KRIM

hazırda Ukrayna Respublikası ərazisində olan eyni adlı türk torpaqlarının (Krım yarımadası) adındandır.
KRAL
KUTAİS
OBASTAN VİKİ
Ayıdağ (Krım)
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Belaqorsk (Krım)
Qarasuvbazar ya da Beloqorsk (1944-cü ilə qədər Qarasubazar; ukr. Білогірськ, krımtat. Qarasuvbazar, Къарасувбазар) — Krım yarımadasında yerləşən şəhər. İnzibati cəhətdən Ukrayna, Krım Muxtar Respublikası, Beloqorski rayonu ərazisinə daxildir. == Coğrafiyası == Böyük-Qarasu çayı sahilində, Krımın paytaxtı Simferopol şəhərindən 42 km şərqdə yerləşir. Simferopolu Krımın şərqi ilə birləşdirən magistral yolu keçir (Sudak, Feodosiya, Kerç). == Adı == Şəhərin tarixi adı Qarasubazar olmuşdur. Krım-tatar dilində işlənən bu şəhər adı «Qarasuda bazar» mənasını verir. Şəhər ərazisindən kiçik olan Böyük-Qarasu çayı axır. Yunanlar isə şəhəri Mavron Kastron (Qara qəsr) olaraq adlandırırdılar.
Krım tarixi
Krım tarixi—Krımın keçmişi. == Ən qədim tarix == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir. Kimmerlər bu yarımadanı e. ə. VII əsrdə məskun etdi, kimmerlərdən sonra skiflər Krımı aldı. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Qədim yunanlara bu tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.E.ə. əvvəl VI - V əsrlərdə əraziyə türkmənşəli skiflər və sarmatlar hakim olublar. Daha sonra yunan Pantom çarlığının təsirinə düşən yarımada yenidən skiflərin əlinə keçir. E.ə.
Krım tatarları
Krım tatarları (krımtat. qırımtatarlar, къырымтатарлар) — tarixi vətənləri Qara dənizin şimalı, Krım yarımadası olan türk xalqları qrupunun qıpçaq yarımqrupuna aiddir. Krım Tatarları məclisinin sədri rəsmi olaraq Refat Çubarovdur. == Mənşə və tarix == === 1944-cü il deportasiyası === 13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardılar. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanətdə" ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə — Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi. Tezliklə Serov və Tabulov tərəfindən 18–22 may tarixlərini əhatə edəcək deportasiya planı tam şəkildə hazırlandı. Beləliklə, 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı. Mayın 20-nə 180,014 nəfər artıq köçürülmüşdü. Nəhayət 22 may tarixində yekun hesablamalara əsasən 194,155 nəfər Krım tatarı deportasiya olunmuşdu. Onlardan 151,083 nəfər Özbəkistan SSR-da (təxm.
Krım xanları
Krım xanlarının siyahısı, 1441-1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787-1789) və Bəxt Gərayın (1789-1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Krım xanlığı
Krım Xanlığı və ya Krım Yurdu (Krım Tatarcası: Qırım xanlığı; Rusca: Крымское ханство; Ukrayna dili: Кримське ханство) — 1441–1783-cü illər arasında Krımda hökm sürmüş Krım-Tatar dövləti idi. Qızıl Ordanın yerini alan dörd xanlıqdan ən uzun müddət hökm sürən xanlıqdır. 1475-ci ildən 1774-cü ildə bağlanan Kiçik Qaynarca sazişinə qədər Osmanlı İmperiyasına bağlı qaldı. == Tarixi == XIII və XIV əsrlərdə Rusiyanın içərilərinə və Qıpçaq Çölünə irəliləyən Tatar qəbilələri, köçəri həyatlarını tərk edərək Krıma yerləşirdi. Qızıl Ordanın süqutundan sonra bu bölgədə başlayan hakimiyyət qurma yarışı Çingiz Xanın oğullarından Cuçinin kiçik oğlu Toka Teymur soyundan gələn və tatarları idarə edən Hacı Gəray tərəfindən qazanıldı. Litvada XV əsrin əvvəllərində doğulmuşdu. Böyüdükdən sonra "Şirin" qəbiləsinin köməyiylə Krımda hakimiyyət qurdu. 1441 tarixində öz adına pul kəsdirdi. Xanlığın quruluş tarixi buna görə 1441 qəbul edilir. == Osmanlı himayəsi == Hacı Gərayın övladları uzun müddət taxta çıxmaq üçün bir-biri ilə vuruşduqda Osmanlı imperiyası mübarizənin daha da uzanmaması və Krım taxtında Osmanlıya sadiq birinin oturması üçün Hacı Gərayın oğlanlarından biri olan Məngli Gəraya qardaşlarına qarşı döyüşdə kömək etdi və Krım xanı olaraq "iki qitənin və iki dənizin xanı" titulunu qazanmasına şərait yaratdı.
Krım yarımadası
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osm. قريم, Qırım) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır. == Tarixi == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir.
Krım çölü
Krım çölü (ukr. Степовий Крим, krımtat. Qırım çölü, Къырым чёлю) — Krım yarımadasının şimal hissəsində, Şərqi Avropada yerləşən fiziki və coğrafi ölkə. Ərzaisinin Krımın təxminən üçdə ikisini tutur. Şimalda Qara dəniz ovalığı, Karkinitsk və Sivaş körfəzi, cənubda Krım dağları, qərbdə Qara dəniz və şərqdə Sivaş körfəzi və Kerç yarımadası ilə həmsərhəddir. == Geoloji quruluş == Krım çölü İskit platforması ilə əlaqəli hamar bir düzənlikdir və səthindən dəniz neojen və kontinental dördüncü çökünlülərindən ibarətdir. Şimali Krım ovalığı və Mərkəzi Krım düzənliyindən, Tarxankut yüksəkliklərindən ibarətdir. Hündürlüyü 50 m-ə qədər olan sahil qayalıqlarından ibarətdir. == İqlimi == Krım çölünün iqlimi uzun və isti yayı və qısa mülayim qışı ilə orta kontinentaldır. Bu cür iqlim şəraiti, Krım çölünün ərazisini işğal edən hava kütlələri üçün praktik olaraq heç bir maneə olmaması ilə əlaqələndirilir.
Krım şamı
== Ümumi məlumat == Krım Şamı ağacdır, 20–40 m hündürlüyündədir, dirək gövdəsinin diametri 60 sm-ə çata bilir, çətiri geniş, dağınıq, yastı və dəyirmidir, üfüqi uzanmış budaqları ucdan yuxarı qalxandır, dirək gövdəsinin aşağı hissəsinədək qabığı qaradır, dərin-şırımlıdır, yuxarı hissəsində isə qırmızımtıldır. Cavan zoğları sarımtıl-qonuru rənglidir, parıldayandır. Tumurcuqları milvarıdır, iridir (16–35 mm), düzünədir, qatlanmayan pulcuqludur. Pulcuqvarı yarpaqları açıqsarı rənglidir, yarpaq qını boyda və yaxud da ondan uzundur. Yarpaq qını 18–26 mm uzunluqdadır. İynəyarpaqları tündyaşıl rənglidir, çox sıxdır, sərtdir və ucdan tikanlıdır, bir qədər əyiləndir, 8-12 sm, bəzən isə 18 sm-ə qədər uzunluqda və 1,6-2,1 mm enində olurlar. Hər bir dəstədə 2 ədəd tikanlı iynəyarpaq yerləşir. İynələrin en kəsiyində 2 dəstə boruları vardır. Qatran yolları parenximadadır. Qozaları uzunsov yumurtavarıdır, çox qısa saplaqlı və ya oturaqdır, dikdurandır, tək-tək və ya bir neçəsi (2-4 ədədi) bir yerdə topa halında olur, qəhvəyi, sarımtıl-qonuru rənglidir, parıldayandır, 5-12 sm uzunluqda, 4,5-7 sm enindədir.
Krım əhalisi
== Krımın XVIII əsr sonu — XXI əsr əvvəli etnik tərkibinin dəyişməsi == Krım əhalisi üç əsr ərzində əsasən Krım tatar çoxluqdan çox millətli tərkibə dəyişirdi: XVIII əsrin birinci rübü — 467 000 nəfər (95,1 % Krım tatarları, 2,6 % yunanlar, 2,1 % ermənilər, 0,2 % krımçaklar və karaimlər) 1760–70-ci illər — 454 700 nəfər (92,6 % Krım tatarları, 4 % ermənilər, 3,1 % yunanlar, 0,3 % krımçaklar və karaimlər) 1795-ci il — 156 400 nəfər (87,6 % Krım tatarları, 4,3 % ruslar, 1,9 % yunanlar, 1,7 % qaraçılar, 1,5 % karaimlər, 1,3 % ukraynalılar, 0,8 % yəhudilər, 0,6 % ermənilər, 0,1 % almanlar, 0,1 % bolqarlar) 1816-cı il — 212 600 nəfər (85,9 % Krım tatarları, 4,8 % ruslar, 3,7 % ukraynalılar, 1,4 % karaimlər, 1,3 % ermənilər, 0,9 % yəhudilər, 0,8 % yunanlar, 0,7 % almanlar, 0,4 % bolqarlar) 1835-ci il — 279 400 nəfər (83,5 % Krım tatarları, 4,4 % ruslar, 3,1 % ukraynalılar, 2,4 % qaraçılar, 2 % yunanlar, 1,5 % ermənilər, 1,1 % karaimlər, 0,9 % yəhudilər, 0,7 % almanlar, 0,4 % bolqarlar) 1850-ci il — 343 500 nəfər (77,8 % Krım tatarları, 7 % ukraynalılar, 6,6 % ruslar, 2 % yunanlar, 1,9 % qaraçılar, 1,3 % karaimlər, 1 % ermənilər, 1 % almanlar, 0,9 % yəhudilər, 0,5 % bolqarlar) 1858-ci il — 331 300 nəfər (73 % Krım tatarları, 12,6 % ruslar, 4 % ukraynalılar, 2,4 % yunanlar, 2 % qaraçılar, 1,8 % yəhudilər, 1,5 % almanlar, 1,3 % ermənilər, 0,8 % karaimlər, 0,6 % bolqarlar) 1864-cü il — 198 700 nəfər (50,3 % Krım tatarları, 28,5 % ruslar və ukraynalılar, 6,5 % yunanlar, 5,3 % yəhudilər, 2,9 % ermənilər, 2,7 % almanlar, 1,7 % karaimlər, 1,6 % bolqarlar) 1897-ci il — 546 700 nəfər (35,6 % Krım tatarları, 33,1 % ruslar, 11,8 % ukraynalılar, 5,8 % almanlar, 4,4 % yəhudilər, 3,1 % yunanlar, 1,5 % ermənilər, 1,3 % bolqarlar, 1,2 % polyaklar, 0,3 % türklər) == Ədəbiyyat == Водарский Я. Е., Елисеева О. И., Кабузан В. М. Население Крыма в конце XVIII — конце XX веков (Численность, размещение, этнический состав). — Москва, 2003 Результаты переписи 2001 == Mənbə == Krım etnosları Крым и его жители Журнал "Вокруг Света" № 5 (5).
