kokteyl
kol-kos
OBASTAN VİKİ
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
Helmut Kol
Helmut Kol (alm. Helmut Josef Michael Kohl‎; 3 aprel 1930[…] – 16 iyun 2017[…]) 1982-1998-ci illərdə Almaniyanın kansleri olmuşdur. 1990-cı il 3 oktyabrda birləşmiş Almaniyanın ilk kansleri olub. == Həyatı == Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olur və O Ludwigshafendə böyüyür. 1950-ci ildə Frankfurt Universiteti Hüquq Fakültəsinə daxil olur, 1951-ci ildə Heydelberq Universitetinə keçir və tarixi və sosial-siyasi elmləri öyrənir. 1956-cı ildə Universiteti bitirdikdən sonra Kol Heydelberq Universitetinin Alfred Veber adına İnstitutunda tədqiqat işçisi kimi çalışmışdır. 1958-ci ildə "1945-ci ildən sonra Pfalçanın siyasi inkişafı və partiyaların dirilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə Helmut Kol 1948-ci ildən bəri tanış olduğu tərcüməçi Hannelore Renner ilə evlənir və iki oğlanları dünyaya gəlir. 5 iyul 2001-ci ildə, 68 yaşında, alergiyadan ciddi şəkildə xəstələnən Hannelore Kol, özünü öldürür.. 8 May 2008-ci ildə 78 yaşındakı Helmut Kol ikinci dəfə evlənir.
Kol albalısı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Kol qurbağası
Kol qurbağası (lat. Polypedates leucomystax) — Rhacophoridae kol qurbağası ailəsindən olan növlərdir. O bir çox adla tanınır ki, əsası kol qurbağasıdır. Bundan başqa qızıl sürüşən qurbağa, qızıl ağac qurbağası, Asiya ağ dodaqları, bəbir qurbağası, uçan və ya soyunan ağac qurbağası və s. adları vardır. Bu qurbağalara Banqladeşdə, Bruneydə, Kambocada, Çində, Hindistanda, İndoneziyada, Laosda, Malayziyada, Myanmada, Nepalda, Filippində, Sinqapurda, Tailandda, Vyetnamda və Butanda rast gəlinsə də, əsasən Yaponiyada yaşayırlar. Təbii yaşayış mühiti subtropik iqlim və ya tropik quru meşələr, çaylar gölər və nohurlardır.
Kol qızılağacı
Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü. == Areal == Çində, Yaponiyada, Rusiyada, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır.
Kol çərəni
Kol çərəni == Təbii yayılması == Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. == Botaniki təsviri == 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. == Ekologiyası == Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. == Azərbaycanda yayılması == Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. == İstifadəsi == Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kol İsrail
«Kol İsrail» («İsrailin səsi») — dövlət (1965-ci ilə qədər) radio stansiyası, dövlət idarəçiliyində müstəqil quruluş haqqında qanunun qəbulundan sonra, Rabitə İdarəsinın (Reşut ha-şidur) filialı kimi fəaliyyətini davam etmişdir. == Tarixi == Erets İsrail telekanalının yayımı 30 mart 1936-cı ildə «Fələstində İngilis Mandat İdarəsinin» («Palestine Broadcasting Service» — PBS, ivritcə — «Reşut ha-şidur ha-palestini»), Fələstin Yayım Xidməti tərəfindən bir hissəsi kimi fəaliyyət göstərirdi. İlk yayım Qüds otelində "Palaz" da yerləşən studiyadan hazırlanıb. Özünü PBS-in varisi hesab edərkən, Kol İsrail 2006-cı ildə 70 illik yubileyini qeyd etdi. == Əsas kanalları == Kol Yisrael en:Israel Radio International — xarici dillərdə yayımı'. Reshet Aleph («Reşet alef») — mədəniyyət kanalı. Reshet Bet («Reşet bet») — xəbərlər, aktuallıq, idman. Reshet Gimel («Reşet qimel») — israil musiqisi; Reshet Dalet («Reşet dalet») — ərəb dilində yayımı. REQA (REKA) — 14 dildə yayımı. 88FM — yüksək keyfiyyətli musiqilər.
