KOMANDA
KOMANDANLIQ
OBASTAN VİKİ
Ali Baş Komandan
Ali Baş Komandan — bir ölkənin hərbi qüvvələrinin ən yüksək əməliyyat komandanlığı və nəzarətini həyata keçirən şəxsə deyilir. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan respublikasının Ali Baş Komandanıdır.
ABŞ Afrika Komandanlığı
Amerika Birləşmiş Ştatlarının Afrika Komandanlığı, qısa adı ilə AFRICOM — ABŞ-dakı Corc U. Buş hökumətinin əmri ilə Afrikada mülki və hərbi əməliyyatlar təşkil etmək məqsədi ilə 2007-ci ildə qurulmuş Pentaqon bölməsinin adıdır, Amerika Birləşmiş Ştatları Afrika Komandanlığı (ing. United States Africa Command (USAFRICOM) və ya qısaca AFRICOM) adı altında tanınır.
ABŞ Avropa Komandanlığı
ABŞ Avropa Komandanlığı (ing: United States European Command (EUCOM)) — Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 avqust 1952-ci ildə qurulmuşdur. Əməliyyat sahəsi başda Avropa olmaqla, Rusiya, Türkiyə, Qrenlandiya ilə yanaşı İsraili də əhatə edir. Mərkəzi Almaniyanın Ştutqart şəhərində yerləşən Patch kazarmasında yerləşir. EUCOM komandiri eyni zamanda NATO tərkibindəki Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığının da (SACEUR) komandanıdır. Komandanlıq Körfəz müharibəsi və Şimaldan Kəşfiyyat Ekspedisiya zamanı İncirlik Hərbi Hava Bazasındakı qüvvələrə nəzarət etmişdir.
ABŞ Cənub Komandanlığı
Amerika Birləşmiş Ştatları Cənub Komandanlığı (ing. United States Southern Command (USSOUTHCOM)) — Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 6 iyun 1963-cü ildə qurulmuşdur və əməliyyat sahəsi Mərkəzi və Cənubi Amerika ilə Karib dənizi hövzəsini əhatə edir. Mərkəzi Florida əyalətində yerləşən Doral şəhərində yerləşir.
ABŞ Hind-Sakit okean Komandanlığı
Amerika Birləşmiş Ştatları Hind-Sakit okean Komandanlığı (ing: United States Indo-Pacific Command (USINDOPACOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. Birləşmiş Ştatların Sakit Okean Komandanlığı (USPACOM) olaraq 1 yanvar 1947-ci ildə qurulmuşdur, 30 may 2018-ci ildə hal-hazırkı adını almışdır. Onun əməliyyat sahəsi ABŞ-nin qərb sahili ilə Hindistanın qərb sahilləri də daxil olmaqla Hind-Sakit okean bölgəsini əhatə edir. Mərkəzi Havay əyalətində yerləşən Aiea şəhərindəki H. M. Smith bazasında yerləşir.
ABŞ Kosmik Komandanlığı
Amerika Birləşmiş Ştatları Kosmik Komandanlığı (USSPACECOM və ya SPACECOM) — Birləşmiş Ştatların Müdafiə Nazirliyinin Vahid Döyüş Komandanlıqlarından biridir. Onun vəzifəsi kosmosdakı hərbi əməliyyatlara, xüsusən dəniz səviyyəsindən 100 kilometr yuxarıdakı bütün əməliyyatlara cavabdehlik və nəzarətdir. ABŞ-nin hərbi kosmik əməliyyatları əvvəlcə 1945-ci ildə başlamışdı, lakin 1985-ci ilin sentyabrına qədər bütün hərbi qüvvələrin xarici kosmosda ortaq komandanlıq və nəzarətinin təmin edilməsi və digər döyüş komandanlıları ilə əlaqələndirilməsini təmin etmək üçün Kosmik Komandanlıq yaradılmadı. SPACECOM 2002-ci ildə ləğv edildi və onun bütün vəzifələri və qüvvələri Birləşmiş Ştatların Strategiya Komandanlığına birləşdirildi. Təxminən 17 il sonra, Kosmik Komandanlıq 29 avqust 2019-da yenidən quruldu və döyüş bölgəsi olaraq kosmosa yenidən diqqət yetirildi.
