KREKİ́NQ

[ ing. cracking] tex.
1. Neftdən, mazutdan daha yüngül məhsullar (benzin, qazolin və s.) almaq üçün xüsusi qurğu.
// Benzin və s. məhsullar əldə etmək üçün neftin xüsusi qurğularda işlənməsi.
2. Bu cür emal nəticəsində alınan krekinq qazı.
KRÉDO
KREKİNQLƏMƏ
OBASTAN VİKİ
Krekinq
Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir. Krekinq prosesi karbon zəncirlərinin qırılması və daha bəsit doymuş və doymamış karbohidrogenlərin əmələ gəlməsi ilə baş verir. Əmələ gələn maddələr sonradan parçalana bilər. Krekinq prosesindən ayrılan etilendən polietilenin və etil spirtinin istehsalında geniş istifadə olunur. Karbohidrogenlərin molekullarının parçalanması radikal mexanizmi üzrə gedir. Əvvəlcə sərbəst radikallar əmələ gəlir. Məlumdur ki, sərbəst radikallar kimyəvi cəhətdən çox aktivdir və müxtəlif reaksiyalarda iştirak edə bilər. Krekinq prosesi zamanı radikallardan biri hidrogen atomunu ayırır (a), o biri isə birləşdirir (b). == Növləri == Krekinq prosesinin iki əsas növü vardır: termiki krekinq və katalitik krekinq. === Termiki krekinq === 2–7 MPa təzyiqdə və 470–550°C-də aparılır.
Katalitik krekinq
Katalitik kreking- neft fraksiyalarının, yüksək oktan ədədli benzin, yüngül qazoyl və doymamış yağlı qazlar almaq üçün, katalitik termiki emalıdır. == Ümumi məlumat == Katalitik kreking- neftin dərin emalını təmin edən əsas proseslərdən biridir. Katalitik krekingin sənayeyə tətbiqi (20-ci əsrin 30-cu illərində ABŞ-da) (E. Qudri, 1936 il) uzunmüddətli istismara malik olan alümosilikat əsasında katalizatorların yaranmasına təsir göstərdi. Bu prosesin əsas müsbət cəhəti- onun böyük istismar çevikliyinə malik olmasıdır: propilen, izobutan və butilenlə zəngin olan yüksək oktan ədədli benzin və qazın alınması ilə neftin müxtəlif fraksiyalarının emalının mümkünlüyüdür: diqər proseslərlə əvəz olunmasının asanlığı, məs.: alkilləşmə, hidrokreking, hidrotəmızləmə, deasfaltlaşma və s. Neftin emalında krekingin belə universal olmağı onun neft emalında böyük əhəmiyyət kəsb etdiyini göstərir. == Xammal == Hal-hazirda katalitik kreking üçün xammal vakuum qazoyludur –qaynama temperaturu 350-500 °C olan birbaşa qovulan fraksiya. Qaynamanın sonu xammalın tərkibində metalın qalması və kokslaşması ilə (0,3%-dən artiq olmamalıdır) təyin olunur. Fraksiya, kükürdlü birləşmələri yox etmək və kokslaşmanı azaltmaq üçün əvvəldən hidrotəmizləməyə uğrayır. Bəzi (UOP, İFP) kimi kompaniyalarda ağır fraksiyaların katalitik krekinqi üçün bir sıra işlənib-hazırlanmış proseslər var –məs. Mazutun( 6-8% kokslaşmaya qədər).

Значение слова в других словарях

библиофи́льство кумы́кский милёнок позабы́ть провозно́й соблюда́ться мысль налу́чие подкопа́ть приголу́бливать торше́р хвастать(ся) briquet deplanement naides name's-day paralinguistics pedogenesis subscribing witness Viennese обдаваться паша петушиться расквашивать трудоёмкий