KULİ

(Dərbənd)
bax kula . – Bir balaca kuli üzümüm var, havuni maşinüvə quy, can balam, şəhərə aparum
KULBASAN
KULUF
OBASTAN VİKİ
Kuli rayonu
Kuli rayonu — Rusiya Federasiyasının bir subyekti olan Dağıstan Respublikasında yerləşən rayon. == Coğrafiyası == Rayonun sahəsi 653 km², inzibati mərkəzi Vaçi kəndidir. == Əhalisi == 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 10.760 nəfər əhali yaşayır. Bu siyahıya almaya əsasən əhalisinin sayına görə rayonun ən iri yaşayış məntəqəsi Kuli kəndi (3.636 nəfər) və Vaçi kəndidir (667 nəfər).1989–cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 99%-ni laklar, 1%-ni isə digər xalqlar təşkil edir. == Kəndləri == Rayonda 14 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntəqəsidir.
Aleksandr Kulikov
Aleksandr İvanoviç Kulikov (rus. Александр Иванович Куликов; 1938, Kazan – 24 iyul 1988) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsinin müdiri (1986–1988), Azərbaycan KP MK partiya-təşkilat şöbəsi müdirinin birinci müavini, MK-nın birinci katibinin köməkçisi (1983–1986), Azərbaycan KP Şaumyan Rayon Komitəsinin birinci katibi (1980–1983), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı. == Həyatı == Aleksandr İvanoviç Kulikov 1938-ci ildə Tatarıstan MSSR-in Kazan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1956-cı ildə Bakı şəhərində Paris kommunası adına gəmi təmiri zavodunda çilingər şagirdi kimi başlamışdır. Novoçerkassk Politexnik İnstitutunu bitirdikdən sonra Sumqayıt şəhərində işə göndərilmiş və burada "Azərneftkimyaquraşdırma" trestinin quraşdırma idarəsində işləmiş, ustalıqdan baş mühəndis vəzifəsinədək yüksəlmişdir. 1973-cü ilin iyun ayında o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin katibi seçilmişdir.1975-ci ildə Aleksandr Kulikov Azərbaycan KP MK aparatında kimya və neft sənayesi şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1980-ci ildən 1983-cü ilədək o, Azərbaycan KP Şaumyan Rayon Komitəsinin birinci katibi olmuş, 1983-cü ilin əvvəlində Azərbaycan KP MK aparatına qayıtmışdır. Burada o, partiya-təşkilat şöbəsi müdirinin birinci müavini, Mərkəzi Komitənin birinci katibinin köməkçisi və 1986-cı ilin noyabr ayından Azərbaycan KP MK ümumi şöbəsinin müdiri vəzifələrində işləmişdir.Aleksandr Kulikov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXX və XXXI qurultaylarında MK üzvlüyünə namizəd olmuşdur. "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri ilə təltif edilmişdir.Aleksandr Kulikov 1988-ci il iyulun 25-də 50 yaşında dənizdə boğularaq vəfat etmişdir.
Amblyseius kulini
Amblyseius kulini (lat. Amblyseius kulini) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius kulini Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Andrey Kulikov
Andrey Kulikov (ukr. Андрі́й Ві́кторович Кулико́в; 27 sentyabr 1957, Kiyev) — Sovet və Ukrayna jurnalisti, redaktor, televiziya və radio aparıcısı, aktyor, media eksperti və media məşqçisi. == Təhsil == Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir; ingilis dilinin referent-tərcüməçisi. == Jurnalist fəaliyyəti == 1979–1992-ci ildə Ukrayna SSR-nin xaricdə ingilisdilli təbliğat qəzeti olan "News from Ukraine" (Kiyev) qəzetinin müxbir şöbə müdiri, baş redaktorun müavini olur. 1992–1995-ci ildə ВВС Ukrayna bölümünün prodüseri, baş prodüseri işləyir. 1996-cı ildə İnternyus MMC telekanalının xəbərlərinin baş redaktoru, baş redaktor müavini olur. 1997–1998 — Aleksandr Tkaçenkonun dəvəti ilə gəldiyi Studio 1 + 1 kanalının televiziya xəbərlər xidmətinin idarəedici redaktoru, direktor müavini işləyir. 1998–1999-cu illərdə "Novıy Kanal"ın baş redaktoru, həmçinin canlı yayımların, xüsusən də Studio layihəsinin aparıcısı kimi fəaliyyət göstərir. 2000 — Gecə dramaturgiyası proqramının (STB) müəllif-aparıcısı olur. 2000–2007-ci illərdə BBC Ukrayna Xidmətinin radio prodüseri (London) olur.
