KOFEİN

[hol. koffie, əsli ər. ] Qəhvənin, çay yarpaqlarının tərkibində olan, təbabətdə işlənən bir maddə.
Kofein yorğunluğu alıb zehni artırır və onu da artıq içmək zərərdir. H.Zərdabi.

KODEKS
KOFTA
OBASTAN VİKİ
Kofein
Kofein (1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion) — qəhvə ağacı və ya çay və bu kimi digər bitkilərin tərkibində olan alkaloid. Kimyəvi sintez yolu ilə də alınır. Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədilə kiçik dozalarda qatılır. Böyük miqdarda qəbulu təhlükəlidir. Eyni vaxtda 10 qramdan çox qəbulu ölümlə nəticələnir. == Alınması == Çay yarpaqlarında və qəhvə dənələrində 1-3% purin törəməsi - kofein alkaloidi vardır. Çayın dəmlənməsi və ya qəhvənin hazırlanması zamanı kofein məhlula keçir. Bitkilərdə kofein purin əsasları - adenin və quanindən mürəkkəb reaksiyalar vasitəsilə əmələ gəlir. Sənayedə onu çay istehsalının tullantılarından və sortsuz kofe dənələrindən ayırmaqla yanaşı, həmçinin sintetik yolla alırlar. == Fiziki-kimyəvi xassələri == Kofein C8H10N4O2 acı dada malik qaynar suda və xloroformda yaxşı həll olan ipəkvari kristallara malik rəngsiz maddədir (tər=235oC).

Digər lüğətlərdə

де́льтовый неуравнове́шенно пижа́мовый поко́рство сибари́тствовать су́дя по токсикома́нка чино́вница шёлкомота́льная второстепе́нность голо́вчатый дефе́ктный иере́йский настреля́ть сикхи́зм eurypterid free will premaxilla solidi talecarrier мерило муслить попугайничать пылкость трое