KOLÇEDAN

Bəzi metalların (dəmir, nikel, mis və s.) sürmə, kükürd, arsenlə birləşməsindən ibarət mineralların ümumi adı.
Respublikamızın faydalı qazıntıları içərisində pirit və ya kükürd kolçedanı yataqları görkəmli yer tutur. M.Qaşqay.

KOLBASAR
KOLÇEDANLI
OBASTAN VİKİ
Qoşa qızl kolçedan yatağı
Yataq tektonik cəhətdən Şəmkir antiklinorisinin mərkəzi hissəsində Gədəbəy filiz rayonunun şimal-qərbində yerləşmişdir. Yatağın geoloji quruluşunda orta yuranın vulkanogen və vulkanogen çökmə süxur kompleksləri geniş inkişaf tapmışdır. Yatağın yerləşdiyi filiz sahəsinin ən böyük qırışıqlıq strukturu Əhənədabad qoşa antiklinalı və uzanması antiklinalın ox hissəsi ilə üst-üstə düşən eyniadlı dərinlik qırılmasıdır. Yatağın geoloji quruluşunda bazalt-riolit kompleks süxurları iştirak edir. Yatağın intisar tapdığı ərazidə radial istiqamətli daykalar və kiçik ölçülü kvars-riolit intruziyaları inkişaf tapmışdır. Yatağın sahəsi daxilində mövcud vulkanik kütlələr (riodasit tərkibli) yatağın formalaşmasına təsir göstərmişdir. Yataq sahəsində ətraf süxurlar hidrotermal metsomatik dəyişilmələrə məruz qalmışdır və bu dəyişilmələr kaolinləşmə, kvarslaşma, porfiritləşmə ilə təmsil olunurlar. Əsas filiz mineralı pirit, xalkopirit, qalenit və sfaleritdir. İkinci dərəcəli minerallardan xalkozin, kuprit, malaxit təsadüf olunur.
Qoşa Qızıl kolçedan yatağı

Qalakənd qızıllı-mis kolçedan təzahürü
== Yerləşdiyi ərazi == Şəmkirçay hövzəsində Qalakənd kəndindən cənub-qərbdə yerləşir. H. İ. Əliyev (1991-1998) tərəfindən aşkar olunan bu təzahürün sahəsində qədim dağ qazmaları mövcuddur. Çox güman ki, bu ərazidə Siemens firması tərəfindən dağ-qazma işləri aprılmışdır. == Sahəsi == Təzahürün sahəsi təxminən 1,5 kv. km. sahəni əhatə edir ki, burada alt bayos yaşlı albitləşmiş andezit-bazaltlar, psammit tufları və tuf qumdaşları; Üst bayosun riolit və riodasitləri tuf qlavrelitləri, tuf argillitləri iştirak edir. Sahənin geoloji quruluşu bir sıra şimal-qərb istiqamətli qırılmalarla mürəkkəbləşmişdir. Bu qırılmalar boyu ətraf süxurlar hidrotermal dəyişmələrə məruz qalmışlar. Burada bir-birinə paralel kvars damarcıqlarına malik, hidrotermal dəyişmiş, piritləşmiş, limonitləşmiş iki zona vardır. Zonalarda qazılmış xəndəklərdən götürülmüş sınaqlarda Au- 0,25-0,75 q/t, Ag-2,6-6,5 q/t, Cu-0,01%, Mo-0,002%, Pb-0,01%, Zn-0,01-0,1% aşkar edilmişdir.
Qızıl bulaq mis-qızıl kolçedan yatağı
Qızıl bulaq mis-qızıl kolçedan yatağı - Ağdərə rayonu ərazisində yerləşən mineral yataq. Yatağın geoloji quruluşunda Orta Yuranın vulkanogen süxur kompleksləri iştirak edir. Bu süxur komplekslərinin qalınlığı 300 m-dir və Bat yaşlı tuf konqlomeratlar və tuf qum daşları ilə örtülür. Batın üzərində Kollovey-Oksvord tufları və tuf qum daşları yatır. Yatağın əsas qırışıqlıq strukturu trambon antiklinalıdır. Bu antiklinal morfoloji cəhətdən vulkano–tektonik strukturları xatırladır. Strukturun gümbəz hissəsi bat yaşlı riodasitlərlə yarılmışdır. Yataq sahəsində əsas parçalanma strukturu “qızıl bulaq” dərinlik qırılmasıdır. Bu qırılma meridianal istiqamətdə uzanaraq 550-600 bucaq altında şərqə düşür. Yer səthində filiz kütlələri güclü oksidləşməyə məruz qalmışlar və oksidləşmə zonasının qalınlığı 15 m-ə qədərdir.
Çıraqdərə kükürd kolçedanı yatağı
Çıraqdərə kükürd kolçedanı yatağı — Çıraqdərə yatağı Pantdağ silsiləsinin cənub-şərq yamacında, Kürəkçay çayının sol sahilində yerləşir. == Strukturu == Struktur cəhətdən Çıraqdərə kükürd kolçedanı yatağı Göygöl antiklinoriumunun ox zolağında yerləşir. == Geoloji quruluşu == Yatağın geoloji quruluşunda üst bayos yaşlı filiz saxlayan riolit-dasit tərkibli effuziv mənşəli süxurlar və onların vulkanoklastolitləri iştirak edir ki, bu süxurlar transqressiv olaraq bat yaşlı andezit, andezit-bazalt tərkibli lava örtükləri və bu tərkibli piroklastik süxurlarla örtülür. Yura yaşlı vulkanogen mənşəli süxurlar kompleksi subvulkanik kütlələrlə, diabaz, qabbro-diabaz tərkibli daykalarla yarılırlar. Ştok formalı filiz cisimləri massiv və möhtəvi pirit filizləşməsi ilə təmsil olunur. Filiz saxlayan riolit-dasit tərkibli süxurlar metasomatik proseslərin təsiri nəticəsində törəmə kvarsitlərə çevrilmiş, möhtəvi və damar tipli kükürd kolçedanı filizləşməsi daşıyır. Yataqda filizləşmə iki fazada baş vermişdir. 1-ci faza geosinklinal inkişafın ilk mərhələsində baş verən intensiv metasomatizm ilə müşayiət olunan iri pirit filizləşmə toplantılarının əmələ gəlməsi ilə səciyyələnir ki, aşağı horizontlarda yüksək temperatur şəraitində pirit, yuxarı horizontlarda isə nisbətən aşağı temperatur şəraitində xalkopirit filizləşməsi əmələ gəlmişdir. Filizləşmənin 2-ci fazası maqmatizmin Kimeric mərhələsi ilə əlaqədar olaraq, mis, mis-sink minerallaşması ilə səciyyələnir. Çıraqdərə yatağının filizləri mineraloji tərkibinə görə pirit, bornit-xalkopirit və tetraedrit-xalkopirit-sfalerit formasiyaları ilə xarakterizə olunur.

Значение слова в других словарях

бы́вший извози́ться ната́пливать сорокоу́шка удобопроизноси́мый хроно́граф криста́льно при́работок разбрани́ться слепонемы́е слоевцо́вый сто́йко жеребей кирчажливый эшафот clay pipe downshift linstock monoclinal neuromata sullenly задымиться образец разгладиться сохраняться