Arxitektor Kulikovun binası (Novoçerkassk)
Arxitektor Kulikovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 139 ünvanında yerləşir. Bina Modern stildə inşa edilmişdir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanın mərkəzi hissəsinin yuxarısında mansard yerləşir. Əsas girişin üzərində eyvan vardır. Baş girişin hər iki tərəfində bir pəncərə yerləşir. == Tarixi == Bina Novoçerkassk şəhərində XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Prosveşeniya küçəsi ev 139 ünvanında yerləşən arxitektor Kulikov tərəfindən inşa edilmişdir.
Ayşe Kulin
Ayşe Kulin (26 avqust 1941, İstanbul) — Türk roman yazarı. == Həyatı == Ayşe Kulin 26 avqust 1941-ci ildə İstanbulda anadan olmuşdur. Yazdığı bioqrafik əsərləri və romanları ilə ən çox oxunan yazarlardan birinə çevrilmiş və bir çox mükafatlara layiq görülümüşdür. Üslubundakı axıcılıq və açıqlıq yazarın kitablarının ssenariləşdirilib ekranlaşdırılmasının əsas səbəbidir. Arnavutköy Amerika Qız Kollecinin Ədəbiyyat fakultəsini bitirib. Bir çox qəzet və dərgilərdə redaktor və jurnalist kimi işləyib. Həmçinin də, uzun illər boyu televiziya, reklam və filmlərdə səhnə prodüseri və ssenarist kimi çalışmışdır. == 1984–1996-cı illər == Hekayələrdən ibarət ilk kitabı "Üzünü günəşə tərəf döndər" 1984-cü ildə işıq üzü görüb. Kitabdakı "Gülizar" adlı hekayə "Sınıq gəlincik" adı ilə 1986-cı ildə ekranlaşdırıldı və Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. 1996-cı ildə Münir Nureddinin yaşamını əks etdirən "Şirin bir sakitlik" adlı kitabı nəşr olundu.
Azərbaycan kulinariyası
Azərbaycan mətbəxi — təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi — mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney Azərbaycanı, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları Borçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılmışdır.Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxi maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi mətbəx mədəniyyəti tarixini, onun fəlsəfəsi, süfrə psixologiyası, adət-ənənələri, mətbəxin fiziologiyası, gigiyenası, avadanlığı, etikası, estetikası və s. cəhətləri, eləcə də təcrübi amilləri özündə birləşdirir. == Ümumi məlumat == Azərbaycan mətbəxinə güclü təsir göstərən amillərdən biri də ocaqdır (təndir, kürə, buxarı, külfə, çala, ocaq, sac, manqal və s.). Kürədə, əsasən, müxtəlif çörəklər, unlu qənnadı məmulatı, həm də gil qablarda piti, bozbaş bişirilir. Manqal, başqa ocaqlardan fərqli olaraq, əsasən şişlik (kabab) bişirmək üçündür. Quruluşuna görə böyük kürəyə bənzəyən və hazırda çox az istifadə olunan külfədə külfə çörəyi, kömbə və s. bişirilirdi. Yeraltı və yerüstü təndirlərin "döymə", "badlı" və "kərpic" növləri var.
Baba (kulinariya)
Baba kulinariyada — maya unundan hazırlanan xarakterik (hündür və yumşaq) formalı şirniyyat. Adətən kişmiş və vanil əlavə edilir. Babanın üzərinə şəkər pudrası səpilir və ya şokolad qlazuru ilə örtülür. Babanın alman variantı quqelhupf (kuqelhopf) adlanır. Slavyanlara yaxın isə Roma babasıdır. Ehtimal ki, ilk babalar qazanlarda, adətən dairəvi, dərin, çıxıntılı nahamar və açıq şəkildə xəmirdən bişirilmişdir. Bu məhsul Polotsina, Novqorod, Pskov, Smolensk, həmçinin Polşa və Almaniya üçün xarakterik idi. XIX əsrin ortalarında Rusiyada o, demək olar ki, tamamilə yoxa çıxdı. == Ədəbiyyat == Goldstein, Darra (2015). The Oxford Companion to Sugar and Sweets.
