KUT

сущ. рах. 1. кӀунтӀ хьиз санал кӀватӀнавай затӀар (мес. ичер, кӀарасар); 2. къалин, сад-сада акӀанвай, кьери тушир, сигъ (мес. чӀарар); 3. кӀеретӀ, десте, кӀватӀал, гапӀал (мес. инсанрин).
KUSTARLIQ,
KUT-KUT
OBASTAN VİKİ
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Kut adası
Kut adası-(Ко Кут, Ко Куд, ing. Ko Kud или ing. Koh Kood, tay เกาะกูด)- Siam körfəzinin adası olub, Kambodjı əyalətinə Trat regionuna daxildir. == Coğrafi mövqeyi == Regionun ən az əhali məskunlaşmış adası hesab edilir. Maki adası ilə birlikdə şimalda yerləşir. Adanın əhalisi 2007-ci ilin statistik məlumatlarına görə 1715 nəfərdir. Sahəsi isə 131 кm²-dir. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Krasnı Kut burnu
Krasnı Kut burnu (ukr. Красний Кут) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Arabat körfəzinə daxil olur. Zavodskoe kəndi yaxınlığında yerləşir. Ərazisində balıqçılıq təsərrüfatı inkişaf etdirilmişdir.
Kut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Ust-Kut
Ust-Kut (rus. Усть-Кут) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Xəlil Kut
Xəlil Paşa, Xəlil Kut (1882 və ya 1881, Konstantinopol – 20 avqust 1957, İstanbul) — Türkiyə hərbi xadimi, general. == Həyatı == Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur. Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk milliyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliyyət göstərmişdir. Dönəmin hərbi naziri Ənvər Paşanın və qardaşı Qafqaz İslam Ordusunun başçısı Nuru Paşanın əmisi olmuşdur. Xəlil Paşanın komandanlığı altında Səlmanu-Pak döyüşündə qələbə qazanan Osmanlı ordusu üçün Kut-ül-Amarəyə gedən yol açılmışdır. Sonrakı dövrdə isə Xəlil Paşanın rəhbərliyi ilə Bağdad cəbhəsində Osmanlı ordusunun əks həmlələri başlamışdır. Kut qəsəbəsinin azadlığı uğrunda mübarizə tarixi qələbə ilə başa çatmışdır. Qəsəbə kiçik olsa da strateji əhəmiyyəti çox böyük olmuşdur. Kut məğlubiyyəti 300 illik ingilis kibirinin qırılması demək idi.
Yaqorliski Kut
Yaqorliski Kut — Qara dəniz sularında, Ukraynanın Xerson vilayəti ərazisində yerləşən yarımada. Şimaldan və qərbdən Yaqorliski körfəzi, cənubdan isə Tendrovski körfəzi ilə əhatələnir. Yarımadanın qərbində yerləşən 5540 ha ərazi Qara dəniz biosfer qoruğu ərazisinə daxildir. == Adının mənası == Yarımadanın adı türk dilindən keçmədir və mənası «düzgün olmayanların yolu». Zaparoji kazakları vaxtı ilə yarımada sahillərindən duz toplayarkən türkləri narahat edirdilər. == Hərbi paliqon (1959—1994) == 1959—1994 illərdə yarımadanın böyük hissəsi Qara dəniz donanmasınınpaliqonu olmuşdur. Paliqon ləğv edildikdən sonra 4700 ha-lıq yarımada ərazisi qoruğa birləşdirilmişdir. Burada paliqonun inşasına qədər burada balıqçı qəsəbəsi olan Svobodnı Port olmuşdur. Qəsəbə 1959-cu ildə ləğv edilmişdir. == Mənbə == Echoes of the Ancient Borysthenes.