Kol şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Natali Kol
Natali Kol (ing. Natalie Maria Cole; d, 6 fevral 1950, Los-Anceles — ö, 31 dekabr 2015, Amerikalı jazz ifaçısı, müğənnisi, bəstəkarı və aktrisa. Məşhur caz ifaçısı Net Kinq Kol-un qızı. == Haqqında == Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debyut olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüsseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).
Kol öküzboğan
Kol öküzboğan (lat. Bupleurum fruticosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi sahillərindən, Krımın cənub sahilində bəzən yabanı olan həmişəyaşıl dekorativ kol bitrkisidir. == Botaniki təsviri == Hündürlüyü 1,8 m olan həmişəyaşıl koldur. Bitki düz budaqlı zoğ və sıx çətir əmələ gətirir. Yarpaqları dərili, lələkvari-bölünmüş, çox vaxt böyük, qabarıq qınlıdır və mavi-yaşıl rənglidir, uzunluğu 9 sm-ə çatır. Çiçək qruplarına görə asanlıqla tanınır; sadə və ya mürəkkəb çətirlər əmələ gətirir, çiçəkləri xırda, çox vaxt ağ, bəzən sarı və ya mavi, düz, ikicinsli, kasacığı az bilinən, çiçək tacı beşləçəkli, dişiciyi bir, yumurtalığı-yarımaşağı, ikiyuvalıdır. Meyvəsi-2 yerə bölünmüş toxumcadır. == Ekologiyası == Rütubətsevən, mülayim iqlim şəraitinə davamlı bitkidir. Zəngin torpaqlarda yaxşı bitir.
Qızıl kol
Qızıl kol — rejissor Beybolat Askarov quruluşunda hazırlanan bədii film. == Məzmun == Film ictimai-iqtisadi, siyasi-mədəni həyatda gedən dəyişikliklərdən bəhs edir. == Film haqqında == Film Qəmər Salamzadənin kinoda ilk işidir. Qəmər Salamzadə ilk azərbaycanlı qadın kinorejissordur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Beybolat Askarov Quruluşçu rejissor: Beybolat Askarov Quruluşçu operator: İvan Tartakovski, İvan Manakov Rejissor assistenti: Ağarza Quliyev Rejissor köməkçisi: Qəmər Salamzadə === Rollarda === Ağarza Quliyev Rüstəm Kazımov — Süleyman Sidqi Ruhulla Y.Novruzova Badisəba Lətif Səfərov == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99.
Daryarpaq ölməz kol
Dişli ölməz kol
Parlaq ölməz kol
Qırmızı pirakanta (lat. Pyracantha coccinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Aralıq dənizi sahilərinə məxsus nadir növüdür. Zaqafqaziyada, Krımda, İtaliyada, Fransada, keçmiş Yuqoslaviya ərazisində, Şimali İran və Türkiyədə rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 (2) m-ə qədər olan, iri budaqlı, tikanlarla əhatə olunmuş koldur. Yarpaqları qalın dərilidir, qışı keçirən, uzunsov-ellipsvari və ya uzunsov-neştərvari, bəzən yumurtaşəkilli formada olur, üst tərəfdən parlaq, tünd-yaşıl rəngli, alt tərəfdən tutqundur, cavan yarpaqları tüklu, daha sonra çılpaq olur, kənarları mişarvari-dairəvi dişlidir, saplağı qısadır. Qalxan çiçək qrupu budaqlanan olub, çoxçiçəklidir, sıxdır və qismən tüklüdür. Çiçəkləri xırda ağ və ya krem (açıq sarı) rəngdədir. Meyvələri şarşəkilli, parlaq narıncı-qırmızı və ya tünd qırmızı rəngdədir, noxud böyüklüyündədir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.