Beynəlxalq Kulinariya Günü
Beynəlxalq Kulinariya Günü — Hər il 20 oktyabr tarixində keçirilir. Azərbaycanda 2007-ci ildən təntənəli şəkildə qeyd olunur. Beynəlxalq Kulinariya Günü kulinariya sahəsində çalışan insanların əlamətdar günüdür.
Emmanuel Kulio
Xuan Emmanuel Kulio (30 avqust 1983, Buenos Ayres) — Türkiyənin "Galatasaray" futbol klubunun argentinalı futbolçusu. == Futbol kariyerası == Kulio 19 yaşında futbol oynamağa başlamışdır. Əvvəllər isə tikintidə işləmişdir. O, 16 sentyabr 2008-ci il tarixində UEFA Çempionlar Liqasında "AS Roma" futbol klubu ilə oyunda vurduğu iki qolla komandasına qalibiyyəti gətirir və matçın ən yaxşı oyunçusu adlandırılır. == "CFR Cluj"dakı oyunları == Liga I (2): 2007–08, 2009–10 Romanian Cup (3): 2008, 2009, 2010 Romanian Supercup (2): 2009, 2010 == "Galatasaray"da oyunları == Culionu transfer etmək üçün "Galatasaray" futbol klubu "Cluj" klubuna 2 milyon avro məbləğ ödəyir. 6 yanvar 2010 tarixində "Galatasaray" ilə 2013–2014 futbol sezonunun sonuna kimi müqavilə bağlayır. Türk klubundakı oyunu ilə tez bir zamanda azarkeşlərin rəğbətini qazanır.
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.
Kalvin Kulic
Con Kalvin Kulic (ing. John Calvin Coolidge, Jr.; 4 iyul 1872, Plimut, Vermont, ABŞ - 5 yanvar 1933, Northempton, Massaçusets, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 30-cu prezidenti (1923-1929) və 29-cu vitse-prezidenti (1921-1923).
Kulibinka
Ovçubərə (əvvəlki adı: Kulibinka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ovçubərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun Ağalıkənd kənd inzibati ərazi vahidi tərkibindəki Kulibinka kəndi Ovçubərə kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == === Şəhidləri === İsmayılov İlham Xankişi oğlu (1974–1994) — Birinci Qarabağ müharibəsi şəhidi. Qəhrəmanov Asif Təzəxan (14.01.1974–20.04.1994) Birinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Ovçubərə kənd kitabxana filialı, Ovçubərə kənd klubu və Ovçubərə Poçt Şöbəsi (AZ1324) fəaliyyət göstərir. == Təhsil == Kənddə Ovçubərə kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Ovçubərə kənd həkim məntəqəsi yerləşir.
Kulic effekti
Kulic effekti — Biologiya və psixologiyada bu terminin ifadə etdiyi fenomen ondan ibarətdir ki, erkək fərdlər cütləşməyə hazır olan yeni-yeni dişi fərdlərlə rastlaşdıqda onların cinsi aktivliyi davamlı olaraq yüksək səviyyədə qalır. Bu fenomen sınaq olunan bütün heyvanlarla bağlı özünü doğruldub. == İzahı == Yeni dişi fərdlə rastlaşma erkək fərdin beynində dopamin neyromediatorunun ifrazında artıma, bununla da limbik sistemin yenidən və yenidən fəallaşmasına səbəb olur. Bundan sonra erkəklər yalnız yeni dişi ilə deyil, əvvəlki dişilərlə də cütləşmə potensialını yüksək səviyyədə saxlayırlar. Laster və Qorzalka bu fenomenin dişilərdə necə təzahür olunduğunu yoxlamaq üçün eksperimentlər aparmış, onun dişilərə də aid olduğunu (lakin erkəklər qədər deyil) aşkar etmişlər. == Terminin tarixi == "Kulic effekti" adlanması Amerikada populyar olan lətifə ilə bağlıdır. Lətifənin məzmunu: 1920-ci illərdə ABŞ prezidenti olmuş Kalvin Kulic həyat yoldaşı ilə birlikdə quş fermasını ziyarət edərkən xanım Kulic fermerdən soruşur: - Necə olur ki, az sayda xoruz bu qədər toyuğun mayalı yumurta verməsini təmin edə bilir? Fermer: - Xoruzlar hər biri öz funksiyasını gün ərzində yüz dəfələrlə yerinə yetirir, ona görə. Bu cavabı eşidən xanım Kulic zarafatla deyir: - Siz bunu cənab Kulicə daha ətraflı izah etsəniz, pis olmaz. Bu atmacanı eşidən prezident fermerdən soruşur: - Xoruzlar hər dəfə eyni toyuğu mayalandırır?