ABŞ Mərkəzi Komandanlığı
Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (ing: United States Central Command (USCENTCOM)) Birləşmiş Ştatların Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 yanvar 1983-cü ildə qurulmuşdur. Sürətli Yerləşdirməli Müştərək Əməliyyat Qüvvələrinin (Rapid Deployment Joint Task Force - RDJTF) əvvəlki vəzifələrini öz üzərinə götürmüş və əməliyyat sahəsi Yaxın Şərq, xüsusilə İraq və Afrikada Misir, həmçinin Orta Asiyadakı Əfqanıstandır. Baza qərargahı Florida ştatının Tampa şəhərindəki MacDill Hərbi Hava Qüvvələrinin bazasında yerləşir. Komandanlıq bir çox hərbi əməliyyatlarda, o cümlədən 1991-ci ildə İraqdakı Çöl Fırtınası Əməliyyatında, Əfqanıstan müharibəsi və Səddam Hüseynin devrilməsi ilə nəticələnən İkinci İraq müharibəsində Amerikanın əsas iştirakçı qüvvəsi rolunu oynamışdır. 2015-ci ildən etibarən CENTCOM qüvvələri ilk növbədə Əfqanıstan, İraq və Suriyada yerləşdirilir.
ABŞ Strategiya Komandanlığı
Birləşmiş Ştatların Strategiya Komandanlığı (ing. United States Strategic Command; USSTRATCOM)— Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi hərbi peyklər kimi kosmik əməliyyatlar, məlumat əməliyyatları (məlumat müharibəsi kimi), raketdən müdafiə, qlobal komandanlıq və nəzarət, kəşfiyyat, nəzarət və kəşfiyyat (C⁴ISR), qlobal vuruş və nüvə yayındırıcılığı (ABŞ-nin nüvə arsenalı) və kütləvi qırğın silahlarına qarşı mübarizə aparmaqdır. Qərargahı Nebraska əyalətndəki Offutt Hava Qüvvələri bazasında yerləşir.
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı
Amerika Birləşmiş Ştatları Xüsusi Əməliyyatlar Komandanlığı (ing. United States Special Operations Command, qısaca USSOCOM və ya SOCOM) — ABŞ Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi ABŞ dövlətinin mənfəəti və mənafeyi üçün xüsusi əməliyyat qüvvələri hazırlamaq, terror şəbəkələrinə qarşı əməliyyatların planlaşdırılması və sinxronlaşdırılmasıdır. 16 aprel 1987-ci ildə yaradılan komandanlığın qərargahı Florida ştatındakı MacDill Hava Qüvvələri bazasında yerləşir.
ABŞ Şimal Komandanlığı
Birləşmiş Ştatların Şimal Komandanlığı (ing. United States Northern Command (USNORTHCOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 oktyabr 2002-ci il tarixində yeni Vahid Döyüş Komandanlığı planına əsasən qurulmuşdur və əməliyyat sahəsi başda ABŞ-dakı hərbi olmayan rəsmilərə hərbi dəstək verməklə Kontinental ABŞ, Puerto-Riko, Kanada, Meksika və Baham adaları daxil olmaqla Şimali Amerikanı əhatə edir. Mərkəzi Kolorado əyalətində yerləşən, Kolorado Sprinqs şəhərindəki Peterson Hərbi Hava Qüvvələri bazasında yerləşir.
Atlantika Müttəfiq Ali Komandanlığı
Atlantik Müttəfiq Ali Komandanlığı (ing: Supreme Allied Commander Atlantic (SACLANT)) - Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı ilə birlikdə NATO-nun iki yüksək komandanlığından biridir. Komandanlığın missiya sahəsi Arktikadan Xərçəng Tropikinə qədər ərazini əhatə etmişdir.
Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı
ABŞ Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı (SHAPE - Supreme Headquarters Allied Powers Europe) — Şimali Atlantika Müqaviləsi Təşkilatının Müttəfiq Əməliyyat Komandanlığının (ACO) qərargahıdır. 1967-ci ildən Belçikanın Mons şəhərinin şimalında yerləşən Kastau şəhərində yerləşir. Bununla birlikdə, əvvəllər 1953-cü ildən Fransadakı Versalın yanında Rocquencourtda yerləşirdi. 1951-ci ildən 2003-cü ilə qədər SHAPE Müttəfiq Avropa Komandanlığının (ACE) qərargahı idi. 2003-cü ildən bu yana Müttəfiq Əməliyyatlar Hərəkatının mərkəzi olub və dünyadakı bütün NATO əməliyyatlarına nəzarət edir 2003-cü ildə fəaliyyətinin coğrafi əhatəsi genişlənsə də, SHAPE hüquqi səbəblərə görə Avropaya istinad edərək ənənəvi adını qorumuşdur. O dövrdə Atlantik Müttəfiq Komandanlığının tarixən bir hissəsi olan NATO-nun Lissabondakı ACO (Müttəfiq Əməliyyat Komandanlığı) komandanlığı yenidən birləşdirildi. Müttəfiq Əməliyyatlar Hərəkatının Komandiri, eyni zamanda “Avropa Müttəfiq Ali Komandiri” (SACEUR) titulunu qorumuşdur və eyni zamanda ABŞ Avropa Komandanlığı Komandanı kimi vəzifə icra edən ABŞ dörd ulduzlu generalı və ya bayraq komandiri kimi qalmağa da davam edir.
