KOBUR

bax qobur.
Qoçu mauzerini koburundan çıxardıb yoxladı. M.Hüseyn.

KOBUDYUNLU
KOBZA
OBASTAN VİKİ
Albert Saxe-Koburq Saalfeld
Konsort şahzadə Albert və ya Albert Saksen-Koburq Saalfeld (alm. Albert Franz August Karl Emmanuel Herzog von Sachsen-Coburg-Gotha‎, 26 avqust 1819 – 14 dekabr 1861) — Böyük Britaniya prinsi (Konsort Şahzadə) (ing. HRH the Prince Consort). Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası tituluna sahib Kraliça Viktoriyanın həyat yoldaşı olmuşdur. == Həyatı == Albert Saksen-Koburq Saalfeld 1836-cı ildə gələcək həyat yoldaşı Kraliça Viktoriya ilə tanış oldu. 1839-cu ildə onlar ikinçi dəfə görüşdülər və evləndilər. Albert Saksen-Koburq Viktoriyanın dayısı oğlu idi. Albert Saksen-Koburq Saalfeld yüksək təhsil görmüş öz dövrünün ağıllı və perspektivli gənclərindən hesab edilirdi. Almanca, ingiliscə, italyanca, fransızca danışa bilirdi. Gənc yaşlarından musiqi təhsili almışdır.
Alfred, Saksen-Koburq-Qot şahzadəsi
Alfred (15 oktyabr 1874 – 6 fevral 1899)—Saksen-Koburq-Qot şahzadəsi. == Həyatı == Saksen-Koburq-Qot şahzadəsi Alfred 15 oktyabr 1874-cü ildə Londonda Bukingem sarayında anadan olmuşdu. Böyük Britaniya Kral ailəsinə məxsusdur. Orduda xidmət etdiyi zaman 1898-ci ildə sifilis xəstəliyinin simptomları üzə çıxır və bu hal onda güclü depressiyaya səbəb olur. Valideynlərinin yeganə varisi olan 24 yaşlı Şahzadə Alfred ruhi pozğunluq səbəbi ilə 1899-cu il fevralın 6-da özünü Kral sarayında güllələyərək intihar edib. Qeyd edəki, Şahzadə Alfredin sağlığında səfər etdiyi Cənubi Afrika Respublikasının Liman şəhəri olan Port Alfred məhz bu gənc şahzadənin adını daşıyır.
Koburq
Koburq — Şimali Bavariyada şəhər. Turingiya meşəsində, İtz çayı üzərində yerləşir. Əhalisi 42,257 nəfərdir (2003). Şəhərin adına ilk dəfə 1056-cı ildə rast gəlinir. 1353–1918-ci illərdə şəhər Meysen markqrafları (1826-cı ildən Saksen Koburg Gota hersoqları) titulu ilə tanınan Vettin nəslinə məxsus olub. Vettin nəsli Avropada beş monarx ailəsinin əsasını qoyub: Britaniyada Vindzorlar; Belçika kral Ailəsi; Portuqaliya kral ailəsi (1853–1910); Bolqarıstan kral ailəsi (1908–1946); Saksoniya kral ailəsi(1806–1918). Eləcə də Vettin nəslidən iki Polşa kralı olub. Koburqun məşhur yetirmələri içərisində Hans Morgentau da var.
Koburq (ada)
Koburq — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşir. 300 metr uzunluğa malikdir. Xüsusi ilə seçilən hündürlüyü yoxdur. Yayda buzdandan azad olur.
Koburq zirvəsi
Koburq zirvəsi (bolq. връх Кобург, ‘Vrah Coburg’ \'vr&h 'ko-burg\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 783 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Zirvə Bolqarıstan sülalələrindən olan Koburq sülaləsinin (1887-1946) adını daşıyır. == Yerləşməsi == Koburq zirvəsi 63°41′42″ c. e. 58°20′57″ q. u. koordinatlarında yerləşmişdir. Obidim zirvəsindən 1.25 km şimal-qərbdə, Siniger nunatakından 3.32 km şimal-şərqdə, Giqen zirvəsindən 3.32 km cənub-şərqdə, Çoçoveni nunatakından 3.34 km cənub-qərbdə yerləşmişdir.
