– Kolların və ağacların budağı arasında oxuyan quşlar da yuvalarına çəkilməkdə idilər.
[Səməd] çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə arx çəkdi, suvardı.
□ Kola yatmaq (girmək) – kolun dalında və ya içində gizlənmək.
[Cuma] ara qarışdığından və çaxnaşmadan istifadə edərkən ancaq hara gedəcəyini bilmədən dayanıb kola yatdı.
◊ (Bu kol) sən (o) girən kol deyil – sən (o) bacaran iş deyil, sənin (onun) hünəri deyil, sən bacarmazsan (o bacarmaz).
[Hacı Murad:] İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr, o, girən kol deyil.
[Dilbər xanım:] Cəbi, bu kol sən girən kol deyil ha, özünü gözlə!