KOLAZ

I
(Füzuli, Kürdəmir, Lənkəran, Sabirabad, Salyan)
qayıq. – İstildə öbilə <o qədər> qəmiş vardi, kolaz sürməy olmırdı (Lənkəran); – Bitöv ağac olur, için çıxarıllar olur kolaz (Füzuli)
II
(Cəlilabad)
heyvan suvarmaq üçün daşdan düzəldilmiş yer, nov
KOLAVAT
KOLÇAN
OBASTAN VİKİ
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.

Digər lüğətlərdə

бе́ечка Ве́рбная обессу́дить огради́тель перетоло́чь разма́зистый скарлати́нный строгова́тый три чистокро́вность актуализи́роваться не на дурака и т.п. напа́л пота́скивать прислони́ться рассо́вываться шку́рно гугня aggravated bookling clatter cosmos golden carp illiquid подготовить разглагольствовать