Krım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osm. قريم, Qırım) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır. == Tarixi == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir.
Krım-saqqız
Payız zəncirotu və ya Krım-saqqız (lat. Taraxacum hybernum) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.
Krım MR
{{Dövlət |orijinal_adı = rus. Автономная Республика Крымukr. Автономна Республіка Кримkrımtat. Qırım Muhtar Cumhuriyeti |rəsmi_adı = Krım Muxtar Respublikası |adı = Krım |milli_şüarı = |himni = Krım Muxtar Respublikası himni |bayrağı = Flag of Crimea.svg |gerbi = Emblem of Crimea.svg |xəritəsi = Crimea in Ukraine.svg |rəsmi_dilləri = rusca,ukraynaca,Krım tatarcası |dini = Xristianlıq, İslam |paytaxtı = Simferopol |ən_böyük_şəhəri = SimferopolKerçEvpatoriya |etnik_qrupları = Ruslar,Ukraynalılar,Krım Tatarları |idarəetmə_forması = |rəhbərin_titulu1 = |rəhbərin_titulu2 = |rəhbərin_adı1 = |rəhbərin_adı2 = |quruluş_növü = |quruluş = |quruluş_hadisəsi1 = |quruluş_tarixi1 = |quruluş_hadisəsi2 = |quruluş_tarixi2 = |ərazisi = 26081 |ərazi_sırası = |su_ərazisi_faizi = |təxmini_əhalisi = 1 965 538 |təxmini_əhalisi_il = 2013 |təxmini_əhali_sırası = |əhalisinin_siyahıya_alınması = 2 024 056 |əhalisinin_siyahıya_alınması_il = 2001 |əhalisinin_sıxlığı = 77,61 |əhalisinin_sıxlığı_sırası = |valyutası = Ukrayna qrivnası, Rusiya rublu |valyutası_kodu = UAH |saat_qurşağı = UTC+2 |üv_fərq = +2 |yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = UTC+3 |üv_fərq = +3 |internet_domeni = .ua |telefon_kodu = 380-65 |qeydlər = }} Krım Muxtar Respublikası (rus. Автономная Республика Крым; ukr. Автономна Республіка Крим; krımtat. Qırım Muhtar Cumhuriyeti) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir. == Əhalisi == 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir.
Krım Platforması
Krım Platforması (ukr. Кримська платформа, ing. Crimea Platform, krımtat. Qırım platforması) — Bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin yaratdığı diplomatik təşəbbüsdür. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsini ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdır. Sammitdə Krım tatarlarının insan hüquqlarının qorunması, ətraf mühitin pozulması və Qara və Azov dənizi bölgəsindəki ticarətin qarşısının alınması da müzakirə olunur. Platformanın açılış zirvəsi 23 avqust 2021-ci ildə Ukraynanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində baş tutmuşdur.
Krım Respublikası
Krım Respublikası (rus. Республика Крым, ukr. Республіка Крим, krh. Qırım Cumhuriyeti) — Rusiyanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublika, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Paytaxtı Simferopol (Ağməscid) şəhəridir. == Tarix == 2014-cü ilə qədər Ukraynanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar əyalət idi. 2014-cü ildən Rusiyanın işğalına məruz qalıb. == İnzibati quruluşu == Krım Respublikası və Sevastopol (Ağyar) birlikdə Rusiyanın Krım Federal Bölgəsində yerləşdirilib. Krım Respublikası 14 rayondan və 10 respublika tabeliyində olan şəhərdən ibarətdir. Krım Respublikasının iri şəhərləri Simferopol (Ağməscid), Kerç (Keriç), Yevpatoriya (Kezlev), Feodosiya (Kefe), Yalta, Canköy və Bağçasaraydır.
Krım Tatarcası
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım buxurkolu
Krım buxurkolu == Təbii yayılması == Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Torpağa az tələbkardır, qeyri-münbit torpaqlarda da inkişaf edir.
Krım dağları
Krım dağları (ukr. Кримські гори, krımtat. Qırım dağları, Къырым дагълары), keçmişdə həmdə Tavr dağları adlanırdı — Krım yarımadasının cənub və cənub-şərq hissəsini əhatə edən dağ silsiləsi. Krım dağları üç silsiləyə bölünür. Dağların uzunluğu 160 km, eni isə 50 km təşkil edir. Dağların daxili silsiləsi 750 metr hündürlüyə malikdir. Maksimal hündürlüyü isə 1545 metr olan Roman-Koş dağı Babuqan yaylasında yerləşir. == İqlimi == Dağların iqlimi mülayim-sərin və rütubətlidir. Yağıntılar Aralıq dənizi iqliminə xasdır. Qış oktyabrın ortalarından martın sonlarına qədər davam edir.
Krım dili
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım körpüsü
Krım körpüsü və ya Kerç körpüsü — Kerç boğazından keçən transport körpüsü. Körpü Kerç və Taman yarımadalarını birləşdirir. Körpü həm də Tuzla adası ilə Tuzla dilini birləşdirir. Körpü iki paralel hissədən — avtomobil yolundan (A-290) və dəmiryol xəttindən ibarətdir. Körpünün ümumi uzunluğu 19 km-dir. Krım körpüsü Rusiya ərazisində tikilən ən uzun körpü hesab olunur. Bəzi mənbələrdə isə körpü Avropanın ən uzun körpüsü hesab olunur.Ancaq nəzərə almaq lazımdır ki, körpünün bir hissəsi mübahisəli Krım ərazisinə daxildir. Körpünün tikilməsi ideyası Krımın Rusiyaya birləşdirilməsindən sonra meydana gəldi. Ukrayna və Rusiya arasında olan münasibətlərin korlanmasından sonra ruslar Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdilər. Avtomobil yolu 2018-ci ildə istifadəyə verilsə də, dəmiryol xətti 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verildi.
Krım kəkotusu
Satureja taurica (lat. Satureja taurica) — dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Krım kərtənkələsi
Krım kərtənkələsi (lat. Podarcis tauricus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Ümumi məlumat == Ümumi uzunluğu 20-24 sm təşkil edir. Üzəri yaşımtıl rəngdə olub iki uzunsov tünd ləkəyə malik olur. Buxax hissəsi erkəklərdə yaşıl və ya narıncı, dişilərdə isə yaşıl və ya ağ rəngdə olur. Başları qısa, quyruqları isə uzun olur. Əsasən otlu əraziləri, çöllükləri, yol kənarlarını xoşlayırlar. Hündürlüyü 1800 metrə qədər olan ərazilərdə rast gəlinir. Quyruqlarını atma xüsusiyyətlərinə malik olurlar. Yumurta qoymaqla çoxalırlar ящерица.
Krım müharibəsi
Krım müharibəsi — 1853-1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədi ilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin qələbəsi ilə başa çatmışdır. == Tələbləri == Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə əhvalat idi. Böyük Pyotr isti sulara can atırdı, II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü. 1768-1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci parçalanması ilə başa çatdı. 1787-1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı(bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı). 1806-1812-ci illər müharibəsində ruslar Bessarabiyanı və Qafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı.
Krım qotları
Krım qotları — Qara dəniz ətrafındakı torpaqlarda, xüsusən də Krımda yaşamış qot tayfasıdır. Onların dili olan Krım qot dili XVII-XVIII əsrlərdə tarix səhnəsindən silinmişdir. V əsrdən başlayaraq, digər qot xalqları kimi xristianlaşan Krım qotları da 500-cü illərdə Konstantinopoldakı pravoslav kilsəsinə tamamilə bağlandılar. Xəzərlər 787-ci ildə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını ələ keçirdilər və bununla da Krımda qotların hökmranlığına son qoydular.
Krım quşarmudu
Krım quşarmudu (lat. Sorbus turcica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarmadası, Kiçik Asiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4-5 m-dək olan, az budaqlanan ağacdır. Yarpaqları uzunsov lələkvari bölünmüş, alt tərəfi bozumtul-keçəlidir, uzunluğu 5-7 sm, eni 3-5 sm-dir. Çiçəkləri ağ qalxanlarda yerləşir. Meyvələri şarşəkilli, diametri təxminən 10 mm, yetişdikdə qırmızı-narıncı, az bilinən mərciməklidir. May ayında çiçək açır, avqust-sentyabrda meyvə verir. == Ekologiyası == İşıqsevən bitkidir. Orta dağ qurşağında qayalıq yerlərdə təsadüf edilir.