Qırmızı ölməz kol
Qızıl Kol (1930)
Qızıl kol (film, 1930)
Qızıl kol — rejissor Beybolat Askarov quruluşunda hazırlanan bədii film. == Məzmun == Film ictimai-iqtisadi, siyasi-mədəni həyatda gedən dəyişikliklərdən bəhs edir. == Film haqqında == Film Qəmər Salamzadənin kinoda ilk işidir. Qəmər Salamzadə ilk azərbaycanlı qadın kinorejissordur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Beybolat Askarov Quruluşçu rejissor: Beybolat Askarov Quruluşçu operator: İvan Tartakovski, İvan Manakov Rejissor assistenti: Ağarza Quliyev Rejissor köməkçisi: Qəmər Salamzadə === Rollarda === Ağarza Quliyev Rüstəm Kazımov — Süleyman Sidqi Ruhulla Y.Novruzova Badisəba Lətif Səfərov == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99.
"Əvəsor" folklor kollektivi
“Əvəsor” Xalq Kollektivi - 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-cı ildə Dağıstanın Qızlar, 1993-95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş «Talış bölgəsinin nəğmələri» kitabına daxil edilmişdir. 2010-2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
1 nömrəli Bakı Tibb Kolleci
1 nömrəli Bakı Tibb Kolleci (əvvəlki adı: 1 nömrəli Bakı Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 1 nömrəli Bakı Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi.
2 nömrəli Bakı Baza Tibb Kolleci
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir.Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. == Direktorları == Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Azərbaycan Dövlət Pedaqoji Kolleci (əvvəlki adı: M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Bu kollec 1919-cu ildə yaranmışdır. Hal-hazırda dosent İsrayıl İsgəndərov rəhbərlik edir. Bundan əvvəlki adı M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür.1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) Nurlana Əliyeva, 2016-cı ildən Qulu Novruzov, 2018-ci ildən etibarən isə İsrayıl İsgəndərov rəhbərlik edir. == Adları == Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir: 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası; 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası; 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası; 1926–1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu; 1936–1938-ci illərdə — M. Ə. Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu; 1938–1963-cü illərdə — M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi; 1968-ci ildən — M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi; 1991-ci ilin dekabrından — M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu; 23 dekabr 1999-cu ildən — M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci; 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci; 03 fevral 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Məktəbəqədər təlim və tərbiyə; İnkluziv təhsil; Ailə və ev təhsili; Fiziki tərbiyə müəllimliyi; Sosial iş. == Kontingent == Kollecdə əyani və qiyabi şöbələr üzrə ümumilikdə 4169 tələbə təhsil alır. Həmçinin "Moodle"[1]-tədris idarə edilməsi sistemini tətbiq edən ilk kollecdir. 260 nəfər müəllim fəaliyyət göstərir ki, onlardan 1 nəfər elmlər doktoru, professor, 12 nəfər elmlər namizədi, 14 nəfər baş müəllim, 18 nəfəri isə dissertantdır.
Actinidia kolomikta
Kolomikt aktinidiyası (lat. Actinidia kolomikta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində, Yaponiyada, Koreyada, Saxalində meşələrdə, dəniz səviyyəsindən 1300–1400 m hündürlükdə bitən lianadır. == Botaniki təsviri == 15 m hündürlüyə çatan sarmaşan bitkidir. Yarpaqları müxtəlif çalarlı; əvvəl bürüncü, sonra yaşıl, çiçəkləyəndə ağ-alabəzək, payızda narıncı-bənövşəyi, daha sonra qızaran moruğu-qırmızı rəngli iri kürəvari olur. Çiçəkləri ağ və çəhrayı rəngdə, ətirlidir. Zoğ üzərində tək-tək və ya seyrək salxımlarda yerləşir, ikievli bitkidir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri kiçik, 50–60 tozcuqdan ibarət olub, dişicikli çiçəklər isə iridir.