Saksen-Koburq-Qota
Saksen-Koburq-Qota-1826-1918-cü illərdə Almaniyada mövcud olmuş dövlət.
Saksen-Koburq-Qot sülaləsi
Saksen-Koburq-Qot (1826-cı ilə qədər - Saksen-Koburq-Zaalfeld) — Vettinlər adlanan qədim sakson sülaləsinin Ernest nəslinin qolu, Saksen-Koburq-Zaalfeld (1826-cı ildən - Saks-Koburq-Qota) hersoqluğunda hersoq sülaləsi, habelə hazırda Belçikada, daha əvvəl isə Bolqarıstanda və Böyük Britaniyada hakim kral sülaləsi. == Tarixi == Sülalənin banisi qədim sakson Vettinlər sülaləsinin Ernestin qolundan olan I Ernestin yeddi oğlundan biri olan İohann Ernestdir (1658-1729). Atasının ölümündən sonra 1680-ci ildə qardaşları ilə Saksen-Koburq-Zaalfeldi qəbul etdi. 1699-cu ildə bir neçə uşaqsız qardaşın ölümündən sonra onların mülklərinin yenidən bölüşdürülməsi baş verdi, bunun nəticəsində İohann Ernset Koburqu aldı və sülalə Saksen-Koburq-Zaalfeld adlandı. Belçikada bu sülalə Belçika dövlətçiliyinin lap əvvəlindən - 1831-ci ildən, I Ernestin qardaşı I Leopold taxta çıxdığı vaxtdan hakimiyyətdədir və onun nəsli hələ də Belçika taxt-tactında oturur. Məhz I Leopoldun sayəsində sülalənin nümayəndələri bir sıra Avropa dövlətlərinin hökmdarı ola bildilər. Bundan əlavə, Leopoldun qızı Şarlotta Meksika İmperatoru I Maksimiliyanın həyat yoldaşı oldu. Birinci Dünya müharibəsindən sonra Kral I Albert sülalənin alman soyadını de Belgique (Fransız yazısı) - Van België (Hollandiya yazısı) olaraq dəyişdirdi.
II Ernst (Saksen-Koburq-Qota hersoqu)
II Ernst (alm. Ernst August Karl Johann Leopold Alexander Eduard‎; 21 iyun 1818[…], Koburq – 22 avqust 1893) — II Saksen-Koburq-Qota hersoqu. Qardaşı Şahzadə-konsort Albertlə çox yaxın idi və övladı olmadığı üçün qardaşının oğlu Edinburq hersoqu Alfredi öz varisi təyin etdi. == Mənbə == Alden, Raymond; George Berry; Ernest I. Bogart; və b. The Encyclopedia Americana: A Library of Universal Knowledge, Volume 10. New York: The Encyclopedia Americana Corporation. 1918. Allinson, A.R. The War Diary of the Emperor Frederick III - 1870 - 1871. Home Farm Books. 2006.
I Ernst (Saksen-Koburq-Qota hersoqu)
I Ernst (alm. Ernst Anton Karl Ludwig‎; 2 yanvar 1784[…], Koburq – 29 yanvar 1844[…]) — son Saksen-Koburq-Zaafeld hersoqu və ilk Saksen-Koburq-Qota hersoqu. Napoleon Bonaparta qarşı döyüşdü və inşaat işləri, eləcə də şəhər teatrını inkişaf etdirərək Koburq şəhərini gücləndirdi. == Mənbə == August Beck: Ernst I.: Herzog Ernst Anton Karl Ludwig von Sachsen-Koburg-Gotha. In: Allgemeine Deutsche Biographie (ADB). Band 6, Duncker & Humblot, Leipzig 1877, p. 313–317. Carl-Christian Dressel: Die Entwicklung von Verfassung und Verwaltung in Sachsen-Coburg 1800–1826 im Vergleich. Duncker & Humblot Berlin 2007, ISBN 978-3-428-12003-1. Friedrich Knorr: Ernst I., Herzog von Sachsen-Coburg-Saalfeld.