"Krım müharibəsi" medalı
"Krım müharibəsi" medalı — Krım müharibəsi səbəbilə yaradılan medal. == Haqqında == Sultan Əbdülməcid dövründə (1839–1861) yaradılan medalın ön tərəfində zeytun budaqlarından meydana gələn çələng ortasında tuğra və Krım 1271 (1855/1856), arxa tərəfində silah və bayraqlardan yaranan gerbin altında La Crimea 1855 yazısı vardır. 36,5 mm həcmində, təxminən 24,25 qram ağırlığındakı medallar gümüşdən olmuşdur. Medalın dizayneri 1849-cu ildə Aya Sofyanı təmiri, 1855-ci ildə ingiliscə və fransızca olaraq Krım medalı, 1863-cü ildə Kənd Təsərrüfatı və Sənət sərgisi və 1876-cı ildə Plevne müdafiəsi və 1877–1878-ci il Rus-Türk müharibəsi medallarını dizayn edən və Osmanlı zərbxanası üçün işləyən Ceyms Robertsondur. == Digər dövlətlərdə istehsalı == Bu medal Krım müharibəsində Rusiyaya qarşı Osmanlı imperiyasının müttəfiqi olan Fransa və İngiltərədə də istehsal edilmişdir. Kraliça Viktoriya (1837–1901) dövründə İngiltərədə buraxılmış gümüş medalların ön tərəfində Kraliça Viktoriyanın şəkli, ətrafında Victoriya regina 1854 yazısı, arxa tərəfində Romalı döyüşçülər kimi geyinmiş döyüşçü və ona çələng taxan zəfər tanriçası (Viktoriya) və Crimea yazısı vardır. 36 mm həcmində, 31 qram ağırlığında olan bu medallar 1856-cı ildə Fransa tərəfindən də qəbul edilmişdir. Azov deyilən növləri dəniz qüvvələri mənsublarına ayrılmışdı.
Aqafangel Krımski
Krimski Aqafangel Yefimoviç (15. 01. 1871, Vladimir-Volinski – 25.01.1942, Kustanay)– Ukrayna yazıçısı, şərqşünas, akademik (1918). Əslən Krım tatarıdır. == Həyatı == 1892-ci ildə Moskvadakı Lazarev Şərq Dilləri İnstitutunu, 1896-cı ildə Moskva Universtitetinin tarix fakultəsini bitirmişdir. Şərq xalqlarının tarix və mədəniyyətinə dair bir sıra əsərlərin müəllifidir. 60-a yaxın dil bilən Aqafangel Krımski dünyanın ən görkəmli şərqşünaslarından biri, etnoqraf və yazıçı idi. O, Ukrayna Elmlər Akademiyasının təşkilatçılarından (1918) biri və tarix-filologiya bölməsinin katibi, sədri, Şərqşünaslıq İnstitutunun direktoru (1921-1929), Kiyev Universitetinin professoru olmuşdur. Ərəb, türk, fars dillərini və ədəbiyyatlarını, habelə Ukrayna dili, tarixi və mədəniyyətini tədqiq etmişdir. A.Krımski “Müsəlmanlığın tarixi”, “Ərəblərin və ərəb ədəbiyyatının tarixi”, “İranın və onun ədəbiyyatının tarixi”, dördcildlik “Türkiyə və onun ədəbiyyatının tarixi” əsərlərinin müəllifi, Quranın və Ömər Xəyyam, Rudəki və digər Şərq klassiklərinin əsərlərinin Ukrayna dilinə tərcüməçisi və naşiridir.
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Krım hökuməti və Krım türkləri ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik. == Haqqında == Krım hökuməti 1918-ci il iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrın əvvəllərində Azərbaycana göndərdi.Azərbaycan Xalq Cümhuriyyətinin Krıma göndərdiyi nümayəndələr bölgədə fəaliyyət göstərən hökumətlərlə, xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədidaşıyırdılar. 1918-ci il noyabrın 16-da Süleyman bəy Sulkeviçin başçılıq etdiyi Krım hökuməti istefa verdi. Keçmiş duma üzvü S.S. Krım yeni hökumət yaratdı. Konstitusiyalı Demokratiya Partiyası üzvlərindən təşkil edilmiş bu hökumət 1919-cu ilin əvvəllərində Denikin ordusu Krıma daxil olduqdan sonra yerli müsəlmanlara — türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi. Krım türkləri öz hüquqlarını qorumaq üçün bu hökumətə daxil olmayaraq, ayrıca milli hökumət-direktoriya və parlament yaratdılar.
Baba Ənstas Mari Krımlı
Baba Ənstas Mari Krımlı (Tam adı:Baba Ənstas Mari Cəbrail Yusif Avvat oğlu Krımlı d.5 avqust 1866; Bağdad - ö.7 yanvar 1947; Bağdad) — Jurnalist == Həyat və fəaliyyəti == Baba Ənstas Mari Krımlı 1866-cı il avqustun 5-də Bağdadda doğulub. Anası İraq əsilli, atası isə Liviya əsilli Cəbrail Yusif Avvatdır. Atası 1823-cü ildə Liviyada doğulub, 1850-ci ildə isə Bağdada köçüb. Bağdadda təhsil almış Ənstas Mari Krımlı ərəb dili müəllimi kimi fəaliyyət göstərib. 1886-cı ildə Liviyaya gedərək orada Babalar Yesüilər fakültəsində müəllim işləyib. 1947-ci il yanvarın 7-si Bağdadda vəfat edib.
