə