KRAN₂

[ holl. ] Yük qaldırmaq və ya endirmək, habelə onu üfüqi vəziyyətdə yaxın məsafəyə aparmaq üçün qaldırıcı maşın. Körpülü kran. Üzücü kran. Kranı quraşdırmaq.
[Yusif:] Camal, axı sən bu təchizat şöbəsindən soruş ki, niyə bir aydır o kranı stansiyadan gətirib çıxarmır? S.Rəhman.
…Yıxılan evlərə; Qaldırıcı kran; Olmağı bacar! M.Araz.

Omonimlər

  • KRAN KRAN I is. [ holl. ] Lülək. Burada krandan su şırıltı ilə axırdı (Q.İlkin). KRAN II is. [ alm. ] Ağırlıq qaldıran mexanizm
KRAN₁
KRANCIQ

Digər lüğətlərdə