kudu
kufi
OBASTAN VİKİ
Kuf oyunu
Ağdaş rayonunun Kürqırağı kəndlərində surmançaq, Cəbrayılda usuncaq, Füzulidə uçuncaq, Qubadlıda kuf, Zəngilanda kuf, kufgelli, Şərikan kəndində yellənküp adı ilə tanınan bu oyun Azərbaycanda vaxtilə çox geniş yayılmışdır. Kuf oyunu Qarabağda Novruz bayramının ayrılmaz bir elementi olmuş, vaxtilə hər ilin axır çərşənbəsində oynanılmışdı. Zəngilan rayonunun eyni adlı kəndində bu oyun axır çərşənbədən başlayıb martın axırlarına qədər davam etmişdi. Ağdaş rayonunda isə bu oyun qız gəlin köçən ərəfədə oynanılmışdı. Oyunun əsas iştirakçıları yetkinlik yaşına çatmış qızlar və oğlanlar idi. Ağdaş rayonunun Pirəzə kəndində bu oyun ya gəlin köçən qızın həyətində, ya da Kür qırağındakı meşəlikdə təşkil olunardı. Kənd sakini Şükufə Məmmədovanın dediyinə görə bacısı qızını gəlin köçürərkən həyətdəki ağaclardan birində yelləncək qurmuş və bacısı qızının yoldaşlarının iştirakı ilə belə bir oyun təşkil etmişdir. Qarabağ zonasında isə ya açıq havada, ya da dam evlərində təşkil olunub. Dam evlərində təşkil olunanda damın bacasından lom, ya ağır dəmir atılar, oradan kəndir asıb yellənilirdi. Açıq havada təşkil olunan zaman qoz, ərik ağaclarının budaqları möhkəm olduğu üçün yelləncək əsasən həmin ağaclardan asılırdı.
Böyük Kufə məscidi
Böyük Kufə məscidi — İraqın Kufə şəhərində yerləşir.
Kuffo departamenti
Kuffo departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Kuffo departamentinin ərazisi 2 404 km2-dır. Kuffo departamentinə 6 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Kuffo departamentinin əhalisi 742 895 nəfərdir.
Kufi xətti
Kufi xətti — Ərəb xətt növü. Kvadrat formada qədim ərəb hərfləri. == Tarixi == Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk “Quran” nüsxələri də məhz bu xətlə yazılmışdır. Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur. VII-VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu. Bəzi tədqiqatçılar IX-X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir: 1) Tümar - məscid və binaların kitabələrində istifadə edilmişdir; 2) Sicillat - sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir; 3) Ühud - əmr və sərəncamların yazılışında istifadə edilmişdir; 4 - 5) Müamərat və əmanat - order və sənədlərdə işlədilirdi; 6-9) Dibac, mədih, mürəssə, riyaş - bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi; 10-12) Qübar, həsən və bəyaz - dini əsərlərin yazılışında istifadə edilmişdir. VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.
Kufoba
Kufoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Kufoba oyk, mür. Qusar r-nunun Şirvanovka i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bəzi tədqiqatçılara görə, oykonim ləzgi dilində "qıraq" mənasında işlədilən kuf/kyuf və oba sözlərindən ibarət olub, "qıraq oba, ucqar oba" mənasındadır. Digərlərinə görə isə, kuf sözü ləzg. "başlanğıc, birinci" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 438 nəfər əhali yaşayır.
Kufrə
Kufrə Liviyanın Kirenaika ərazisində şəhər. Xüsusilə təcrid olunmuş bir ərazidə yerləşir, yalnız Saxara səhrasının ortasında olduğu üçün deyil, həm də üç tərəfdən çöllərin şərq-qərb quru nəqliyyatında keçidini üstün edən depressiyalarla əhatə olunduğu üçündür. Müstəmləkəçi italyanlar üçün bu, İtaliyanın Şərqi Afrikasına şimal-cənub hava yolunda bir stansiya kimi də vacib idi. Bu amillər, Kufrənin Liviyanın cənub-şərqi Kirenaika bölgəsinə hakim olması ilə birlikdə, vahidin strateji əhəmiyyətini və II Dünya Müharibəsi əsnasında qarşıdurma nöqtəsi olduğunu vurğuladı.
Kufə
Kufə, (Ərəbcə: الكوفة əl Kufə) — İraqda şəhər, Bağdadın 170 km cənubunda, Nəcəfin 10 km şimal-şərqində yerləşir. Fərat çayı kənarındadır. 2003-cü il məlumatına görə əhalisi 110.000 nəfərdir. Əli bin Əbu Talib dönəmində xilafətin mərkəzi idi. Paytaxt olduğu müddətdə mədəni təbəqəsi və müasir dövrdə Şiə Müsəlmanlardan ibarət idi. Nəcəf və Kufə şəhərləri bir-birlərinə çox yaxındırlar və bu səbəbdən onları iki ayrı şəhər hesblamaq olmur.Muxtar Seqefinin İmam Hüseyn İbn Əli uğrunda qaldırdığı üsyan bu şəhərdə olub.
Kufə yaxınlığında döyüş
Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını. Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur. 927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır.
