KÖK₁

is.
1. Bitkilərin torpaq altında olan, suyu soran və onları qidalı maddələrlə qidalandıran yarpaqsız hissəsi; rişə. Ot öz kökü üstündə bitər. ( Ata. sözü ).
Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirərkən quş balaları “cik-cik” edib … qalın otlar arasına soxuldular. A.Şaiq.
Kökləri kəsilmiş ağaclar gurultu ilə yıxılırdı. H.Seyidbəyli.

// Bitkilərin müəyyən məqsəd üçün qazılıb çıxarılan yeraltı hissəsi. Biyan kökü. Tikan kökü.
// Kökümeyvəli bitkilərin ərzaq kimi işlədilən yeraltı hissəsi (kartof, soğan və s.).
2. Sarı, sarı-qırmızı, qara rəngli kökümeyvəli bitkilərdən birinin adı; yerkökü. Bazardan kök almaq. Kök şirəsi.
– Aslan əlinə bir kök alıb xırtıldada-xırtıldada yeməyə başladı. S.Vəliyev.

3. Saçın, dişin və s.-nin bədənin içində olan hissəsi. Diş kökü. Saçın kökü.
// Bədən üzvünün bədənlə birləşən yeri, dib qismi. Dilin kökü.
4. məc. Nəsil, əsil-nəsəb, mənşə.
Mənim ki başımın tükləri ömrümdə qıvrım olmamışdır, … nəslimizdə, kökümüzdə də olmamışdır. S.Rəhimov.

5. dilç. Sözün önlük və şəkilçiləri çıxdıqdan sonra qalan hissəsi. Sözün kökü. Bir kökdən ibarət sözlər.
6. riyaz. Müəyyən dərəcəyə qaldırdıqda yeni bir kəmiyyət alınan ədəd. Kvadrat kök.
7. məc. Əsas səbəb, əsas illət. Məsələnin (işin) kökü.
– Bu hadisələrin əsas kökü azərbaycanlıları paytaxtdan uzaqlaşdırmaq və Qızıl Arslanı təkləmək məqsədləri üzərində qurulmuşdu. M.S.Ordubadi.

8. Kökündən şəklində – 1) əsla, qətiyyən.
[Niyaz:] Belə iş bu küləkdə; Mümkün deyil kökündən. Ə.Əlibəyli;

2) tamamilə, yerli-dibli. Həyat kökündən dəyişmişdir.
– Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə; Cümlə mətbuatı viran etməli bundan sora. M.Ə.Sabir.

◊ Kök aparmaq – bax kök salmaq 2-ci mənada.
Həqiqət halda da dörd gün davam edən məhkəmə, mühitimizdə az-az təsadüf edilən, amma əsası yaşayışımızın dərinliklərinə kök aparan bir işə baxırdı. T.Ş.Simurq.

Kök atmaq1) bitkilərin torpaq altında olan hissəsində köklər əmələ gəlmək; rişələnmək, yayılmaq. Elə bil ki, Dəmirçioğlu yüzillik bir ağac olub yerə kök atmışdı. “Koroğlu”;
2) məc. bir yerdə törəyib artmaq.
[Dərviş:] Canımın bir hissəsi vətənimdə hasil olubsa, o biri ləzzətli, dadlı hissəsi bu dağların aralarında … kök atıbdır! A.Divanbəyoğlu.

Kök salmaq1) bax kök atmaq.
Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb, bərkitsin öz yerini. S.Rüstəm;

2) məc. yer tutmaq, möhkəmlənmək, möhkəm və həmişəlik yerləşmək. Əl yarası tez gedər; Kök salar dil yarası. ( Ata. sözü ).
Cəlil ağanın … qəlbində kök salmış qəbih adətləri ona tərk etdirmək mümkün deyildi. İ.Musabəyov.
[Fətullanın] şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını bilirdim. Mir Cəlal.

Kökü (kökünüz, kökləri) kəsilsin! – qarğış, nifrin ifadəsi.
Onların, görüm, kökləri kəsilsin! Kökü kəsilmək1) tamamilə yox edilmək, məhv edilmək, puç edilmək; yox olmaq.
Dostların əlilə bir tikan təki; Belə adamların kəsilər kökü. S.Rüstəm.
[Süleyman:] Bataqlıq qurudulub, yerində meşə zolaqları və tarlalar salındıqdan sonra qızdırmanın kökü kəsildi. M.Rzaquluzadə;

2) tələf olmaq, mövcud olmamaq, nəsli kəsilmək.
Abşeronda çoxdan kökü kəsilmiş canavar, tülkü, çaqqal kimi ziyanverən heyvanlar haradansa peyda olub. M.Rzaquluzadə.