Kulikovo döyüşü
Kulikovo döyüşü - Dmitri Donskoyun komandanlığı altında olan ruslarla Qızıl Orda xanı Mamay xan arasında, 8 sentyabr 1380-ci ildə Don, Nepryadva və Krasivaya Meça çayları arasındakı Kulikovo çölündə(hal-hazırda Tula vilayətinin Kimovski və Kurkinski rayonları) baş vermiş döyüş. == Döyüş öncəsi == 1380-ci ilin yayında çərkəzlərin, osetinlərin, ermənilərin, eləcə də krımlı genuyalıların da daxil olduğu təxminən 100 minlik qoşun, o zaman Qızıl Ordanın faktiki hakimi olmuş tümənbaşı Mamayın komandanlığı altında, güclənməkdə olan Moskva üzərinə yeridi. Böyük Litva knyazı Yaqaylo və (bəzi məlumatlara görə) ryazanlı knyaz Oleq Mamayın müttəfiqi idilər. I Dmitriy bütün rus knyazlıqlarına bütün mümkün qüvvələrin toplanması çağırışı ilə xəbər göndərir. Mamay onların zərbəsini qarşılamasın deyə rus qoşunları Moskvaya aparan yollarda, Kolomna və Serpuxovda toplanırlar. Dimitrinin qoşununda Novqorod, Tver, Nijeqorod,Ryazan və Smolenskdən başqa demək olar ki bütün rus knyazlıqları iştirak edir. Moskva knyazı fəal hərəkətlərlə tatarlarla litvalıların birləşməsini qarşılamağı fikirləşirdi, həm də Mamayı rus ərazilərinin sərhədində qarşılamaq fikrindəydi. == Rəqiblərin dispozisiyası == 6 sentyabrda təxminən 100 minlik rus ordusu Nepryadvanın qovuşduğu yerdə Dona çatdı. Ruslar Don çayını keçmək qərarına gəldilər. Bununla onlar Odoyevə yaxınlaşan litvalıların zərbəsini qarşılamış olurdular, eyni zamanda rusların seçdiyi Kulikovo çölü nisbətən dar olduğuna görə tatar süvari kütləsi üçün əlverişsiz idi.
Kulinariya
Aşpazlıq və ya Kulinariya (lat. culīna — mətbəx) — yemək hazırlama ilə bağlı insanın fəaliyyəti. == Tarix == Filogenetik analiz göstərir ki, insan əcdadları 1,8–2,3 million il əvvəl bişirməni ixtira edə bilərdilər. Cənubi Afrikadaki Uanderuork mağarasında tapılan sümük fraqmentləri və bitki külü erkən adamlar orada 1 milyon il əvvəl alovu kontrol etməyinin fikirini dəstək edən sübutunu verib. Homo erectus 500 min il əvvəl yeməklərini bişirdiyini sübutu mövcuddur. Onların 400 min il əvvəl alovu idarə etməyinin sübutu alimləri tərəfindən geniş şəkildə dəstəklənilir. 300 min il əvvəldən gələn arxeoloji tapıntıların arasında Avropa və Orta Şərq ətrafındaki qədim ocaqlar, yer peçləri, yamdırılmış heyvan sümükləri və çaxmaqdaşları var. Antropoloqların fikrinə görə, geniş yayılmış bişirmə təxminən 250 min il əvvəl ocaqların üzə çıxması ilə başlayıb.Yaxınlarda, daha erkən, 790 min il əvvəl işlədilmiş ocaqlar haqqında məlumat üzə çıxmışdı.Aşpazlığa aid məlum ilk kitab b.e.ə. 40-cı ildə romalı Aspi tərəfindən yazılmışdır. == Etimologiya == Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun.
