KUSTAR

[ rus. ]
1. Əl üsulu ilə mal istehsal edən sənətkar, peşəkar.
Zeynal ilə Əziz bir-iki nəfər dərzini, başmaqçını və dəzgah qurub özü üçün işləyən bir neçə nəfər kustarı da çağırmaq istəmişdilərsə də Veys: – Olmaz! – deyib qəti etiraz etmişdi. Ə.Əbülhəsən.

// Əl üsulu ilə mal istehsal edən.
Mən bütün kustar sənaye müəssisələrinin təşkili məsələsini də … müzakirə sırasına keçirdim. M.S.Ordubadi.
Bu, əlliyə qədər uşaq və qadın işləyən bir kustar emalatxanasıdır. M.İbrahimov.

2. Fabrikdə deyil, əl üsulu ilə istehsal edilmiş, hazırlanmış. Kustar məmulatı.
// məc. Primitiv, ibtidai, qeyri-kamil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KUSTAR kustar bax sənətkar 1
KUS
KUSTARCASINA
OBASTAN VİKİ
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Tarixi == Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə qoyulmuşdu. Yaradılması ideyası Fevral inqilabına (1917) qədər də mövcud olmuş, lakin 1916-cı ildə çar hökuməti tərəfindən qəbul edilməmişdi. İttifaqın sədri Nəcəfqulu Vəliyev, idarə heyətinin üzvləri Mirzağa Atababayev, Orucəli Babayev, Səfər Mir Mövsümov, Yevsey Tatarenko idilər. Əsas məqsədi neft hasilatına olan ehtiyacları, kustar neft istehsalını qanunvericilik əsasındaqaydaya salmaq haqqında müvafiq müraciətlər edilməsi, neft bazarının vəziyyətinin öyrənilməsi, əməyin təhlükəsizliyini təmin edən müvafıq tədbirlərin və texniki qaydalann işlənib hazırlanması, ittifaqın fəaliyyət göstərdiyi ərazidə nəqliyyat yollarının çəkilişi, üzvlərə hüquqi yardımm təşkili, istehsal ehtiyaclan üçün lazımi materiallann alınmasına güzəştli kreditlərin açılmasını və s. təmin etmək olmuşdur. Bakı mədən rayonunda neftin əl ilə çıxarıldığı sahələrin icarəyə verilməsi üçün "xüsusi qaydalar" layihəsinin işlənib hazırlanması ilə əlaqədar ittifaq 1920-ci ilin əvvəllərində öz hesabatını Azərbaycan Xalq Cümhuriyyəti Ticarət və Sənaye Nazirliyinə təqdim etmişdi. Dövlət xəzinəsinin mənafeyini müdafiə etmək məqsədilə tərtib edilmiş "Xüsusi qaydalar" kustar neft istehsalçılarının maraqlarım nəzərə almırdı. Buna görə də ittifaq "Xüsusi qaydalar"ı iqtisadi cəhətdən məqsədəuyğun saymamışdı. İttifaq Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.

Digər lüğətlərdə

дибазолопрофила́ктика замара́ть конфиде́нция косого́р никчёмность поволнова́ть прицве́тный пу́пчатый солонцева́тость соразмере́ние вельве́т во́ронов лиле́йные огнезащи́тный по-се́рбски приёмный расхри́станный трю́х да трю́х утира́ние хво́рый черенкова́ние detraining point spirit level streamline strewment