Kökündən vurmaq1) dibindən kəsmək, görünməz etmək, yox etmək. Saçını kökündən vurmaq;
2) məc. tutarlı söz demək, kəsərli cavab vermək.
Kökünə çatmaq – əsasını, mahiyyətini bilmək, dərindən öyrənmək, künhünə varmaq.
[Xan:] Axund, çox zehinli uşaqdır… Hər nə də görür, soruşub kökünə çatmaq istəyir. Çəmənzəminli.

Kökünü (yer üzündən) kəsmək – tamamilə, bir daha törəməyəcək şəkildə yox etmək, məhv etmək.
Yalnız bu yolu davam etdirməklə zülmün kökünü kəsmək mümkündür. M.S.Ordubadi.
Kəssin deyə düşmənin kökünü yer üzündən; Qoymaram korluq çəkə benzindən onları mən. R.Rza.

Kökünü qazımaq1) bax kökünü kəsmək.
[Hacı Mehdi:] Allah sizin kökünüzü yerdən qazsın. Ə.Haqverdiyev;

2) məc. əleyhinə iş görmək, zərərinə işləmək.
Özünü dost kimi göstərən çar hökuməti gizlində xalqın kökünü qazıyırdı. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖK I KÖK (bədəncə ətli) Bax, o kök oğlan Aslanzadəilə bir yerdə işləyirdi (H.Abbaszadə); CANTIRAQ (dial
  • KÖK ətli — canlı — əndamlı
  • KÖK əsas
  • KÖK saz
  • KÖK yağlı

Omonimlər

  • KÖK KÖK I is. Ağacın rişəsi. Ağaclar kök üstə qalxır, yüksəlir; Meyvənin şirəsi rişədən gəlir (B.Vahabzadə)

Antonimlər (əks mənalı sözlər)