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutun tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam Ordusunun komandanı təyin edildi. Türk zabitlərinin yaxından köməyi və iştirakı ilə, Azərbaycan Demokratik Cumhuriyyəti ordusunu milli kadrla təmun etmək məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi.Korpus komandiri Əliağa Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Bakı ali ümumqoşun komandanlıq məktəbi
Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi (abr. BAÜKM) və ya BVOKU (rus. Бакинское высшее общевойсковое командное училище) — 29.11.1939 – 1991-ci illərdə SSRİ-nin ilk hərbi təhsil müəssisələrindən biri. Məktəb mövcud olan illərdə bir sıra ixtisaslar üzrə hərbi kadr hazırlamışdı. Azərbaycan SSR-nin paytaxtı olan Bakı şəhərində yerləşirdi.
Kazan Ali Tank Komandanlığı Məktəbi
Kazan Ali Tank Komandanlığı Məktəbi – Kazanda yerləşən bir Rusiya hərbi akademiyası. İndiki rəhbər Mironçenko Valeri Nikolayeviç, şagird sayı təxminən 4000 nəfərdir, məktəbin yeri Orenburq traktdır. == Tarix == 22 fevral 1919-cu ildə rəsmi olaraq quruldu. Bu gün Kazanda ilk müsəlman piyada kursları təşkil edildi. 1923-cü ildə müdir kurslarının yerində Tatar-Başqırd baş məktəbi quruldu. === Kama Tank Mərkəzi === 1922-ci ildə Cenova Konfransı, Konfransın imzaladığı Rappal Sazişi çərçivəsində Rusiya ilə Veymar Respublikası arasında əməkdaşlıq qurdu. Alman tank məktəbi, hərbi şəhərcik və poliqon Kazandakı Kargopol alayının ərazisinə əsaslanır. Beləliklə Kama Tank Mərkəzi quruldu. 5 sentyabr 1933-cü ildə Kama Tank Mərkəzinin fəaliyyətləri tamamlandı. Son Alman nəqliyyatı 1933-cü ildə Kazanı tərk etdi.
Komandanlıq və nəzarət
Komandanlıq və nəzarət bir hərbi təşkilatda vəzifə yerinə yetirmək üçün təyin edilmiş qüvvələrin komandirinin verdiyi əmr və göstərişlərdir.
Komandante Ferras (Antarktika stansiyası)
Komandante Ferras (62°05′ c. e. 58°24′ q. u.) — Braziliyaya məxsus olan qütb stansiyası (baza). Baza ilk dəfə 6 fevral 1984-ci ildə Braziliyanın Antarktika maraq zonasında Admiraliti körfəzində, Kinq-Corc adasının sakilində yerləşir. Stansiya öz adını Braziliya hərbi-dəniz qüvvələrinin zabiti, hidroqraf, okeanoloq, Luis-Antonio di Karvalo Ferrasın şərəfinə adlandırılmışdır. Stansiyada yayda 100, qışda isə 50 elmi işçinin fəaliyyətinə imkan verir. 17 fevral 2008-ci ildə Braziliya prezidenti Luis İnasiu da Silva stansiyada olmuşdur. Bazadan bir qədər aralıda "General Artiqas" (Uruqvay), "Korol Secon" (Koreya), "Cubani" (Argentina), "Prezident Eduardo Frey Montavla" (Çili), "Henrik Arstovski" (Polşa) və "Maçu Pikçu" (Peru) stansiyaları yerləşir. Leyspinq adasının cəbununda "Eko-Nelson" (Çexiya), 50 km aralıda Qrinviç adasında isə "Kapitan Arturo Prat" stansiyası qərarlaşır.
