KÖHNƏLMİŞ

f.sif.
1. Çox işlənməkdən xarab olmuş; yıpranmış. Köhnəlmiş papaq. Köhnəlmiş şal.
[Hacı Manaf] məhkəməyə gələrkən olduqca köhnəlmiş, yamaqlı bir paltar geyərək gəlmişdi. S.Hüseyn.
[Qədir] başına köhnəlmiş və hər tərəfini yağ basmış bir meşin şapka qoymuşdu. Ə.Sadıq.
Minayə köhnəlmiş, bir neçə dili də xarab olmuş qarmonu döşünə basıb … ortalıqda süzürdü. Ə.Əbülhəsən.

2. Çox qalmaqdan xarab olmuş, təzəliyini, təravətini itirmiş. Köhnəlmiş yağ (pendir).
3. Dövrə, zəmanəyə, bugünkü günə uyğun olmayan; dəbdən düşmüş, indi işlənməyən. Köhnəlmiş nəzəriyyə. Köhnəlmiş söz (ifadə).
KÖHNƏLMƏK
KÖHNƏLTMƏ

Значение слова в других словарях

вкла́ды жаркова́то капилля́рность поразгова́ривать сбо́рщица смяте́нно снег не сходить с языка́ скре́щивать ти́гель утвержда́ть гоню -wooled bodkin camese chevronwise hypochondrium natural law Satyagraha sponsorship stamp duty summer catarrh tenia отбояриваться риза