KUFT
KUHİSTAN
OBASTAN VİKİ
Kuh-i-Nur
Kuh-i-Nur (fa. کوہ نور, "İşıq dağı") — 105 karat ağırlığında olan və Böyük Britaniya tacının bir hissəsi olan qiymətli almaz daş. Dünyanın ən böyük almazıdır. == Haqqında == Almazın digər tayı hesab olunan Dərya-i-Nur ("Dəniz işığı") almazının Hindistanının Andhra Pradeş ştatında olduğu düşünülür. Almaz müxtəlif zamanlarda Hindu, Rajput, İran, Əfqan, Siqx və sonda almazı talayan ingilislərin olmuşdur. 1850-ci ildə almaz İngiltərənin Ost-Hind şirkəti tərəfindən Duleep Sinqdə ələ keçirilmiş və Kraliça Viktoriya 1877-ci ildə Hindistan kraliça olunanda İngiltərə Kral Zinət Əşyalarının bir hissəsinə çevrilmişdir. Hindistan ilə müharibə etdikdən sonra Nadir şah Əfşarın əlinə keçən almaz XVIII əsrdə Kuh-i-Nur adlandırılmadan öncə Syamantaka-Mani, Madnayak ya da "Qiymətli daşların Kralı" olaraq tanınırdı. Almaz hal-hazırda Britaniya tacının bir hissəsidir.
Novcadeh-i Kuh (Bostanabad)
Novcadeh-i Kuh (fars. نوجه ده كوه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 700 nəfər yaşayır (108 ailə).
Qaralar-i Kuh (Urmiya)
Qaralar-i Kuh (fars. قرالركوه‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 226 nəfər yaşayır (64 ailə).
Əsgərabad-i Kuh (Urmiya)
Əsgərabad-i Kuh (fars. عسگرابادكوه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 880 nəfər yaşayır (211 ailə).
Axis kuhlii
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Baba Kuhi Bakuvi
Baba Kuhi Bakuvi (948, Şiraz – 1037, Şiraz) — Azərbaycan da doğulmuş məşhur şair və alim. X-XI əsrin səyyahı, tədqiqatçısı, mühəndisi. == Həyatı == Bakıdan çox-çox uzaqlarda, Şiraz şəhərində yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilmiş bir məzar var. Bu məzar barədə çoxlu rəvayətlər danışırlar. Həmin rəvayətlərdən birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur. Şirvanlı Baba Kuhi Bakuvi sağlığında belə böyük hörmət-izzət qazanmış və ölümündən sonrakı min il ərzində də daim dərin rəqbətlə xatırlanan şəxslərdəndir. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər.
Baba Kuhi Bakuvi məscidi
== Tapılması == 1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. == Haqqında == Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Callista kuhlii
Dendrobium hasseltii (lat. Dendrobium hasseltii) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Pedilonum hasseltii Blume (basionym) Pedilonum kuhlii Blume Dendrobium kuhlii (Blume) Lindl. Dendrobium curtisii Rchb.f. Dendrobium cornutum Hook.f.
Dendrobium kuhlii
Dendrobium hasseltii (lat. Dendrobium hasseltii) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Pedilonum hasseltii Blume (basionym) Pedilonum kuhlii Blume Dendrobium kuhlii (Blume) Lindl. Dendrobium curtisii Rchb.f. Dendrobium cornutum Hook.f.
Hüseynabad (Kuhin)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 944 nəfər yaşayır (241 ailə).
Kuhban (Miyanə)
Kuhban (fars. كهبان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 774 nəfər yaşayır (173 ailə).
Kuhbənan
Kuhbənan — İranın Kirman ostanınında şəhər və Kuhbənan şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,112 nəfər idi.
Kuhbənan şəhristanı
Kuhbənan şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kuhbənan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 24,465 nəfər və 6,348 ailədən ibarət idi.
Kuhdəşt
Kuhdəşt – İranın Luristan ostanının şəhərlərindən və Kuhdəşt şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 85,519 nəfər və 18,087 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlman və Əhl-i Haqqddırlar.Ləklərdən əlavə lurlarda bu şəhərdə yaşayırlar.
Kuhdəşt şəhristanı
Kuhdəşt şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kuhdəşt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 209,821 nəfər və 43,159 ailədən ibarət idi.