  • KÖK KÖK – ARIQ Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam (S.S.Axundov); Saralmışın biridir, uzun, özü də arıq (C
KÖK
KÖK-SAQQIZ
OBASTAN VİKİ
Kök
Yerkökü (lat. Daucus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də "geşür" adlandırılan bu bitkiyə hazırda Azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir. == Tərkibi == Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir.
Kök (orqan)
Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi. == Sistem və tipləri == Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir. Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Kök (tərəvəz)
Kök altı
Kökaltı - kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nmElə ədədlər var ki, kökün altından çıxa bilmir bunlara irrasional ədədlər deyilir.Məsələn 2,5,13,19,21,30 və.s.Bu ədədlər sonsuzdur. Lakin bəzi alimlər,riyaziyyatçılar bir neçə irrasional ədədi kökün altında çıxarıblar. Arximed 3 rəqəmini kökün altından çıxara bilib və 265/153 ilə 1351/780 rəqəmlərini tapıb. Azərbaycanlı 8-ci sinif şagirdi Talıb Sədiyev isə 30 və 20 rəqəmlərini kökün altından çıxarıb və 5,47722557505165 ilə 4,472135955 ədədlərini tapıb.Talıb digər irrasional ədədləridə kökün altından çıxarmaq istəyir. == Xassələri (düsturla) == 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .
Kök hüceyrələr
Kök hüceyrələr başqa cür hüceyrələrə differsiasiya edə bilən hüceyrələrə deyilir. Onlar həmçinin bölünərək özlərinə bənzər kök hüceyrələr yarada bilərlər. Bu hüceyrələr həmçinin sütun və ya kötük hüceyrələri də adlanır. Sütun hüceyrələrin texnologiyası hüceyrələrin inkişafı və differensiasiyası proseslərinin qəbul olunmuş ənənəvi formasından tamamilə fərqlənir. Bu hüceyrələr vasitəsilə ayrı-ayrı hüceyrələrin, toxumaların və hətta tam bir orqanizmin klonlaşdırılması mümkündür. Normal kök hüceyrələrində telomeraza fəallığı vardır. == Tarixi == Kök hüceyrələrin öyrənilməsi təqribən 40 il bundan əvvəl başlamışdır. 1978: İnsanın göbək ciyəsindən alınmış qanda kök hüceyrələri kəşf olundu. 1981: Siçanın erkən embrion mərhələsindən ilk dəfə embrional kök hüceyrələri alındı. 1995: İlk dəfə primatlardan kök hüceyrələr alındı.
Kök sistemi
Kök sistemi bitkinin bütün köklərinin cəmi kök sistemini əmələ gətirir. Kök sisteminin 2 tipi var. Mil və saçaqlı kök sistemi. == Mil kök sistemi == Burada əsas kök digər köklərdən yaxşı seçilir. Əsas kök və yan kök birləşərək mil kök sistemi əmələ gətirir. Bu kök sisteminə ikiləpəlilərdə olan bitkilər aiddir. Nümunə: noxud, günəbaxan, quşəppəyi və digər ikiləpəlilərin nümayəndələri aiddir. == Saçaqlı kök sistemi == Burada əsas kök ya tez quruyur, ya da əlavə və yan köklər arasından seçilmir. Yan kök və əlavə kök birləşərək saçaqlı kök sistemi əmələ gətirir. Bu kök sisteminə birləpəlilərdə olan bitkilər aiddir.
Kök türklər
Kök Türklər və ya Göytürklər (göytürkcə: 𐱅𐰇𐰼𐰰:𐰜𐰇𐰛 Kök Türük və ya 𐱅𐰇𐰼𐰛 Türk) orta əsrlərdə Orta Asiyada köçəri türk xalqları konfederasiyası. == Haqqında == Göytürklər 6-cı əsrin sonlarında zirvəsinə çatdılar və Çinin Sui sülaləsini işğal etməyə başladılar. Lakin türk zadəganlarının bölünməsi və Xaqanın taxt uğrunda apardıqları vətəndaş müharibəsi səbəbindən müharibə başa çatdı. Sui imperatoru Wen'in dəstəyi ilə Yami Qaghan yarışmada qalib gəldi. Ancaq Göktürk imperiyası Şərq və Qərb imperiyalarına bölündü. Vətəndaş müharibəsindən zəifləyən Yami Qağan Sui sülaləsinə beyət etdi. Sui azalmağa başlayanda, Şibi Xaqan öz ərazisinə hücum etməyə başladı və hətta 100.000 süvari qoşunu ilə Yanmenin mühasirəsində (Miladdan əvvəl 615) İmperator Yanı mühasirəyə aldı. Sui sülaləsinin süqutundan sonra Göytürklər, sonrakı Çin vətəndaş müharibələrinə müdaxilə edərək, 622 və 623-cü illərdə yüksələn Tang'a qarşı şimal-şərq üsyançısı Liu Heitaya dəstək verdi. Tanq generallar və edam edildi. Sonra Tan sülaləsi quruldu.
Kök-Suu rayonu