Krasnı Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
"Kutuzov" ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Adel Kutuy
Adel Kutuy (tatar. Гадел Кутуй; 28 noyabr 1903 – 15 iyun 1945) — Sovet tatar elmi fantastika yazıçısı, şair və dramaturq, jurnalist, müharibə müxbiri. == Bioqrafiya == Adel Kutuy Tatarski Kanadey kəndində (indiki Penza vilayətinin Kuznetsk rayonunda) anadan olub. 1922-ci ildə Kazana köçür və 5 ildən sonra tatarların ən görkəmli beş yazıçısından biri kimi tanınır. 1927-ci ildə Şamil Osmanovun dəvəti ilə oktyabr inqilabının 10 illik yubileyində birinci Kazan yayım stansiyasında diktor işləyir. Vladimir Mayakovskidən təsirlənərək LEF, SULF, yəni Sul Cəbhəsi — Sol Cəbhə tatar yaradıcılıq birliyini qurur. 1930-cu ildən sonra ən məşhur romanlarını yazır. 1942-ci il mayın 25-də könüllü olaraq Qırmızı Ordu sıralarına yollanır. Qərb və Don cəbhələrində 75-ci Əlahiddə Qvardiya minaatan diviziyasının tərkibində döyüşür. Stalinqrad döyüşündə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilir.
Apollon Kutateladze
Apollon Karamanoviç Kutateladze (gürc. აპოლონ ყარამანის ძე ქუთათელაძე; 25 dekabr 1899 (6 yanvar 1900), Xoni, İmereti – 25 iyun 1972, Tbilisi) — Sovet, gürcü rəssam-rəssam, qrafika rəssamı. SSRİ xalq rəssamı (1970). == Həyatı == Potidə gimnaziyada, sonra "Qafqaz Rəssamları Təşviq Cəmiyyəti"nin məktəbində (1914–1915), Tiflisdə N.V.Sklifosovskinin (1915) rəngarlıq-rəssamlıq məktəbində təhsil almışdır.1916-cı ildə könüllü olaraq hərbi xidmətə getdi. 1916–1921-ci illərdə Zakariya Tuşmalişvilinin alayında poruçik rütbəsində xidmət etmişdir. 1921-ci ildə Gürcüstan Müstəqillik Müharibəsinin iştirakçısı olmuşdur. Müstəqillik müdafiəçiləri məğlub olduqdan sonra o, Metexi qalasında həbsdə saxlanılmış güllələnmədən son anda xilas olmuşdur. 1922–1926-cı illərdə Tbilisi Rəssamlıq Akademiyasında G.İ.Qabaşvili, E.E.Lansere, İ.A.Şarlmandan təhsil almış, ardınca Leninqradda təlim keçmişdir. 1920-ci illərin əvvəllərində o, "Nialgi" (Krokodil, Tiflis) satirik jurnalının redaksiyasında işləmişdir. İZO-Rəssamların Azad Həmkarlar Təşkilatının məsul katibi (1922–1926) çalışmışdır.
Campaolo Kutillo
Campaolo Kutillo (Giampaolo Cutillo; İtaliya) — İtaliyanın Azərbaycan Respublikasındakı səfiri. == Həyatı == C.Kutillo 1970-ci ildə Neapolda anadan olub. Diplomatik xidmətdə 1994-cü ildə fəaliyyətə başlayıb. 1998-ci ildə İtaliyanın Venesuelanın paytaxtı Karakasda konsulu təyin edilib, 2001-ci ildə ölkəsinin Pakistandakı səfirliyində, 2005-ci ildə isə İtaliya XİN-in Cənubi Asiya və Okeaniya Baş bürosunda çalışıb. 2009-cu ildə isə Mumbaya (Hindistan) baş konsulu təyin edilib. Campaolo Kutillo 2013-cü ilin iyulunda diplomatik missiyası başa çatmış Mario Baldini əvəz edir.
