Kontrtitul
Kontrtitul— (Rus. – “контр” – “əks” deməkdir, “əks səhifə” mənasını verir) – bəzi nəşrlər üçün tətbiq edilən xüsusi titul səhifəsidir. Əsasən tərcümə nəşrlərində orijinal nəşr haqqında və ya serial nəşrlərdə ümumi seriya haqqında məlumat yerləşdirmək üçün kolontitul əsas titulun sol tərəfində (cüt səhifədə) verilir. Kontrtitul qoşa titul vərəqinin sol səhifəsidir. Burada bütövlükdə bütün nəşrə aid məlumatlar (məsələn, çoxcildliyə) və ya tərcümə nəşrlərinə, tərcümə üçün istifadə olunmuş orijinal nəşrlərə aid olan məlumatlar öz əksini tapır.
Nəşriyyat təcrübəsində Azərbaycan dilindəki çıxış məlumatlarının tərcüməsi adətən nəşrlərin kontrtitulunda ingilis dilində yerləşdirilir, bu halda titulun arxa hissəsində annotasiya (xülasə) ilə biblioqrafik təsvir hər iki dildə birləşdirilir. Zəruri hallarda tituldan məlumatların bir hissəsini avantitula keçirərək və ya qoşa titul vərəqindən isti fadə edərək titulda verilən yazıları hər iki dildə birləşdirmək daha məntiqli olar.