Kök-Suu rayonu (altayca: Кöк-Суу аймак / Kök-Suu (Göksu) aymak, rusca: Усть-Коксинский муниципальный район) Rusiya Federasiyasının tərkibində olan Altay Respublikasının rayonu. == Tarixi == Kök-Suu sözü altaycada göksu (mavi su) mənasını verir. Rusların rayon ərazisinə gəlişi XIII əsrdə olmuşdur. 16 sentyabr 1924-cü ildə mərkəzi Katanda kəndi olan Uymon rayonu yaradıldı. 10 aprel 1933-cü ildə rayonun adı Kök-Suu olaraq dəyişdirildi və mərkəzi Ust-Koksu kəndinə köçürüldü. == Coğrafiya == Coğrafi olaraq Altay Respublikasının cənub-qərb hissəsində, Qazaxstanla sərhəddə yerləşir. Rayonun sahəsi 12,958 km²-dir. Altay Respublikasının rayonları arasında ərazisinə görə üçüncü yeri tutur. Dağ-çöl ərazilərindən ibarətdir. Rayonda 439 göl var.
Kök və çubuq
Yerkökü və çubuq — ingilis dilində idiom. "Yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır. Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir. İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir. Siyasətdə "Yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.
Qusdurucu kök
Yandırıcı kök
Yandırıcı kök (lat. Cnidium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kök-monçaq dili
Kök-monçaq dili — türk dillərinin Sayan qrupuna aid dil. Tıva, Tofalar, Soyot-tuka və Sengel dilləri ilə yaxın qohumdur. Bəzən Tıva və ya Sengel dillərinin qərb dialeki hesab edilir. Monqolustanda, Monqolustanda və Çində danışılır. 1995-ci ildə 200 nəfər danışırdı.
Viktor Şagjapoviç Kök-ool
Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d] – 20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri. Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur. == Həyatı == Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur. Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir.Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır. "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir. "Sambajık" adlı pyeslər antologiyası 1966-cı ildə, "Ədəbiyyat Antologiyası" 1976-cı ildə, "Baylak çurtum" adlı mahnı antologiyası isə 1988-ci ildə nəşr edilmişdir.1942-ci ildən bəri Tuvanın, 1945-ci ildən isə SSRİ-nin Yazıçılar Birliyinin üzvüdür.
Yonca kök yumrusu uzunburunu
Yonca kök yumrusu uzunburunu (lat. Sitona Longulus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == 3–6 mm uzunluqdadır. Qısa, yoğun xortuma malikdir. Böcəyi uzunsov ovalvarıdır. Əksər hallarda bədənləri kül rəngindədir. Yumurtası ovalvarı olub, açıq sarı rənglidir. Uzunluğu 0,4 mm, eni təxminən 0,3 mm-dir. Sürfəsi ağ və ya çirkli-ağ rəngdə olub. Başı qonurdur.
Abdurrahman Köksaloğlu
Abdurrahman Köksaloğlu (1930 – 15 iyul 1980, Şişli, İstanbul ili) — Türkiyə siyasətçisi. == Həyatı == Abdurrahman Köksaloğlu 1930-ci ildə Sivasın Suşehri ilçəsinə bağlı Karalar kəndində anadan olub. 1956-cı ildə Cumhuriyyət Xalq Partiyasına daxil olub. CHP Şişli təşkilatının rəhbərliyində çalışan Köksaloğlu 1963-cü ildən 1973-cü ilədək İstanbul Bələdiyyə Məclisinin üzvü seçilib. 1973-cü il seçkilərində İstanbuldan CHP millət vəkili seçilən, Köksaloğlu 1977-ci il seşkilərində yenidən Türkiyə Böyük Millət deputatı seçildi. 15 iyul 1980-cu ildə Şişlidəki iş yerində iki silahl tərəfindən qətlə yetirildi. Mustafa Sarıgülün ilk həyat yoldaşı Gülsüm Köksaloğlunun atasıdır.
Bütün Hindistan Ot Kökləri Konqres Partiyası
Diriliş kilsəsi (Kökşetau)
Diriliş kafedralı (qaz. Qaita tırılu sobory; rus. Воскресе́нский собо́р) və ya Məsihin dirilişi kilsəsi (qaz. Mäsıhtıñ qaita tırılu şırkeuı; rus. Храм Воскресе́ния Христо́ва) ― Qazaxıstanın şimalındakı Akmola vilayətinin paytaxtı Kökşetauda, Kopa Gölü sahilində yerləşən Rus Pravoslav kafedralı. Kilsə Rus Pravoslav Kilsəsinin Kökşetau dekanlığının əsas məbədidir. Kilsə memarlar Belik D.L. və Matskovyak V.Q.-nin dizaynı ilə 2015 ilə 2020 arasında inşa edilmişdir və 2020-ci ildə təqdis edilmiş. Pasxaya həsr olunmuş kilsənin tutumu 500 nəfərdən çoxdur. Tikili neoklassik üslubda tikilmişdir. == Tarix == Kökşetaudakı Diriliş kilsəsi 2015-ci ildə tikilmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və müasir dövr