Con Maksvell Kutzee
Con Maksvell Kutzee (ing. John Maxwell Coetzee; 9 fevral 1940[…], Keyptaun, Cənubi Afrika Birliyi) — CAR əsilli yazıçı, tənqidçi, dilçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2003), iki dəfə Buker mükafatı almış ilk yazıçı (1983, 1999). == Həyatı == Con Maksvell Kutzee əslən Cənubi Afrikadan olan yazıçı, tərcüməçi və pedaqoqdur. Son illər Avstraliyada yaşayır. Həm ata, həm də ana tərəfdən XVII əsrdə Danimarkadan Afrikanın cənubuna köç edən mühacirlərin nəslindəndir. Ana babalarından birinin polyak olduğu haqqında məlumatlar mövcuddur. Orta təhsilini Keyptaundakı katolik məktəbində, ali təhsilini isə Keyptaun universitetində almış, universiteti 1960-cı ildə ingilis dili və ədəbiyyatı, 1961-ci ildə isə riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirmişdi. Keçən əsrin 60-cı illərinin əvvəllərində bir müddət Böyük Britaniyada yaşayan Kutzee burada kompüter proqramçısı kimi çalışmışdı. Eyni zamanda təhsilini də davam etdirmiş və bu dəfə Keyptaun universitetindən incəsənət magistri dərəcəsi almışdı. Müəllif həyatının həmin dövrünü "Uşaqlıq" (1997) və "Gənclik" (2002) avtobioqrafik romanlarında işıqlandırmışdı.
Georgi Kutoyan
Georgi Kutoyan (erm. Գեորգի Կուտոյան, 30 sentyabr 1981, İrəvan – 17 yanvar 2020, İrəvan) — Ermənistan dövlət siyasi xadimi, hüquqşünas, 2016-2018-ci illər arası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru. == Həyatı == Georgi Kutoyan 1981-ci ildə İrəvanda anadan olub. === Təhsili === 1997-2002 -ci illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2002-2005- ci illərdə Ermənistan Milli Elmlər Akademiyasının fəlsəfə və hüquq institutunda aspiranturanı bitirib. Hüquq elmləri namizədidir. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Tafts Universitetinin Fletçer hüquq və diplomatiya məktəbini bitirib. 2002-2010 -cu illərdə Erməni-Rus (slavyan) Universitetində, Ermənistanın dövlət idarəçilik akademiyasında, Ermənistan Milli Elmlər Akademiyasında elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2005-2006 -ci illərdə Ermənistan Baş Prokurorluğunun elmi-tədris mərkəzinin elmi işçisi, daha sonra hüquq və struktur islahatları şöbəsinin prokuroru vəzifəsində çalışıb. Kutoyan 2019-2020-ci tədris ili üçün Kembric Universitetində təhsil almaq üçün Cambridge Trust Scholarship təqaüdünə layiq görülmüşdü.
Kutabad
Kutabad (fars. کوت‌آباد‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 169 nəfəri kişilər və 180 nəfəri qadınlar olmaqla cəmi 349 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Kutaisi
Kutaisi (gürc. ქუთაისი) – Gürcüstanın ikinci ən böyük şəhəridir. Ölkənin qərbində, İmereti diyarında yerləşir və bu bölgənin ən böyük şəhəridir. Paytaxt Tbilisidən təxminən 221 km uzaqlıqdadır. Əhalisi 147.635 nəfərdir (2014). Kutaisi Sovet dövründə ağır metallurgiya sənayesi mərkəzi idi. O dönəmdə şəhərin əhalisi 300.000 nəfərdən çox idi. Ancaq bu gün bir çox əhalinin şəhəri tərk etməsindən sonra əhali azalmışdır. Qafqaz şəhərlərindən biridir. == Tarixi == Kutaisi qədim Kolxida krallığının paytaxtı olmuşdur.