Kuhgiluyə bəylərbəyliyi
Kuhgiluyə bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Kuhgiluyə əyalətini Avşarlar idarə edirdilər. B. Nikitine Kuhgiluyə qrupu haqqında yazır: «Kuhgiliyə qrupunda olan Ağaçəri, Bavi və Jaki olaraq adlandırılan üç büyük boyu özəlliklə ayırır. Bunlardan ilkinin yapay olaraq oluştuğu düşünülür. Kuhgili qrupunu meydana gətirən doqquz qəbilənin dördü Türkdür və Afşar, Begdeli, Çagatay ve Karabağlı olarak adlandırılırlar». Faruq Sümer Kuhgiluyə qrupunu təşkil edən avşar oymaqları haqqında yazır: «Kuhgiluyə avşarının mühüm bir qisminin gündüzlü və araşlı oymaqları təşkil edirdi. Ehtimal ki, araşlı bir yer adıdır. Hazırda Şuştər yörəsində yaşayan gündüzlülər Kuhgiluyədəki gündüzlü avşarların törəmələridir. Kuhgiluyədəki gündüzlü avşarların bir bölüyü sonralar Xorasanda Abivərd dolaylarına, digər bir bölüyü isə bir qrup avşarla bərabər Urmiyə bölgəsinə göndərilmişdir». Faruq Sümer Kuhgiluyə avşarlarının başçıları ilə bağlı özəl bir araşdırma aparıb.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuhin bəxşi
Kuhin bəxşi (fars. بخش کوهین‎; az.-əbcəd کوهین بؤلومو‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Kuhistan
Kuhistan (fars. قهستان‎, "dağlıq ölkə") — İranda təbii vilayət. Dəşti-Kəvir və Dəşt-i Lut səhraları arasında yerləşir. Səthi geniş çökəkliklərlə parçalanmış bir sıra meridional silsilələrdən ibarətdir. Silsilələrin hündürlüyü 1,500–2,000 metr, bəzi zirvələrin hündürlüyü 2,500 metrdən çoxdur. Buradakı Murkum dağı 2,839 metrdir. Kəskin kontinental səhra iqlimi var. Yayı isti, quru, qışı sərindir. İllik yağıntı 200 mm-dən azdır. Daşlı, qumlu və şoran səhra landşaftına malikdir.
Kuhistan-e Haviq (Talış)
Kuhistan-e Haviq (fars. كوهستان حويق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 275 nəfər yaşayır (60 ailə).
Kuhistan (Talış)
Kuhistan (fars. كوهستان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (38 ailə).
Kuhistan (dəqiqləşdirmə)
Kuhistan — İranda təbii vilayət. ‎Kuhistan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. ‎Kuhistan-e Haviq (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Kuhistan dili
Kuhistan dili — Pakistanın Hayber-Paxtunxva vilayətində, Kuhistan rayonunda danışılan dil. Hind-Avropa dillərinin Dard qoluna mənsubdur. Dilin təsnifatı mübahisəlidir. Bəziləri bunu müstəqil dil kimi təsnif edir, bəziləri isə Şin dilinin dialekti hesab edirlər. Kuhistan dili əsasən Pakistanda, qismən də Hindistanda danışılır. Bu, kuhistanlıların ana dilidir. Adın tərcüməsi "dağ insanları"dır.
Kuhistanlılar
Kuhistanlılar — Pakistanın şimalında, bir qismi Hindistanda yaşayan tayfaların ümumi adı. Ümumi sayı 130 minə yaxındır. Dard dillərinə mənsub Kuhistan dilinin müxtəlif şivələrində danışırlar. Dindarları müsəlmandır. Aralarında qəbilə-tayfa münasibətləri qalmaqdadır.
Kuhistanəq (Miyanə)
Kuhistanəq (fars. كوهستانق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (32 ailə).
Kuhixeyl
Kuhixeyl — İranın Mazandaran ostanının Cuybar şəhristanının Gilxoran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,939 nəfər və 499 ailədən ibarət idi.
Kuhkəmər (Mərənd)
Kuhkəmər (fars. كوه كمر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 861 nəfər yaşayır (182 ailə).
Kuhkənar (Meşkinşəhr)
Kuhkənar (fars. كوه كنار‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 169 nəfər yaşayır (38 ailə).

Digər lüğətlərdə

госпо́дствующий кофеи́н растомля́ться гнездова́ние лапта́ пласти́ческий псевдонаро́дность сельдеобра́зные судовожде́ние комуля октава усма bushido dermic electro-thermal intriguery protopathic tying wingless горячо какой-нибудь намариновать обветриться педиатр черепаховый