Mariya Aleksandrovna (Saksen-Koburq-Qota hersoqinası)
Mariya Aleksandrovna (rus. Мария Александровна; 17 oktyabr 1853[…], Puşkin[d], Sankt-Peterburq quberniyası[d] – 24 oktyabr 1920, Sürix) — Rusiya imperatoru II Aleksandrın qızı, Saksen-Koburq-Qota hersoqinası. 1874-cü ildə Kraliça Viktoriya və Konsort-şahzadə Albertin ikinci oğlu Edinburq hersoqu Alfredlə evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu. Alfred Mariya Viktoriya Melita Aleksandra Ölü doğulan bir oğlan uşağı (13 oktyabr 1879) Beatris 1893-cü ildə ərinin Koburqda taxta çıxmasıyla Saksen-Koburq-Qota hersoqinası oldu. Yeganə oğlu Şahzadə Alfredin və ərinin ölümünün ardından Koburqda yaşamağa davam edən Mariya Feodorovna rus əsilli olmasına baxmayaraq Birinci Dünya müharibəsi illərində Almaniya imperiyasını dəstəklədi. Qohumlarından bir çoxu Rusiya inqilabı əsnasında öldürüldü. 1918-ci ildə Saksen-Koburq-Qota hersoqluğunun ləğv edilməsiylə sürgünə göndərildi və 1920-ci ildə İsveçrədə vəfat etdi. == Mənbə == Abrash, Merritt. A Curious Royal Romance: The Queen's Son and the Tsar's Daughter.
Saksen-Koburq-Zaafeld
Saksen-Koburq-Zaafeld (alm. Herzogtum Sachsen-Coburg-Saalfeld‎) — 1735-1826-cı illərdə Almaniyada mövcud olmuş dövlət. == Mənbə == Carl-Christian Dressel, Die Entwicklung von Verfassung und Verwaltung in Sachsen-Coburg 1800 - 1826 im Vergleich [The Development and Comparison of the Constitution and Administration of Saxe-Coburg 1880 – 1826] (Berlin: Duncker & Humblot, 2007), ISBN 978-3-428-12003-1. Harold Sandner, Das Haus von Sachsen-Coburg und Gotha 1826 bis 2001 [The House of Saxe-Coburg and Gotha 1826 to 2001], with a preface from Andreas, the Prince of Saxe-Coburg and Gotha (Coburg: Neue Presse GmbH, 2004). ISBN 3-00-008525-4, page 32 Johann Hübner, Drey hundert drey und dreyßig Genealogische Tabellen: nebst denen darzu gehörigen genealogischen Fragen zur Erläuterung der politischen Historie, mit sonderbahrem Fleiße zusammen getragen, und vom Anfange der Welt biß auff diesen Tag continuiret; Nebst darzu dienlichen Registern [Three Hundred and Thirty Three Genealogical Tables: Together with those Related Questions of Genealogy to Explain the Political History, Compiled with Great Diligence, and Continuing from the Beginning of the World to This Day; Added Herein with Relevant Records] (Leipzig: Johann Friedrich Gleditsch, 1708) Table No.