Kutaisi Beynəlxalq Hava Limanı
Kutaisi Beynəlxalq Hava Limanı (gürc. ქუთაისის საერთაშორისო აეროპორტი) və ya Qurucu David adına Beynəlxalq Hava Limanı (gürc. დავით აღმაშენებლის სახელობის საერთაშორისო აეროპორტი) (IATA: KUT, ICAO: UGKO) — Gürcüstanda, Kutaisi şəhərindən 14 km qərbdə yerləşən beynəlxalq hava limanı. Gürcüstandakı 3 beynəlxalq hava limanından biridir. Hava limanı “Gürcüstan Hava Limanları birliyi” tərəfindən idarə olunur. == Tarixi == Hava limanı 2011-ci ilin noyabr ayında təmir üçün bağlanıb. Yenidənqurma mərasimi 27 sentyabr 2012-ci il tarixində keçirilmişdir. Tədbirdə Gürcüstan prezidenti Mixeil Saakaşvili, Macarıstanın Baş naziri Viktor Orban və Wizz Air şirkətinin baş direktoru Jozef Vardi iştirak etmişdir.Hazırlıq işləri üçün hava limanının istismara verilməsi və kadrların hazırlanması üçün Fransanın "Vinci Airports" şirkəti ilə müqavilə bağlandı. Hava limanında fəaliyyət göstərən bir duty-free dükanı və iki qəhvə dükanı var. Hal-hazırda hava limanına Kutaisi, Tbilisi və Batumiyə xidmət edən marşrutka ilə getmək mümkündür.
Kutaisi klassik gimnaziyası
Kutaisi klassik gimnaziyası (gürc. ქუთაისის კლასიკური გიმნაზია) — Rusiya imperiyası dövründə Kutaisi şəhərində orta təhsil müəssisəsi. == Tarixi == 1830-cu ildə Kutaisi şəhərində əyalət məktəbi açılmışdır. Məktəbin açılmasında məqsəd Rusiya imperiyası üçün etibarlı təbəələr yetişdirmək idi. 1850-ci ildə məktəb inkişaf edərək əyalət gimnaziyası kimi fəaliyyət göstərməyə başladı. 1878-ci ildə isə Kutaisi əyalət gimnaziyası əsasında daha mötəbər Kutaisi klassik gimnaziyası təşkil edildi. Kutaisi klassik gimnaziyası ilk dövrlər polkovnik Seretelinin evində yerləşirdi. Daha sonra gimnaziyaya xüsusi bina tikildi. Bina memar Enfiaziyevin layihəsinə uyğun olaraq inşa edildi. Kutaisi şəhər duması Qızıl Məhəllə (müasir Rustaveli küçəsində) ərazisində tikinti üçün ayrıca torpaq sahəsi ayrıldı.
Kutaisi quberniyası
Kutaisi quberniyası (gürc. ქუთაისის გუბერნია, rus. Кутаисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi quberniyası müasir Gürcüstanın qərb hissəsini əhatə edirdi. Quberniya mərkəzi Kutaisi şəhəri idi. == Tarixi == 1846-ci il 14 dekabr tarixində Rusiya çarı I Nikolayın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası ləğv edilmiş və onun əsasında Tiflis və Kutais quberniyaları yaradılmışdır. 1883-cü ildə Suxumi, Artvin və Batumi bölgələri quberniyaya birləşdirildi. XX əsrin əvvəllərində Suxumi bölgəsi Kutaisi quberniyası ərazisindən çıxarılaraq Suxumi quberniyası təsis edildi. 1917-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası təsis edildikdən sonra ləğv edilmişdir. 1918-ci ildə Kutaisi quberniyası ərazisi Gürcüstan Demokratik Respublikası ərazisinə daxil edilmişdir.
Kutaisoba
Kutaisoba — gürcü xalq bayramı, Kutaisi şəhərinin günü. Hər il may ayının 2-də qeyd olunur. Bayramın tarixi 1905-ci ildən başlayır. Qubernatorun həyat yoldaşı Saşa Çikovani xəstəxanalara kömək məqsədi ilə pul toplamaq üçün xeyriyyə aksiyası təşkil edir. Kutaisinin kübar cəmiyyətindən olan xanımlar və gimnaziyada oxuyan qızlar çobanyastığı satıb əldə etdikləri pulu xəstəxanalara kömək məqsədi ilə yaradılan fonda köçürürdülər. == Xarici keçidlər == 100-летие праздника кутаисоба.
