kvars
kvarslı
OBASTAN VİKİ
Kvarsit
Kvarsit – gözlə və ya zərrəbin altında seçilən, kvarsdan təşkil olunmuş, kvars materialı ilə də sementləşmiş dənəvər süxur Geoloji praktikada, demək olar ki, sırf silisium oksidindən (kvars və opal – xalsedon – kvars qarışığı) təşkil olmuş, sıx və bərk süxurlar kvarsit adlandırılır. == Yaranması == Kvarsit kvars qumdaşları və bəzi maqmatik süxurlarin (porfirlər) metamorfizmə uğraması nəticəsində əmələ gəlir. Massiv kvars qumdaşları, habelə aşınma qabıqlarında rast gələn metasomatik mənşəli (hipergen kvarsitlər) dənəvər kvars süxurları da bəzən kvarsit adlanır. Mis kolçedanı yataqlarının oksidləşməsilə bağlı hipergen kvarsit digər süxurlar arasında aydın seçildiyindən, bu fliz üçün axtarış əlamətidir. Güman edilir ki, habelə hidrotermal məhlullarla dəniz dibinə çıxarılan silisium oksidi də, başqa komponentlər (Fe, Mn və b.) iştirak etmədikdə, çox vaxt mikrokvarsitlər adlanan kvarsit linzalarının əmələ gəlməsinə səbəb olur. Kvarsit tikintidə və turşuya davamlı material, əsasən xammal kimi odadavamlı kərpic (dinasin) istehsalında və metaləritmə sənayesində flüs kimi istifadə olunur. == Tərkibi == 100–450 mpa xüsusi kütləsi, orta hesabla 2,6 q/sm³ sıxlıq, orta hesabla 2,68 q/sm³ uzunömürlüyü — 150–300 il == Dəmirli kvarsitlər == Dəmirli kvarsitlər dərin metamorfizmə uğramış kvarslı-dəmirli çöküntülərdir və ya vulkanogen-çökmə süxurlardır. Kembriyəqədər süxurlar içərisində geniş yayılmışlar. Aydınlaylı, adətən incə zolaqlı kvars, silikat-maqnetitli və ya hematitli süxurlarla təmsil olunmuşdur. Ayrı-ayrı nazik laycıqlarda (0,1-20 mm) hər hansı bir mineral (kvars, maqnetit və ya martit, hematit, xlorit, serisit, biotit, amfibol və başqa) miqdarca üstünlük təşkil edir.

Значение слова в других словарях

безбандеро́льный воскли́кнуть деле́ц маразмати́ческий но́нешний по-спарта́нски поло́вничать марионе́точный недоду́мывать недосла́ть письмена́ пурпу́рный теплоёмкость constitutionalism interaxis lass reappointment remington slip-coat spelaeology tank-piercing watermanship zoa допаивать столетний