Kulinariya turizmi
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Kuliq
Kuliq (pol. kulig — kirşə qatarı) — Polşada atlara birləşdirilmiş kirşələrlə gəzmə adəti, hansındaki bir neçə kirşə qoşumu iştirak edir. Bu özünəməxsus əyləncə növü Böyük pəhrizdən əvvəl son həftədə keçirilir və çox vaxtı tonqal ətrafında musiqi, nəğmə və əyləncə ilə müşayiət olunur, bundan başqa adətə görə, bu vaxt ərzində ət yemək qadağan olunur. Axşamlar kirşə gəzmələri tez-tez məşəl ilə işığlandırılır. XVI əsrdən XX əsrin əvvəllərinə qədər kirşə gəzmələri həm maqnatlar, həm də zadəganlar arasında çox populyar əyləncə növü idi, bununla onlar Polşanın parçalanmasında sonra vətənpərvərlik mərasimini təmsil edirdilər, belə ki kuliqlər Polşa milli adət-ənənəsinin inkişafını simvolizə edərək, düşmənlərə qarşı təşkil olunurdu. Kirşə qatarına ənənəvi olaraq Arlekin adlandırılan bələdçi başçılıq edirdi, onun vəzifəsi marşrutu helə qurmaq idi ki, işğalçılara qarşı birgə silahlı qarşıdurma olarsa bir-biri ilə düşmənçilik edən zadəgan ailələri birləşə bilsinlər. Bu cür kirşə gəzintisi bir neçə gün də davam edə bilərdi.Kuliq zamanı krakovyak, mazurka, polonez və oberek ilə kuyaviyak kimi polyak xalq rəqsləri və polka və drabantlar kimi regional rəqslər oynanırdı. Ancaq vals və ya tanqo kimi xarici rəqslərin oynanılmasına icazə verilmirdi, bunu edən adamı qatardan ata bilərdilər, belə təhdid həmçinin frak geyinənlərə də şamil olunurdu. Müasir zamanda kuliq, bir-birinə ip və ya trosla birləşdirilmiş kirşə gəzintisinə də deyilir və at yerinə traktor və ya avtomobil istifadə olunur. Bu əyləncə məktəblilər arasında çox populyardır, baxmayaraq ki, əslində əsl kuliq ilə heç bir əlaqəsi yoxdur.
Kuliç
Kuliç Pasxa çörəyinin rus adıdır. == Tarixi == Şərq slavyanlarında bayram çörəyi hündür olub, üzəri bəzədilirdi.Silindrik formada olması onun kilsə ilə əlaqəsi ilə bağlıdır. == Təsviri == Bu mayalı xəmirdən hazırlanan çörək müxtəlif formalarda olub, yalnız həmişə hündür olmalıdır. Katoliklər mayalı kuliçlərdən başqa şəkərli kuliçlərdə hazırlayırdılar ki, bunu da "babı" adlandırırdılar.Üzəri bəzən kişmişlə, qlazurla və ya şəkər tozu ilə bəzədilir. Dadlandırıcılardan vanil, hind qozundan istifadə edilir. Rusiyanın müxtəlif əyalətlərində kuliçin forması fərqli olur.
Lidiya Kulikovski
Lidiya Kulikovski (rum. Lidia Kulikovski) — Sovet, Moldova kitabxanaçısı və biblioqrafı. 200-ə yaxın elmi məqalənin müəllifi, Moldova yazıçıları, rəssamları və alimləri haqqında 25 kitabın nəşrinə rəhbərlik etmişdir. Moldova SSR-in əməkdar mədəniyyət işçisi (1987). == Bioqrafiya == 1951-ci il martın 8-də Moldova SSR-in Drokiyevski rayonunun Nikoren kəndində anadan olub. 1973-cü ildə Kişinyov Universitetinin (indiki Moldova Dövlət Universiteti) filologiya fakültəsini (kitabxana şöbəsi) bitirmişdir. 2003-cü ildə “Demokratikləşmiş Cəmiyyətdə Aztəminatlılar üçün Kitabxana Xidmətinin Təkamülü” adlı dissertasiya işi ilə pedaqogika üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bitirdikdən sonra Kişinyovda Bələdiyyə Kitabxanasının filialında işləmiş, daha sonra ona rəhbərlik etmişdir. 1978-1982-ci illərdə Lidiya Kulikovski Kaqul şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminə rəhbərlik edib. 1982-1989-cu illərdə o, «Achiziție și completare» xidmətinə rəhbərlik edib, bundan sonra respublikanın paytaxtına qayıdıb və Hasdeu Bələdiyyə Kitabxanasının direktoru olub, 2013-cü ilə qədər bu vəzifəni tutub.