Birinci Krım-tatar qurultayı
Birinci Krım-tatar qurultayı ya da Tatar parlamenti 1917-ci ildə keçirilmişdir. Bu qurultayın təşkili 1918-ci il 23 fevralda ruslar tərəfindən şəhid edilmiş Krım müsəlmanlarının birinci müftisi, siyasətçi, şair Noman Çələbi Cihanın adı ilə bağlıdır. 1917-ci il 26 noyabrda Bağçasaraydakı Krım xan sarayında günorta namazından sonra, saat 2-də Qurultay öz işinə başladı. Xan sarayının ətrafında ordu və xalq böyük izdiham və həyəcan içində qurultay vəkillərinin çıxışlarını gözləyirdilər. Qurultayda aşağıdakı məsələlərə baxılıb qərar verildi: Krım tatarlarının yarımadada yaşayan digər xalqlarla təbii münasibətlərinin necə nizamlanacağı; Krım tatarlarının milli, dini, ictimai, rəsmi, mədəni və siyasi həyatlarını müəyyənləşdirəcək qanunların işlənilib hazırlanması; Krım tatarları xalqının dini, rəsmi, mədəni həyatını inkişaf etdirəcək sahələrdə bir sıra əsaslı reformların əməli surətdə işlənilib hazırlanması və həyata keçirilməsi; Milli qanunu yerinə yetirəcək orqanların (yəni milli parlament) təşkil edilməsi.Qurultayda Krım Xalq Respublikasının Əsas Qanununu (Konstitutsiyasını) işləyib hazırlayacaq xüsusi komissiya formalaşdırıldı. 18 maddədən ibarət olan Əsas Qanun Krım-tatar Parlamentinin bütün işlərinin xüsusiyyətlərini, Krım həyatının siyasi, mədəni, iqtisadi və digər tərəflərini əhatə edirdi. Kırm Xalq Respublikası bu Əsas Qanun əsasında qanunlar yaradıb, müstəqil dövlət kimi var olmaq niyyətində idi, lakin Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər milli hökuməti tanımırlar. 1918-ci il 26 yanvarda bolşevik qüvvələri milli hökumətin üzərinə şiddətli hücuma keçir və nəticədə qısa müddətdə hökuməti devirməyə nail olur. Fevralın 23-də isə Birinci Qurultayın rəhbəri hesab edilən Noman Çələbi Cihan güllələndi, meyidi isə Qara dənizə atılır.
Bolqarıstanda krım tatarları
Bolqarıstanda krım tatarları — Bolqarıstanda yaşayan bir qrup vətəndaş. Krım tatarları və ya onlardan törəyənlər. == Tarixi == Tatarların Bolqarıstan ərazisinə ilk yürüşləri 1241-ci ilə təsadüf edir. Bundan sonra İkinci Bolqar İmperiyası uzun zaman tatarlarla əlaqə saxlamışdır. Bu zamanlar tatar sözü bir etnomin deyil sadəcə Çingiz xanın ordusunun xələflərinə deyilirdi. Bolqarıstan ərazisində ilk tatar yaşayış məntəqəsi XIII əsrin sonu XIV əsrin əvvəllərinə təsadüf edir. Qızıl Orda sülaləsinin dövründə bir sıra tatar hərbi hissələri Bolqar hökmdarlarının tərəfinə keçmişdir. XIV əsri sonları XV əsrin əvvələrində bir necə tatar qrupu Bolqarıstan ərazisində məskən salmışdır. Bu ərəfələrdə isə bölgə Osmanlı İmperiyasının ərazilərinə qatılmışdır. Köçün bir sıra səbəbləri vardır.
Cəfər Seyidəhməd Krımər
Cəfər Seyidəhməd Krımər (1 sentyabr 1889 – 3 aprel 1960) – Krım Türklərinin liderlərindəndir. Yaltada doğulub. 1917-ci ilin 26 noyabrından Krım Cümhuriyyətində Hərb və Xarici İşlər Naziri olub. Krımın işğalından sonra Türkiyə və Avropada Krımın istiqlalı mücadiləsini aparıb. Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından olub. == Həyatı == Rəsulzadə və Mirzə Bala Məmmədzadənin önəmli yoldaşlarından biri də antisovet fəaliyyəti ilə tanınan, böyük türkçü Qaspıralı İsmayılın məktəbini davam etdirən Cəfər Seyidəhməd Krımərdi. Cəfər Krımər 1 sentyabr 1889-cu ildə Krımın Yafta vilayətinin Kızıltac kəndində anadan olmuşdur. Daha sonra gənc yaşlarında təhsil almaq üçün İstanbula getmişdir. 1917-ci ildə I Krım-Tatar Xalq Konqresinin yaradılmasında, 1917-ci il noyabrın 1-də Krım Xalq Cümhuriyyətinin elan edilməsində, konstitusiyanın, seçki qanununun hazırlanmasında Krım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin və Baş qərargahın yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1918-ci ildə bolşeviklər Krımı işğal edib Çələbi Cihan və dostlarını güllələyəndə Cəfər Seyidəhməd Krımər Türkiyəyə getməyə məcbur oldu.