Kutakan
Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur.
Kutalan (Urmiya)
Kutalan (fars. كوتالان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (53 ailə).
Kutalmış
Kutalmış tam adıyla Ümeyr bin Şuyyim bin Amr Arslan Yabqu bin Kutalmış' (Ərəb əlifbası ilə: قتلمش) (ö. 1077) Atası Arslan Yabqudur. Səlcuqlu sultanı Toğrul bəyin əmisi oğludur. O, sonradan Toğrul bəyə üsyan etmişdir. Oğlu Kutalmışoğlu Süleyman şah Rum sultanlığını qurmuştur. "Xoşnəxtlik almış" və "mübarək, uğurlu" mənasında bir ad olan Kutalmış, qaynaqlardaki yazılışlarına görə "Kutulmuş, Kutlamış" kimi şəkillərdə də oxuna bilinir. == İstinadlar == == Mənbə == Prof Dr. Mikail Bayram (Selçuk Üniversitesi Fen-Edebiyat Fakültesi Öğretim Üyesi). Türkiye Selçukluları Döneminde Bilimsel Ortam ve Ahiliğin Doğuşuna Etkisi neşr. Ekber Feyyaz (Tahran 1371).
Kutalmışoğlu Süleyman şah
Süleyman şah Səlcuqlu və yaxud Qutalmışoğlu Süleyman şah (Ərəb əlifbası ilə: سليمان بن قتلمش (Süleyman bin Qutalmış)) (ö. 1086), Rum sultanlığının qurucusudur. Səlcuqlu soyundan gəlir və Böyük Səlcuqlu sərkərdəsi idi. Soyunun davamı bugünkü Elbeyli Türkmən elidir.
Kutammaku
Kutammaku və ya Batammariba torpağı — Toqonun şimalında yerləşən və 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi təyin edilmiş mədəni landşaft. Ərazidə hələ də üstünlük verilən ənənəvi palçıq qalalar var. Ənənəvi palçıq evləri Toqonun milli simvolu kimi tanınır. Bu evlərin çoxunda iki mərtəbə, bəzilərində isə yastı bir dam var. 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Şöbəsi (ICH), abidələrin Ümumdünya irsi siyahısına yazılmasını tamamlamaq üçün "Batammaribanın qeyri-maddi mədəni irsinin mühafizəsi"-ni qurdu. Məqsəd, nəsillərarası ötürülmədə davamlılığın təmin edilməsi və mədəniyyətin bütün vacib sahələrində bacarıq və biliklərin qorunması idi. Bu proqram, Mədəniyyət Nazirliyi və Toqonun İbtidai Təhsil Nazirliyi tərəfindən koordinasiya edilmişdi.UNESCO, Kutammakuya 2018-ci ilin oktyabrın 19-dan 24-dək yağan yağışların yaşayış və qeyri-maddi irsə vurduğu ziyanı qiymətləndirmək üçün təcili bir missiya təşkil etdi. == İstinadlar == == Ədəbiyyat == Philippe et Marie Huet, Koutammakou : portraits en pays somba, Nord Bénin, Hesse, Saint-Claude-de-Diray, 2012, 155 p. (ISBN 978-2-35706-021-0) Albert-Marie Maurice, Atakora : Otiau, Otammari, Osari, peuples du Nord-Bénin (1950), Académie des Sciences d’Outre-Mer, Paris, 1986, 481 p. (ISBN 2-900098-11-4) Paul Mercier, Tradition, changement, histoire.
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Kutan-i Süfla (Bicar)
Kutan-i Süfla (fars. كوتان سفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Kutan (Sərdəşt)
Kutan (fars. ‎كوتان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.

Digər lüğətlərdə

бант газовщи́к иррациона́льность натеса́ть плато́чек полосо́й роль татуи́ровать хо́ртый девальва́ция иннерва́ция одёжина селезащи́тный теплоутилизацио́нный свердел -rater aftershock atlantes blether cultish Far Eastern gym misadvise незакономерный шикарный