Mamadu Kulibali
Mamadu Kulibali (3 fevral 1999-cu ildə Seneqalda anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Udineze klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Kulibali 2015-ci ildə Avropaya gəlmişdir. O, altı ay ərzində Peskara klubu ilə məşq etmişdir. Bir müddət sonra klub Kulibali ilə müqavilə imzaladıqlarını açıqlamışdır. O, karyerasında debütünü 19 mart 2017-ci ildə Atalanta klubuna qarşı oyunda etmiş və komandası 3-0 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kulibali 2015-ci ildə Seneqalı tərk edərək Avropaya gəlmişdir. O, dostları ilə futbol oynayarkən Peskara skautları tərəfindən aşkar edilmişdir. O, ölkəsində evsizlərdən biri hesab olunurdu.
Molekulyar kulinariya
Molekulyar mətbəx (ing. Molecular gastronomy) və ya Molekulyar kulinariya — yemək və desertlərin hazırlanmasına elmi yanaşma; fiziki-kimyəvi mexanizmləri nəzərə alan mətbəx. Molekulyar kulinariyaya alternativ kulinariya da demək olar. == Tarixi == Molekulyar kulinariya 1992-ci ildə meydana gəlsə də, son illərdə geniş yayılmağa başlayıb. Kimyaçı Erve Tisa və fizik Nikolas Kurti yemək hazırlanmasına ciddi laborator tədqiqat tələb edən bir məsələ kimi baxırlar. Onlar əmin olublar ki, suflenin hazırlanması zamanı baş verən proseslər Veneranın atmosferinə nisbətən daha az öyrənilib. == Hazırlanması == Bu zaman yeməklər vakuum şəraitində aşağı temperaturda hazırlanır.Molekulyar mətbəx inqredientlərin bişmə zamanı fiziki və kimyəvi dəyişikliklərinə əsaslanır. Belə ki, yemək hazırlanması zamanı maddənin molekulyar əlaqələrini qırdıqda, həmin maddənin yeni, qeyri-adi xüsusiyyətləri üzə çıxır. Nəticədə maddənin forması, dadı dəyişə bilər; maddəyə təsir etməklə onu molekulyar mərhələdə dəyişib ondan yeni maddə alınır. Yeni maddələrdən isə fərqli bir şey hazırlanır.
Panteleymon Kuliş
Panteleymon Kuliş (Sonra Panteleymon adlanıb. Pantelejmon Kuliš, ukr. Пантелеймон Куліш, 7 avqust, 1819 – 14 fevral, 1897)—Ukrayna şairi, tənqidçisi, etnoqrafı. == Həyatı == Birinci bioqraf və Güləyənquşunun yaradıcılığının tədqiqatçısı — Kuliş Panteleymon Aleksandrdır, 1819–1897-ci il, T. Q. Şevçenkodan sonra ən əhəmiyyətli tədqiqatçı və şairlərdəndir.
Petro Kulikov
Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən); Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən). == Həyatı == 4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur. == Təhsili == 1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur. 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == 1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış, 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır. 14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir. 30 may 2011-ci ildən isə həmin nazirlikdə birinci müavin vəzifəsində çalışır.
Qreys Kulic
Qreys Kulic (ing. Grace Coolidge; 3 yanvar 1879[…], Börlinqton[d], Vermont – 8 iyul 1957[…]) — ABŞ-nin Prezidenti Kalvin Kulicin həyat yoldaşıdır.
захла́мливаться каба́цки нахвата́ться па́лубление проморо́зить свербе́ть филиппи́нец исто́рийка климатоло́гия легитима́ция налюбова́ться номерно́й пить мёртвую ча́шу полисеми́я предвесе́нье clotted crossway Dolores hammer-beam haustellate larkspur prevalency threnos губоцветные минутный