KVADRAT

[ lat. ]
1. riyaz. Dörd tərəfi bərabər düzbucaq.
// Kvadrat şəklində olan şey; çargül. Kvadrat kərpic.
– Qarovulçu, kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov.

2. riyaz. Ədədin öz-özünə hasili. Kvadrat tənlik. Kvadrata yüksəltmək.
3. Mətbəə işində: naborun, klişenin və s.-nin ölçüsünü müəyyən etmək üçün istifadə olunan ölçü vahidi. Kvadrat 48 punkta bərabərdir.
// Naborda boş yerləri doldurmaq üçün xüsusi mətbəə materialı. □ Kvadrat mötərizə – [ ] şəklində olan mötərizə.
◊ Kvadrat-yuva üsulu k.t. – tarlaçılıqda mütərəqqi əkin üsullarından biri.
[Sultan:] Bu qırx hektarı kvadrat-yuva üsulu ilə əkəcəyik. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KVADRAT kvadrat bax dördkünc(lü)
KVADRÁNT
KVADRATURA

Digər lüğətlərdə