kollec
kollegiallıq
OBASTAN VİKİ
Kollegiallıq
Kollegiallıq (lat. collegium – birlik, yoldaşlıq) — ümumi əhəmiyyətli işlərin bir qrup şəxslər tərəfindən ümumi (kollegiya) müzakirəsi və həlli; kollegial orqanın həyata keçirdiyi rəhbərlik metodu; təkbaşına idarəetmənin alternativi. Kollegiallıq tapşırılan iş üçün kollegiya (büro, komitə, məclis və s.) üzvünün ümumi və şəxsi məsuliyyətinin uzlaşdırılmasını tələb edir. Onun məqsədi atılan addımın, fəaliyyətinin mütarazlığını təmin etməkdən ibarətdir. Kollegiallıq məsələyə dərin və hərtərəfli düşünərək yanaşmağı təmin edir. Bir sıra orqanlar (partiyalar) məhkəmələr (o cümlədən: beynəlxalq məhkəmələr), parlamentlər (o cümlədən, beynəlxalq parlamentlər) və s. məhz kollegiallıq prinsipi üzərində fəaliyyət göstərirlər. == Mənbə == B.S.Atakişiyev, İnzibati hüquq və terminlər, Bakı-2008, s. 194.

Digər lüğətlərdə

высве́рливание книгоизда́тельский котлова́н набормота́ть нагорева́ться переде́лываться пожа́рские поэкземпля́рный утилиза́тор ба́нда высве́чивание итого́ майора́н намота́ть на винт сырная седми́ца улежа́ть цевни́ца band-pass bestir fibrous fondling grape-worm hiemal мошонка поклон