Komandanın götürülmə zamanı
komandanın götürülmə zamanı ( ing. instruction time (I-time) ~ ru. время выборки команды ~ tr. komut süresi) – komandanı yaddaşdan götürmək üçün mikroprosessora gərək olan taktların (kompüterin sistem saatının impulslarının) sayı. Komandanın götürülmə zamanı komanda dövrünün birinci yarısıdır, onun ikinci yarısı isə çalışdırma (translyasiya və icra) zamanıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
Səfəvi baş komandanlarının siyahısı
Səfəvi baş komandanlarının siyahısı — Səfəvi imperiyasının baş komandanları, yəni əmir əl-üməraları nəzərdə tutulur. Bu vəzifə sahibinin gücü əsrlər boyu əhəmiyyətli dərəcədə dəyişmişdir. == Siyahı == Siyahı: == Həmçinin bax == Səfəvi imperiyasının ordusu == İstinadlar == == Mənbə == Willem Floor. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 17–23. ISBN 978-1568591353. Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan.
Türkiyə Ordusu Aviasiya Komandanlığı
Türkiyə Ordusu Aviasiya Komandanlığı 1948-ci ildə artilleriya məktəbi daxilində artilleriya aviasiyası adı altında qurulmuşdur. 1957-ci ildə artilleriya məktəbindən çıxarıldı və ordu aviasiyası adını aldı. 1968-ci ildən bəri, Türk Hava Qüvvələri inventarından alınan dönər qanadlı təyyarələr bölməyə qatılmışdır. 1974-cü ildə Kipr Əməliyyatı zamanı 2 Komando Briqadasını regiona daşımışdır. Missiyası quru qoşunlarına hava dəstəyi vermək və kəşfiyyat yolu ilə döyüşə dəstək olmaqdır. Alay komandiri polkovnik Özcan Bicanşendir. Türk ordusuna zabit və xırda zabit yetişdirən İspartadakı Türkiyə Ordu Aviasiya Məktəbinin inzibati mərkəzidir . == Tarixi == 1968-ci ildən bəri, Türk Hava Qüvvələri inventarından götürülmüş dönər qanadlı təyyarələr birliyə qatıldı. Missiyası Türk quru qoşunlarına hava dəstəyi vermək və nəqliyyat kəşfiyyatı edərək döyüşə dəstək olmaqdır. 15 İyul 2016-cı il çevriliş cəhdində bir qrup əsgər Briqadir rütbəsində Ordu Aviasiya Məktəbinin komandanı vəzifəsini yerinə yetirən Ünsal Coşkunun rəhbərliyi altında çevriliş cəhdi etdi.
Türkiyə Respublikası Xüsusi Qüvvələr Komandanlığı
Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Beretlilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006- Yüksək Əsgəri Şura qərarı ilə Tabor , 2010- Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011- Yüksək Əsgəri Şura qərarı ilə təkrar korpus səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir.
Vahid Döyüş Komandanlığı
Vahid Döyüş Komandanlığı (ing: Unified Combatant Command, UCC) Birləşmiş Ştatların Müdafiə Nazirliyinə bağlı ən azı iki hərbi hissədən ibarət qüvvələrdən ibarət böyük və davamlı bir missiyadır. Bu komandanlıqlar xidmət sahəsindən asılı olmayaraq sülh və müharibədə təsirli bir komandanlıq və nəzarəti təmin etmək üçün qurulmuşdur. Onlar ya coğrafi baxımdan (“Məsuliyyət Sahəsi” (Area Of Responsibility, AOR) kimi tanınır) və ya xüsusi əməliyyatlar, güc proyeksiyası və ya nəqliyyat kimi bir funksional əsasda təşkil edilmişdir. UCC-lər, əlaqəli olduqlarını göstərən xüsusi nişanları olan “müştərək” komandanlıqlardır.
Xüsusi Qüvvələr Komandanlığı
Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Beretlilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006- Yüksək Əsgəri Şura qərarı ilə Tabor , 2010- Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011- Yüksək Əsgəri Şura qərarı ilə təkrar korpus səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir.
Xüsusi Qüvvələr Komandanlığı (Türkiyə)
Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Beretlilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006- Yüksək Əsgəri Şura qərarı ilə Tabor , 2010- Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011- Yüksək Əsgəri Şura qərarı ilə təkrar korpus səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir.

Значение слова в других словарях

набо́рщицкий не́которые перештемпелёвываться спали́ться цо́кнуть зре́ться как сельде́й в бочке кампучи́ец отме́ривание переноси́мость сту́день блядивый мите awkward squad besticulture canopic vase inhumanity mildness purchase Teleprompter баланс вздыбливать мольберт хаметь юрист