konstruktivlik
konstruktor-təcrübə 2021
OBASTAN VİKİ
Konstruktor
Konstruktor - mövcud material və resurslardan istifadə edərək son məhsulun layihələndirilməsi ilə məşğul olan mühəndislik ixtisasıdır. Məsələn, taxta emal və mebel istehsalı konstruktoru, metal konstruksiyalar konstruktoru və i.a. Konsruktor kimi adətən mühəndislər və ya uyğun təhsilə malik texniklər çalışırlar. Onlar müəssisələrin konstrukisya şöbələrində və ya planlama şöbələribndə işləyirlər. Onlar çox vaxt cizgiçəkənlər ilə birgə işləyir və ya onların işlərini koordinasiya edirlər. Əvvəllər konstruktorlar cizgi taxtasında işləsələr də son zamanlar CAD sisitemlərinin tətbiqi ilə kompüterdə konstruksiyaetmə geniş yayılmışdır. == Konstruktorların fəaliyyəti == Adətən konstruktorlar öz tapşırıqlarını sənaye dizaynerlərindən və marketoloqlardan alırlar. Tapşırığın yerinə yetirilməsində sifarişçiərin texniki verilənləri razılaşıdırılmış texniki sənədin əsas hissəsini təşkil edir. Konstruksiyalar istehsalın texnoloji imkanlarına, materialın əldolunması, işçilərin ixtisasına, qablaşdırma və çatdırma imkanlarına uyğun gəlməlidir. Konstruktorun işi faktiki olaraq məmulun infrmasiya modelinin işlənməsi və istehsal üçün konstruksiya sənədlərinin tərtibini də əhatə edir.
Formula-1 konstruktorların siyahısı
Aşağıda Formula-1 sinifində avtodromda dünya çempionatına qatılan və ya qatılacaq konstruktorların siyahısı verilmişdir. Bu siyahı 2012-ci il martın 1-dən etibarən düzgündür. Mövcud komandaların daha ətraflı siyahısı 2019 mövsümündə Formula-1 2024 mövsümündə tapıla bilər. Konstruktorların adları mənşə ölkəsinin dövlət dilinin transkripsiyası ilə verilir. == Konstruktorlar və komandalar == Konstruktorlar Çempionatına qatılan konstruktorlar şassi istehsalçısı və mühərrik istehsalçısından ibarətdir (məsələn, McLaren-Mercedes dizaynerdir). Komanda bir il üçün müxtəlif istehsalçılardan mühərrik istifadə edirsə, şassi-mühərrik birləşmələri kubokda müxtəlif dizaynerlər hesab edilir. Sonuncu hadisə 1991-ci ildə meydana gəldi, Porsche 3.5 litr V12 mühərrik Footwork qrupu üçün problem yaradıb. Mövsümün ortalarından etibarən komanda Cosworth DFR mühərriklərini istifadə edərək geri qayıdıb 1993-cü ildə Designers Cup-Footwork-Porsche və Footwork-Cosworth nəticələrində iki giriş var. Bir komanda hər yarışa avtomobilləri və yarışçıları gətirən və onları idarə edən bir təşkilatdır (məsələn, McLaren — komanda).
Konstruktorlar Kuboku
Konstruktorlar Kuboku Formula-1 (ing. World Constructors' Championship (WCC)) — konstruktorlar üçün əsas mükafatdır. Qalib, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən mövsüm boyunca Formula 1 Qran-pridə bal hesablama sistemi əsasında müəyyən edilir. İlk dəfə Konstruktor Çempionatı 1958-ci ildə konstruktor Vanwall layiq görülmüşdür. 2018 mövsümünün sonunda Konstruktor Çempionatı 15 fərqli konstruktor tərəfindən qazanıldı. Ferrari ən çox zəfərlər - 16 titul, 6 ardıcıllıq daxildir (1999—2004). == Mövsümlə == == İstinadlar == == Konstruktorlar ilə == == Milliyətcə == == Mühərrik == 2019 mövsümünün Formula 1 çempionatında istifadə olunan motorlar qalın şriftlə vurğulanıb. 2019 mövsümünün Formula 1 çempionatına qatılan komandalar kursivlə vurğulanıb.
Azərbaycan SSR əməkdar konstruktoru
Azərbaycan SSR əməkdar konstruktoru (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар конструктору) — Azərbaycan SSR-də texnika və texnologiyanın tətbiqi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar konstruktoru" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 sentyabr 1985-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad ilə texniki-iqtisadi göstəricilərinə görə yüksək dünya səviyyəsinə cavab verən, prinsipcə yeni və səmərəli texnika və texnologiyanın yaradılmasına və tətbiq edilməsində görkəmli xidmətlərə görə konstruktor təşkilatlarının, elmi-tədqiqat idarələrinin, istehsal və elm-istehsal birliklərinin və müəssisələrinin işçiləri təltif edilirdilər. "Azərbaycan SSR əməkdar konstruktoru" fəxri adı tabeliyində konstruktor təşkilatları, elmi-tədqiqat idarələri, istehsal və elm-istehsal birlikləri və müəssisələri olan Azərbaycan SSR Elmlər Akademiyasının, Azərbaycan SSR nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, habelə ittifaq tabeliyində olan təşkilatların, müəssisələrin və birliklərin təqdimatına əsasən verilirdi.

Digər lüğətlərdə