KOLXOZÇU

is. tar. Kolxoz üzvü olan kəndli, kolxoz üzvü.
Arabanı sürən qısaboy, yoğun bir kolxozçu idi. M.Hüseyn.
Maşın bir dəstə kolxozçunun yanından keçdi. S.Rəhman.
Qara kişi də kolxozçuların çoxu kimi … işləyir( di). Ə.Əbülhəsən.

KOLXOZ
KOLXOZLAŞDIRMA
OBASTAN VİKİ
Fəhlə və kolxozçu
"Fəhlə və kolxozçu" (rus. «Рабо́чий и колхо́зница») — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri. Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur. Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur. == Mənası == İşıqlı gələcək rəmzi olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir. == Tarixi == "Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış və Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı: "Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik". Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib: "Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü.
Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942)
Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! filmi rejissor Mirzə Mustafayev tərəfindən 1942-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-süjet "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır. Film kolxozçular arasında tankların istehsalı üzrə fonda vəsait toplanması prosesinə həsr olunmuşdur. == Məzmun == Film-süjet "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır. Film kolxozçular arasında tankların istehsalı üzrə fonda vəsait toplanması prosesinə həsr olunmuşdur. == Filmin üzərində işləyən == Müəllif: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Vartaşen kolxozçusu
Lenin bayrağı — Sovet dövründə İndiki Oğuz rayonunda nəşr edilən qəzet. 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamışdı. == Tarixi == 1962-ci ildə Nuxa şəhərində "Nuxa fəhləsi" adlı rayon qəzetinin əvəzinə, "Lenin bayrağı" adlı yeni bir rayonlararası qəzetin nəşrinə başlanılmışdı. Həmin qəzet nəşrə başladıqdan 7-8 ay sonra, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı ilə Nuxa rayonunun ərazisi, Nuxa şəhəri istisna olmaqla, Vartaşen rayonuna birləşdirildi. 2 il sonra isə Nuxa rayonu, əvvəlki hüdudlarında yenidən bərpa edildi. Bu iki il müddətində "Lenin bayrağı" qəzetinin redaksiya ofisi əvvəlki kimi yenə də Nuxa şəhərində yerləşmişdi və qəzet yalnız Nuxa mətbəəsində çap olunmuşdu. Sadəcə, həmin qəzet 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. Lakin bu qəzet 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra bir daha çap edilmədi. Əvəzində, 2 iyil 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edildi. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonunadək həmin ad altında nəşr olundu.
Zərbəçi kolxozçuların I toplanışı (film, 1936)
== Məzmun == Film Azərbaycanın kənd təsərrüfatında çalışan zərbəçi kolxozçuların I toplanışına həsr olunmuşdur.

Digər lüğətlərdə

вандали́зм гуру ды́мчатый прирасти́ться формотво́рчество англофи́льский вскара́бкаться втихомо́лку дня́ми ли́зинговый отраслеви́к покори́ть псевдоэпи́графы ретрогра́дность шариа́т торощиться цынубель deafening pantshoes prime mover receivables steam-driven несть перезарядить яблочко