Aleksandr Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874 – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Aleksandra Kollontay
Aleksandra Mixaylovna Kollontay — (31 mart 1872[…], Sankt-Peterburq – 9 mart 1952[…], Moskva) – beynəlxalq və rus inqilabi sosialist hərəkatının iştirakçısı == Həyatı == 1906-cı ildən menşeviklərə yaxınlaşır, 1915-də Rus Sosial-Demokrat Fəhlə Partiyasına qoşulur; feministka; publisist; dünyada ilk qadın-nazir və qadın diplomat; Dıbenkonun həyat yoldaşı. (İlk Sovet Nikahı) Aleksandra Mixaylovna Kollontay Peterburqda, öz kökləri ilə orta əsrlər knyazı Dovmont Pskovskiyə çatan imkanlı zadəgan ailəsində dünyaya göz açmışdır. Aleksandra Mixaylovnanın atası 1877–1878-ci illərdə rus-türk müharibəsində iştirak edən və 1878–1879-cu illərdə Bolqarıstanda Tırnov qubernatoru olan yüksək vəzifəli general Mixail Domontoviç olmuşdur; anası–Aleksandra Masalina-Mravinskaya meşə materialları ilə ticarət edən fin fabrikantının qızı olmuşdur. Ögey bacısı Mravinskaya–məşhur opera oxuyan. Hərtərəfli ev təhsili almışdır. Bir neçə xarici dil bilirdi (ingilis, alman, fransız, isveç, norveç, fin və digər dillər), ədəbiyyat ilə maraqlanırdı. 1888-ci ildə Sankt-Peterburqdaki 6-cı kişi gimnaziyasına kurs gimnaziya üçün imtahan vermişdir. İncəsənət məktəbinə baş çəkir, xüsusi rəsm çəkmə dərsləri götürürdü. Kübar cəmiyyətə qəbul edilmişdir. Aleksandra Domontoviçin ünsiyyət etdiyi insanlar sırasına əminəvəsi İqor Severyanin də daxil idi.
Amasonas (Kolumbiya)
Amasonas (isp. Amazonas) — Kolumbiyanın departamentlərindən biri və Amazon çayı adına əsasən adlandırılmışdır. Ölkənin cənubunda yerləşən Amasonas, şərqdə Braziliya, cənub-qərbdə Peru ilə sərhəddir. İnzibati mərkəzi - Letisiya şəhəri. == İqtisadiyyatı == Amasonasda əsasən kənd təsərrüfatı, balıqçılıq və turizm sahəsi mühüm rol oynayırdı.
Ana Koloviç Lesoska
Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur. Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir.
Andrey Kolesnikov
Andrey Kolesnikov (Андрей Колеснико) - futbol məşqçisi. == Həyatı == 2000-ci ildə Donesk Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. 2002-ci ildən 2005-ci ilədək "Metallurq" Futbol Klubunda fiziki hazırlıq üzrə məşqçi vəzifəsində çalışmışdır. 2005-ci ildən 2006-cı ilədək "Krivbass" Futbol Klubunda məşqçi-metodist vəzifəsində işləmişdir. 2007-ci ildən "İnter" PİK-də çalışır.
Andrey Kolkutin
Andrey Kolkutin (rus. Андрей Колкутин 1957), 1957-ci il Smolyaninovo, Primorsk | Smolyaninovo doğulan bir rus sənətçidir. 1982-ci ildə Leninqradda iştirak edən Repin Academy of Arts-dən məzun olmuşdur. Hal-hazırda cənub qərb Rusiyada Türkiyə yaxınlarında yaşayır. Kolkoutine, ümumiyyətlə rəsm üzərinə yağlıboya işləri etsə də heykəl və qrafik işləri də etmişdir. Rusiya xaricində, Danimarka, Almaniya, Fransa və digər Avropa ölkələrində olduğu kimi Amerika Birləşmiş Ştatlarında sərgilər açmışdır. == Üslub == Kolkutin, öz arakteristik üslubunu 1980-ci illərin sonunda diqqətə çarpan olmuşdur. Bu üslub ənənəvi rus simvollarının, Malevich suprematizmi, kübizm və naif sənəti ilə birləşməsindən meydana gəlir Suprematist işçiləri figüratif elementləri ilə birləşdirilmişdir Əsərlərində əyri binalar oyun kartları və kiril hərfləri müşahidə edilir. Fərqli rəng və motivləri əhatə edən çərçivə və əksəriyyətlə əyrilər vardır.