Nikita Kuffe
Nikita Kuffe (26 sentyabr 1979, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Nikita Kuffe, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Karyerası == Nikita Kuffe, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Nikita Kuffe, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Pyo-e-Kuffulyo
Pö-e-Kuffulö (fr. Peux-et-Couffouleux, oks. Pèus e Cofolèus) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12179. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 120 km şərqdə, Rodezdən isə 70 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 53 yaşda (15-64 yaş arasında) 39 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,6%, 1999-cu ildə 65.6%).
Pö-e-Kuffulö
Pö-e-Kuffulö (fr. Peux-et-Couffouleux, oks. Pèus e Cofolèus) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12179. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 120 km şərqdə, Rodezdən isə 70 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 53 yaşda (15-64 yaş arasında) 39 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,6%, 1999-cu ildə 65.6%).
Əl-Kufi
Əbu Məhəmməd Əhməd İbn Əsəm əl-Kufi (v. 926) – ərəb tarixçisi. == Həyatı == Əbu Məhəmməd Əhməd İbn Əsəm əl-Kufinin Xilafət tarixinə dair əsəri xəlifə Əbu Bəkrin Xilafət taxtına çıxmasından (632-ci il) xəlifə əl-Müstəinin ölümünə qədərki (866-cı il) dövrü əhatə edir. Almaniyanın Qota Ģəhərinin kitabxanasında saxlanılan birinci cildin yeganə əlyazma nüsxəsi (I hissə və II hissəsinin 1-146-cı səhifələri) xəlifə Osmanın (634-644) dövrünə qədərki hadisələri əhatə edir . İstanbulun Topqapı kitabxanasının III Əhməd bölməsində mühafizə edilən ikinci və üçüncü (II hissənin 147-ci səhifəsindən VIII hissənin sonunadək) cildlərin yeganə nüsxələri xəlifə Osman dövrünün sonundan xəlifə əl-Müstəin dövrünün sonunadək cərəyan edən hadisələri əhatə edir . İbn Əsəm əl-Kufinin slavyanlar haqqında məlumatı Əhməd Zəki Validi Toqan tərəfindən nəşr edilmişdir.. Əl-Cərrah ibn Abdullanın xəzərlərə qarşı yürüşü, Azərbaycanın və qonşu vilayətlərin Əbu Cəfər əl-Mənsur tərəfindən fəth olunması haqqında məlumatlar A.N.Kurat tərəfindən türk dilinə tərcüməsi ilə nəşr edilmişdir . Hicri 596-cı (23.X.1199 – II.X.I200) ildə Məhəmməd ibn Əhməd ibn Əbu Nəsr Məhəmməd əl-Mustovfi əl-Hərəvi "Kitab əl-fütuh"u fars dilinə tərcümə etməyə başlamış, lakin vəfatı işi yarımçıq qoymuşdu. Tərcüməni Məhəmməd ibn Əhməd ibn Əbu Bəkr əl-Katib əl-Mabaranabadi başa çatdırmışdı. Əsərin farscaya tərcümələrinin nüsxələri Avropanın və ġərq ölkələrinin müxtəlif kitabxanalarında saxlanılır .
Zeynəbin Kufədə xütbəsi
Zeynəbin Kufədəki xütbəsi — Zeynəb binti Əli tərəfindən Kufə camaatına edilən çıxış. Hüseyn ibn Əlinin şəhadətindən sonra qadınlar və uşaqlar əsir götürüldü. Əsirlər karvanı Kufəyə daxil olanda insanlar karvanı görmək üçün toplaşırdılar. Zeynəb bu xütbədə Kufə camaatını Hüseynə verdikləri vədləri pozduqları və imamı dəstəkləmədikləri üçün xəbərdar etdi. == Zeynəbdən söz düşmüşkən == O, Allaha həmd etdi, Onun elçisinə salam göndərdi və Kufə camaatını ikili davranışlarına və Hüseyn ibn Əliyə kömək etmək vəzifəsini əsirgədiklərinə görə xəbərdarlıq etdi və "Cənnət cavanlarının ağası"nı öldürdükləri üçün onlara böyük bir əzabın gələcəyini vəd etdi. Zeynəbin xütbəsindən sonra insanlar heyrətləndilər və həyəcanlandılar. == Məzmun == Zeynəb binti Əli xütbəsinə Allaha həmd ilə başladı. Allaha həmd olsun, babam Məhəmmədə və onun pak və seçilmiş nəslinə salavat və salam olsun. === kufəliləri məzəmmət === Sonra davam etdi: Ey Kufə camaatı, aldadan, tərk edən və hiylə işlədən, ağlayan sizsiniz. Allah göz yaşlarınızı saxlamasın, sinəniz qəm və qəm atəşi ilə dayanmadan yansın.

Digər lüğətlərdə

беззабо́тность бу́ква наче́рчивание палеонтоло́гия патримо́ний преуменьша́ть редакти́роваться жела́тельно милитари́зм надикто́вывать обобществля́ть о́роки отча́льный полпре́д разоспа́ться налон простофиля середина maxing Percival rumbustious so as истосковаться кратко штатный