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və müasir dövr — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən "İnformasiya Texnologiyaları" nəşriyyatı tərəfindən çap olunmuş kitab. Kİtabın müəllifi tarix elmləri namizədi Füzuli İsmayılovdur. Kitabda Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılıb. Hələ XVII əsrdən, xüsusilə XVIII əsrdən başlayaraq Rusiya imperiyasına arxalanmaqla ermənilərin Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq sahəsindəki fəaliyyəti, erməni ideoloqlarının çarizmin Azərbaycanda müstəmləkəçilik planları və geosiyasi maraqlarının həyata keçirilməsində iştirakı faktlar əsasında göstərilib. Qarabağ probleminin geosiyasi tarixi köklərinin tədqiqi münaqişənin yaranması səbəblərini və mahiyyətini, böyük dövlətlərin bu problemə marağına dair izləri monoqrafiyada hərtərəfli araşdırmağa imkan verib. Kitabda Azərbaycanı ikiyə bölən müqavilələrin mətnləri də öz əksini tapıb. Kitabın redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, rəyçiləri isə tarix elmləri doktoru, professor P.Darabadi, siyasi elmlər namizədi, dosent K.Məmmədov, tarix elmləri namizədi, dosent F.Əhmədovadır. Kitab Azərbaycan Təhsil Nazirliyinin 20.06.2008-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilib.
Kasnı kökləri
== Xalq təbabətində istifadəsi == Xalq təbabətində kasnının (gül növü) köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə kimi və həmçinin öd yolları xəstəliklərində (sarılıqda) ödqovucu dərman kimi qəbul edirlər. Kasnının köklərindən hazırlanmış dəmləmə və kasnı arağı şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir.
Kökaltı
Kökaltı - kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nmElə ədədlər var ki, kökün altından çıxa bilmir bunlara irrasional ədədlər deyilir.Məsələn 2,5,13,19,21,30 və.s.Bu ədədlər sonsuzdur. Lakin bəzi alimlər,riyaziyyatçılar bir neçə irrasional ədədi kökün altında çıxarıblar. Arximed 3 rəqəmini kökün altından çıxara bilib və 265/153 ilə 1351/780 rəqəmlərini tapıb. Azərbaycanlı 8-ci sinif şagirdi Talıb Sədiyev isə 30 və 20 rəqəmlərini kökün altından çıxarıb və 5,47722557505165 ilə 4,472135955 ədədlərini tapıb.Talıb digər irrasional ədədləridə kökün altından çıxarmaq istəyir. == Xassələri (düsturla) == 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .
Kökatan nargülü
Kökatan nargülü == Təbii yayılması == Şimali Amerika, Çin və Vyetnamda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər olan, iri, qalın gövdəsi üzərində külli miqdarda hava kökləri əmələ gətirən sarmaşıqdır. Budaqda xırda yarpaqların sayı 9–11 ədəd olub, qarşılıqlı, lələkvari, ellipsvari, uzunluğu 3–6 sm-dir, üst hissəsi yaşıl, kənarları dişli, çılpaq, alt hissəsi isə açıq-yaşıl, kənarları bütöv, damarcıqları damarcıqları tüklüdür. Qıfabənzər iri çiçəkləri, 10 sm uzunluğunda, 5 sm enində, kənarları tünd-narıncı rəngli, çiçəkləri dəstədə 4–12 ədəd olmaqla süpürgə çiçək qrupunda toplanır. Çiçək tacının uzunluğu 5–7 sm, diametri 3–4 sm olub, uzunsov-boruşəkilli, üstdən narıncı, içəridən sarıdır. Çiçəkləməsi yay aylarına təsadüfən edir və uzun müddət çiçəkləyir. Meyvələrin uzunluğu 12 sm-ə qədər olan, uzunsov-silindrik qutucuqlardır. Toxumlarla, kök qələmləri və zoğlarla çoxaldılır. == Ekologiyası == Zəngin və orta miqdarda nəmişli torpaqlarda tez böyüyür. Quraqlığa davamlı, işıq və istisevəndir, ancaq qışda −20 °C temperaturda şaxta vurur.
Kökayaq morxella