Andrey Kolmoqorov
Andrey Nikolayeviç Kolmoqorov (rus. Андре́й Никола́евич Колмого́ров, 25 aprel, 1903 – 20 oktyabr, 1987) — Rusiya və Sovet riyaziyyatçısı; ehtimal nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi üzrə elmi məktəblərin yaradıcısı; funksiyalar nəzəriyyəsi, riyazi məntiq, topologiya, diferensial tənliklər, funksional analiz, ehtimal nəzəriyyəsi və informasiya nəzəriyyəsi üzrə fundamental əsərlərin müəllifi.
Aralıq Kolanlı
Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim. == Haqqında == Aralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.
Astara Pedaqoji Kolleci
Astara Pedaqoji Kolleci (əvvəlki adı: Astara Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Astara Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi;İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; İnstrumental ifaçılıq (alətlər üzrə); Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Bədən tərbiyəsi və idman.
Ayın kolonizasiyası
Ayın kolonizasiyası insanlar tərəfindən Ayın hipotetik məskunlaşmasıdır. Ayda yaşayış bazalarının qurulması üçün mövcud planlar bəzən məskunlaşmanın ilkin mərhələsi hesab olunur, lakin insanın Ayda daimi və avtonom qalması daha çətin məsələdir və bir çox problemlərin həllini tələb edir. Bununla belə, nəzərə alsaq ki, ötən əsrin elmi-fantastik ideyalarının əksəriyyəti indiki dövrdə gerçəkləşdirilib, texnologiyanın müasir sürətli inkişafı dövründə tikinti və 3D çapın robotlaşdırılması o qədər də fantastik deyil. 21-ci əsrin mövcud elmin vəziyyəti, bir sıra konstruktor və texnoloji işlərin yerinə yetirilməsi şərtilə, artıq uğurlu müstəmləkəçilik üçün yaxşı şanslar təklif edir. Ayın kolonizasiyası həmçinin çoxdandır ki, elmi-fantastik əsərlərin mövzusudur. == Ayın mənimsənilməsi planları == 1970-ci illərdən sonra kosmik texnologiyanın ləng inkişafı bizə kosmik kolonizasiyanın asanlıqla əldə edilə bilən və bütün hallarda özünü doğrultmuş məqsəd olduğunu düşünməyə imkan vermir. Yerə yaxınlığına (üç günlük uçuş) və landşaft haqqında kifayət qədər yaxşı biliyə görə Ay uzun müddətdir ki, insan koloniyasının yaradılması üçün namizəd yerlərdən biri hesab olunurdu. Sovet və Amerikanın Ayın tədqiqi proqramları Aya getməyin mümkünlüyünü nümayiş etdirsə də (çox bahalı layihələr olsa da), onlar eyni zamanda ay koloniyasının yaradılması həvəsini soyutdular. Bu, astronavtların gətirdiyi toz nümunələrinin təhlili onun tərkibində həyatın təmin edilməsi üçün zəruri olan yüngül elementlərin çox az olduğunu göstərməsindən irəli gəlirdi. Buna baxmayaraq, astronavtikanın inkişafı və kosmik uçuşların qiymətinin azalması ilə, Ay bazanın yaradılması üçün əsas obyekt kimi baxılır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kollec
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kolleci
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci
Bakı Neft-Energetika Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci (Əvvəlki adı:Bakı İdarəetmə və Texnologiya Kolleci )— Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 6 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazalarında Bakı İdarəetmə və Texnologiya Kolleci yaradılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur. 11 iyul 2020-ci ildə Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Pedaqoji Kolleci