Dağlıq Krım Neolit Mədəniyyəti
Dağlıq Krım Neolit Mədəniyyəti — Krımın dağlıq ərazisində Neolit dövrünə (e.ə 6-4-cü minilliyin ortaları) aid arxeoloji mədəniyyəti == Tarixi == Abidələr XIX əsrin sonlarından məlumdur. 1936-cı ildə S.N.Bibikov tərəfindən müəyyənləşdirilmişdir. === Haqqında === Düşərgələri Krım dağlarının birinci silsiləsindəki yaylalarda,ikinci silsiləsindəki qobularda,mağaralarda və çıxıqlarda var. Dağlıq Krım Neolit Mədəniyyəti Dağlıq Krım Mezolit mədəniyyətinin əsasında formalaşmışdır. İki hissəyə bölünür. Erkən mərhələ üçün yastı qəlpələmə üslulu ilə işlənmiş seqmenti və trapesiyalar üstünlük təşkil edir. Sümükdən, çüyür buynuzundan, qaban dişindən düzəldilmiş əmək alətləri tapılmışdır. Erkən dövrə aid qabların divarları qalın, ağzı düz olur, saxsının tərkibində döyülmüş balıqulağı qatışığı əlavə edilən sivri və dairəvi oturacaqlı qablar,Dağlıq Krım Neolit Mədəniyyətinin son mərhələsində isə yastı oturacaqlı keramika meydana gəldi. Saxsı qabların yuxarı hissəsində müxtəlif ornamentlərə rast gəlinir: dəlmə və daraqvarı naxışlar,cızılmış xətlər və s. Təsərrüfat ovçuluq (qaban,cüyür,maral) və yığıcılığa əsaslanırdı.
Ey Gözəl Krım
Ey Gözəl Krım (krımtat. «Ey, güzel Qırım») ― məşhur krım tatar xalq mahnısı. Melodiyası krım tatarları arasında dünya səviyyəsində tanınır və krım tatar konsertlərində tez-tez səslənir. Mahnının kədərli mətni sürgün həyatla bağlı təəssüfünü bildirir və sevimli vətənlərinin itkisinə yas tutur. Mahnının mənşəyi məlum deyil, lakin krım tatarlarının deportasiyasından bir müddət sonra anonim olaraq yazıldığı düşünülür. Bununla birlikdə, Əndicana sürgün edilmiş krım tatarları Fatma Xəlilova və Şurki Osmanov 1968-ci ildə Aluştaya səfəri zamanı mahnını yazdıqları barədə təsdiqlənməmiş iddialar var. 2016 Avroviziya Mahnı Müsabiqəsində birinci yer tutan Ukrayna təmsilçisi Camalanın "1944" mahnısının bir hissəsində bu xalq mahnısından istifadə olunmuşdur.
Krım tatarlarının bayrağı
Krım tatarlarının bayrağı yuxarı sol küncündə sarı daraq damğası olan göy parçadan ibarətdir. Bayraq ilk dəfə 1917-ci ildə Rusiyada Fevral inqilabından sonra Krım Tatar Milli Qurultayı tərəfindən qəbul edilmişdir.30 iyun 1991-ci ildə təzədən qurulan Qurultayda bayraq yenidən milli simvol olaraq qəbul edildi.2010-cu ildən bəri 26 iyun Krım tatarları tərəfindən Krım Tatar Bayrağı Günü kimi qeyd olunur.22 iyul 2012-ci il tarixində V çağırış Krım Tatar Xalqının Qurultayı qərar aldı ki, Krım Tatar Xalqının Məclisi, VI çağırış Krım Tatar Xalqının Qurultayının təsdiqlməsi üçün Krım Tatar xalqının milli bayrağının təsviri, rəsmi istifadə qaydası və hüquqi qorunması məsələsini həll edən "Krım Tatar Xalqının Dövlət bayrağı haqqında" əsasnaməni hazırlasın.
Krım tatarlarının deportasiyası
Krım tatarlarının deportasiyası (krımtatar dili: Qırımtatar halqınıñ sürgünligi; ukrayn dili: Депортація кримських татар; rus dili: Депортация крымских татар) 18-20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir. Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. Çünki, Krım ərazisində yaşayan tatarların türklərlə etnik yaxınlığı var idi və onlar bu planın reallaşdırılmasına problem yarada bilərdi. Nasistlər əvvəllər Krım tatarlarına qarşı neqativ yanaşma sərgiləsə də, Sovet qoşunlarının güclü müqaviməti ilə qarşılaşdıqdan sonra onlar bu siyasətlərini dəyişməyə məcbur oldular. Müharibə ərzində əsir düşmüş Sovet məhbuslarının əksəriyyəti Vermaxt tərəfindən dəstək birləşmələri kimi komplektləşdirilirdi.
