Ksilollar
Dimetilbenzollar və ya ksilollar — (qədim yunan ξύλον "ağacından") benzol halqası və iki metil qrupundan ibarət olan aromatik karbohidrogenlərdir.
== Ümumi ==
Kimyəvi formulu — (СН3)2С6Н4-dür. Ksilollar kömürün kokslaşdırılmasından və ya neftdən benzinin birbaşa katalitik piforminqi ilə əldə edilir. Əsasən, həlledici kimi istifadə olunurlar.
Ksilol 1850-ci ildə fransız kimyaçı Auguste Kaur tərəfindən xam ağac spirtindən ayıraraq kəşf edilmişdir [1].
== Xassələri ==
Xüsusi qoxusu olan rəngsiz mayelərdir. Suda az həll olur, üzvi həlledicilərdə isə asanlıqla həll olurlar. Aromatik birləşmələrin xüsusiyyətlərini nümayiş etdirirlər, asanlıqla alkilləşir, xlorlaşır, sülfonatlaşır və nitratlaşırlar.
== İzomerilik ==
Üç izomer var: orto-, meta- və para-ksilol.
== Mütləq Kerner metodu ==
Orto-, meta- və para-ksilol qarışığının keyfiyyət tərkibini təyin etmək üçün Kernerin mütləq istiqamətləndirmə metodundan istifadə olunur.