Azərbaycan Dövlət Pedaqoji Kolleci (əvvəlki adı: M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Bu kollec 1919-cu ildə yaranmışdır. Hal-hazırda dosent İsrayıl İsgəndərov rəhbərlik edir. Bundan əvvəlki adı M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür.1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) Nurlana Əliyeva, 2016-cı ildən Qulu Novruzov, 2018-ci ildən etibarən isə İsrayıl İsgəndərov rəhbərlik edir. == Adları == Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir: 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası; 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası; 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası; 1926–1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu; 1936–1938-ci illərdə — M. Ə. Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu; 1938–1963-cü illərdə — M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi; 1968-ci ildən — M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi; 1991-ci ilin dekabrından — M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu; 23 dekabr 1999-cu ildən — M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci; 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci; 03 fevral 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Məktəbəqədər təlim və tərbiyə; İnkluziv təhsil; Ailə və ev təhsili; Fiziki tərbiyə müəllimliyi; Sosial iş. == Kontingent == Kollecdə əyani və qiyabi şöbələr üzrə ümumilikdə 4169 tələbə təhsil alır. Həmçinin "Moodle"[1]-tədris idarə edilməsi sistemini tətbiq edən ilk kollecdir. 260 nəfər müəllim fəaliyyət göstərir ki, onlardan 1 nəfər elmlər doktoru, professor, 12 nəfər elmlər namizədi, 14 nəfər baş müəllim, 18 nəfəri isə dissertantdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, == Tarixi == Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Azərbaycan Maliyyə-İqtisad Kolleci

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 23 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2005-ci il tarixli, 47 saylı əmri ilə fəaliyyət göstərir. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Geodeziya və xəritəçilik; Təsviri incəsənət müəllimliyi; Dizayn; Menecment; Kommersiya; Qaynaq Metallurgiyasi ve Texnologiyasi avadavliqlarinin istehsali Bina və qurğuların tikintisi və istismarı;Tikinti məmulatları və konstruksiyaları istehsalı; Qaz təchizatı sistemi və avadanlıqlarının quraşdırılması və istismarı; Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri; Nəqliyyat vasitələrinin təmiri və servisi.
Böyük Qafqazın arid meşə-kol landşaftları
Arid meşə-kol landşaftlar - Landşaft kompleksinin əhatə etdiyi ərazidə yayı quraq keçən mülayim isti və qışı quraq keçən mülayim isti iqlim tipi hakimdir. Havanın orta illik temperaturu +6 -140, 100-dən artıq aktiv temperaturun illik cəmmi 1600-33000 təşkil edir. Orta illik atmosfer yağıntılarının miqdarı 400-600mm arasında dəyişir. Dağ meşə-kol landşaftı daxilində çay şəbəkəsi daha alçaq mütləq yüksəklikləri əhatə edən çöl və yarımsəhra landşaftlarına nisbətən yaxşı inkişaf etmişdir. Burada çay şəbəkə sıxlığı 0,4-0.6 km/km2 təşkiledir. Böyük Qafqazın cənub-şərq yamacının alçaq və orta dağlığın hamar, az meyilli relyef sahələrində meşə örtüyü qırılaraq müxtəlif aqrolandşaftlarla əvəz edilmişdir. Buna görə də Pirsaatçaydan şərqə doğru meşənin areallı məhdudlaşır. Burada yalnız Qozluçay hövzəsində çayın yuxarı axınında palıd-vələs meşələri talalar şəklində mövcuddur.

Значение слова в других словарях

ОСТ то́лько бы утолща́ться арбале́т белки́ блева́ть кровоостана́вливающий мы́тый плюсово́й по слу́хам ро́дина со всего бе́га стереогра́фия уку́тать четырёхты́сячный compelling czarism Evanston horse standing nor'-west unicellular балагурство бобриком машина семилетний