Şahzadə Alfred (Saksen-Koburq-Qota hersoqu)
Şahzadə Alfred (alm. Prince Alfred Ernest Albert von Sachsen-Coburg und Gotha‎; 6 avqust 1844[…], Vindzor sarayı – 30 iyul 1900) — III Saksen-Koburq-Qota hersoqu. Kraliça Viktoriya və Konsort-şahzadə Albertin ikinci oğludur. 1866-cı ildə Edinburq hersoqu təyin edildi. Ancaq Saksen-Koburq-Qota hersoqu olan əmisinin varisi olmadığı üçün bu hersoqluğun vəliəhdi oldu və əmisinin vəfatının ardından 1893-cü ildə Koburqda taxta çıxdı. == Mənbə == Heathcote, Tony. The British Admirals of the Fleet 1734 – 1995. Pen & Sword Ltd. 2002. ISBN 0-85052-835-6.
Şahzadə Karl Eduard (Saksen-Koburq-Qota hersoqu)
Şahzadə Karl Edvard (alm. Prince Leopold Charles Edward George Albert von Sachsen-Coburg und Gotha‎; 19 iyul 1884 – 6 mart 1954, Koburq, Bavariya) — IV və son Saksen-Koburq-Qota hersoqu. Sonrakı illərindən Faşist Almaniyasında bir çox vəzifədə xidmət etdi və Alman hökuməti üçün qeyri-rəsmi diplomat kimi çalışdı. Atası Kraliça Viktoriya və Konsort-şahzadə Albertin dördüncü oğlu Şahzadə Leopolddur və oğlunun doğumundan 4 ay öncə vəfat etdi. 1899-cu ildə əmisi oğlu Şahzadə Alfredin intiharından sonra Saksen-Koburq-Qota taxt-tacının vəliəhdi seçildi. Bu tarixdən etibarən Almaniyaya göndərilən Karl Edvard burada bibisi oğlu olan Alman imperatoru II Vilhelmin rəhbərliyində təlim-tərbiyə edildi. İngilis olmasına baxmayaraq, Birinci Dünya müharibəsində Almaniyanı dəstəklədi. Nəticədə digər alman şahzadələri kimi taxtdan endirildi və İngiltərəyə qarşı döyüşdüyü üçün ata şəcərəsindən gələn bütün ünvanlarını itirdi. 1930-cu illərin əvvəlində Almaniyada yüksələn Nasizm cərəyanına qoşuldu və 1933-cü ildə partiya sıralarına qatıldı. İkinci Dünya müharibəsi illərində Nasist Almaniyası üçün çalışdı.
Şahzadə Karl Edvard (Saksen-Koburq-Qota hersoqu)
Şahzadə Karl Edvard (alm. Prince Leopold Charles Edward George Albert von Sachsen-Coburg und Gotha‎; 19 iyul 1884 – 6 mart 1954, Koburq, Bavariya) — IV və son Saksen-Koburq-Qota hersoqu. Sonrakı illərindən Faşist Almaniyasında bir çox vəzifədə xidmət etdi və Alman hökuməti üçün qeyri-rəsmi diplomat kimi çalışdı. Atası Kraliça Viktoriya və Konsort-şahzadə Albertin dördüncü oğlu Şahzadə Leopolddur və oğlunun doğumundan 4 ay öncə vəfat etdi. 1899-cu ildə əmisi oğlu Şahzadə Alfredin intiharından sonra Saksen-Koburq-Qota taxt-tacının vəliəhdi seçildi. Bu tarixdən etibarən Almaniyaya göndərilən Karl Edvard burada bibisi oğlu olan Alman imperatoru II Vilhelmin rəhbərliyində təlim-tərbiyə edildi. İngilis olmasına baxmayaraq, Birinci Dünya müharibəsində Almaniyanı dəstəklədi. Nəticədə digər alman şahzadələri kimi taxtdan endirildi və İngiltərəyə qarşı döyüşdüyü üçün ata şəcərəsindən gələn bütün ünvanlarını itirdi. 1930-cu illərin əvvəlində Almaniyada yüksələn Nasizm cərəyanına qoşuldu və 1933-cü ildə partiya sıralarına qatıldı. İkinci Dünya müharibəsi illərində Nasist Almaniyası üçün çalışdı.

Digər lüğətlərdə