Krım tatarlarının milli futbol yığması
Krım tatarlarının futbol yığması — futbol üzrə beynəlxalq turnirlərdə Krım tatarlarını təmsil edən yığma. Yığma NF-Boardun üzvüdür. Krımtatar futbol ittifaqı tərəfindən idarə edilir. == Qısa tarix == Krım tatarlarının futbol yığması 2006-cı ildə ELF Cup yarışmasında iştirak etmək məqsədi ilə Şimali Kipr Türk Cumhuriyyətinin futbol federasiyası tərəfindən təşkil edilmişdir. Komanda yarışda beş oyun keçirmişdir. Üstəlik turnirin finalına belə çıxmışdır. Final yarışmasında yerli komandaya 1:3 hesabı ilə məğlub olmuşlar. Onlar yarım finalda isə FİFA-nın üzvü olan Qığızıstan milli futbol yığmasını məğlub edə bilmişlər. Komandaya Rüstəm Osman rəhmərlik etmişdir. Onun komandasıns daxil idi: Qapıçılar: Narmin Rustemoviç Osmanov (Neftçi Fərqanə), Nəriman Yaqubov (Krımteplisa), Səid-Dövlət Əbdürrəhmanov (Medik Simferopol); Müdafiyəçilər: Arsen İsmailoviç Mustafaev (Feniks-İliçeves), Fevzi Sitsilmanoviç Əbukərimov (Krımgeofizika), Rizvan Reşatoviç Ablitarov (Dnepr Dneprpetrovsk), Denis Aleksandroviç Qolaydo (Tavriya; milliyətcə tatar deyildir.
Krım xan sarayı
Krım xan sarayı — Krım xanlarının sarayı olub, Bağçasaray şəhərində yerləşir. Bağçasaray 1530-1783-cü illərdə Krım xanlığının paytaxtı olmuşdur. Hazırda saray dünyanın dörd bir yanından gələn ildə təxminən 200.000 ziyarətçini qəbul edir. Bundan başqa, cənub-şərqi Avropada Türk-İslam mədəniyyətinin bir abidəsi kimi xüsusi əhəmiyyətə malikdir. Krım xan sarayı bir-birinə bağlı ancaq müxtəlif vaxtlarda inşa edilmiş binalardan meydana gələn böyük bir kompleksdir. Topqapı sarayının kiçik amma zərif bir bənzəri kimidir. XVI əsrin əvvəllərində (1503-cü ildə) Krım Xanı I Mənqli Gəray xan dövründə tikintisinə başlanan saray, ondan sonrakı xanlar tərəfindən də genişləndirilərək bugünkü möhtəşəm halına qovuşmuşdur. Tikintisində İrandan, Anadoludan və İtaliyadan ustalar ilə Rus və Ukraynalı kölələr çalışmışdır. Saray ümumi görünüş olaraq Osmanlı saraylarından, xüsusilə də Topqapı sarayından qabarıq izlər daşıyır. Bunda İstanbulda yetişən Krım xanlarının geri qayıdanda İstanbulda gördüklərini Sarayda tərtib etmələri təsirli olmuşdur.
Krım xanlarının siyahısı
Krım xanlarının siyahısı, 1441-1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787-1789) və Bəxt Gərayın (1789-1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Krımda şərabçılıq
Krımda şərabçılıq- aparıcı kənd təsərrüfatı sahələrindən biridir. Artıq iki min ildən artıq mövcuddur. == Tarixi == === Qədim Dövr === Krımda şərabçılıq, Krımın qədim yunan yaşayış məntəqələrində başladı. İlk mərkəzlərdən biri qədim Hersonisos yunanlar tərəfindən tikilmişdir. Daha sonra Bosfor krallığında, Feodoro knyazlığnda və Krım yarımadasında, Genuya kaloniyalarında davam etdirildi. Krımda Osmanlı dövrü şərabçılar üçün elə də yaxşı olmadı. Səbəb İslam dininin şərabçılığa qoyduğu qadağa idi. Müsəlman şərabçıları bu içki istehsalı üçün çubuqlarla cəzalandırılmasına baxmayaraq, onlar şərab istehsalını tamamilə məhv etməyə gətirib çıxaran vergilərə tabe olmadılar. === Sovet Ittifaqı dövrü === 24 aprel 1914-cü il tarixli "Üzüm şərabları haqqında qanun" bu sahənin təhlükəsizliyinin qanunvericilik səviyyəsinə yüksəlməsinə səbəb oldu. 25 May 1985-ci ildə "Sərxoşluq və alkoqolizmə qarşı mübarizə haqqında" qərarın qəbul edilməsi Krım və Sovet şarabçılığına ziyan vurdu.

Значение слова в других словарях

асепти́ческий аспе́ктный втугу́ю гало́пом кимберли́т медве́дко между де́л миллиарде́рский раскипяти́ться рэндзи́стка самоуве́ренность формати́рование насортирова́ть отха́ркивать поло́жим adze Frenchy Neozoic roscid tune out unvanquishable vanity case weighman сдваивание шерстистый