Kökayaq morxella (lat. Morchella crassipes) — fungi aləminin ascomycota şöbəsinin pezizomycetes sinfinin pezizales dəstəsinin morchellaceae fəsiləsinin morchella cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B2b(ii, iii). Nadir növdür. == Qısa morfoloji təsviri == Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Meyvə cismi iridir, hündürlüyü 24 sm-ə çata bilər. Papaqcıq sarımtıl-boz, enli yumurtavari və ya oval, 8 sm-dək hündür, 10 sm-dək endə olur. Səthi iri, dərin oyuqlara malik, kənarları ayaqcığa qovuşandır. Ayaqcıq sarımtıl-ağ, təpəcikli, uzununa düz olmayan şırımlı, 15 sm hündürlükdə, orta hissəsi 4-6 sm qalınlığında, əsasa getdikcə enlənərək 8 sm qalınlığında olur. Şərti yeməli göbələklərdəndir.
Kökayaqlılar
Kökayaqlılar(lat. Rhizopoda) protozoylar aləminə daxil olan tip. Bu tipə aid olan heyvanlar yalançı ayaqların köməyi ilə hərəkət edir, həm də qidasını yaxalayır. Əksər kökayaqlıların bədəni çanaq və ya skeletə malikdir. 4 dəstəyə bölünür: amyöb, heliozoykimilər, foraminiferlər, şüalılar. Kökayaqlılar əsasən sahildən tutmuş ən dərin yerlərə qədər sularda yaşayırlar. Xəzər dənizində 16 növ foraminifer, 3 növ heliozoy və 10 növ amyöb yaşayır. Foraminiferlər (Foraminiferida). İbtidai heyvanlara daxil olub, bədəni çanağın daxilində yerləşir. Azərbaycanın şirin sularında yaşayan 14 növ amyöb məlumdur.
Kökağızlılar
Kökağızlılar (lat. Rhizostomae) — sifoidlər sinfindən bağırsaqboşluqlu heyvan dəstəsi. Təqribən 80 növü var. Əsasən tropik, bəzən mülayim dənizlərdə yaşayır. lat. Rhizostoma pulmo Qara və Azov dənizlərində, lat. Rbonpilema asamushi Yapon dənizində rast gəlir.
Kökbaşlılar
Kökbaşlılar (lat. Rhizocephala) — bığayaqlı xərçənglər infrasinfinə aid dəstəüstü. Yengəc, krevetka va abdal xərçənglərin daxili parazitidir. Əsasən dənizlərdə yaşayır. Quruluşu sadədir. Suda sarbəst üzən nauplius və siprisşəkilli sürfələri var. Bəzi növləri hermafroditdir. Sahibin bədəninə qarmaqla yapışır. Sakkulina tipik nümayəndəsidir.
Kökdimdik pinqvin
Kökdimdik pinqvin, Kökdimdik kəkilli pinqvin və ya Viktoriya pinqvini (lat. Eudyptes pachyrhynchus) — Kəkilli pinqvinlər cinsinə daxil olan növ. == Təsviri == Kökdimdik pinqvinlərin uzunluğu 55–60 sm, çəkisi isə 2–5 kq (orta 3 kq) təşkil edir. Tüklərinin uzunluğu 2,7 sm olur. Başı və bədəni qara rəngdə olur. Ön nahirəsi ağdır. == Yayılması == Yeni Zelandiyanın Stuart, Solander və Cənub adasında yayılmışlar. 1980-ci illərdə sayı 5 000–10 000 cüt olmuşdur. Hazırda isə sayları 1 000–2 500 cüt olaraq qiymətləndirilsədə artımı stabildir. == Həyat tərzi == Əsasən sahil ərazilərində ov edirlər.
Kökdən düşmüş piano (film, 1982)
== Məzmunu == Tamaşanın əsasını piano kökləyən Qəhrəmanın (Yaşar Nuri) uğursuz taleyi təşkil edir. Piano kökləmək üçün gəldiyi evdə isti ailə münasibətini görən Qəhrəman istər istəməz öz dağılmış ailəsini xatırlayır və dərdini ev sahibləri Gülər (Səidə Quliyeva) və Nərimanla (Şahin Cəbrayılov) bölüşür.
Kökköz məscidi
Kökköz məscidi (Krımtat:Kökköz Cami) və ya Yusupov məscidi — Krımda Sokolinoe (keçmiş Kökköz) kəndində yerləşir. Məscid adını yerləşdiyi kəndə əsasən alıb. Krım tatarlarının sürgününə qədər kəndin adı Kökköz olub. Sürgündın sonra isə kənd Sokolinoe adını alıb. Bu ad krım tatarcasından tərcümədə göy göz kimi təcümə olunur. == Tarixi == Məscid knyaz Feliks Yusupovun təşəbbüsü ilə memar Nikolay Krasnov tərəfindən 1910-cu ildə tikilib. Yusupovun ov evinə yaxın tikilib. XX əsrin əvvəllərində Krımda yerli xristian zadəganlar tərəfindən məscidlərin tikilməsi geniş yayılmışdı. Məsələn knyaz Vorontsov da Alupkada məscid tikdirib.Məscidin uzunluğu 15 metr eni isə 12 metrdir. Düzbucaqlı korpusa malik məscid bazilika tipindədir.
Köklük
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Kökmeduzlar
Kökmeduzlar (lat. Coronatae) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinə aid heyvan dəstəsi.

Digər lüğətlərdə

без про́маха ме́ньше насле́дие незазо́рный око́вка подсу́рьмливать роя́ль баре́жевый обезжи́риваться подпу́нкт секуляризова́ться ске́йтер хрыч черногри́вый игла delegated powers dress flint clay housebroken praemia virtutis впечатление выработать многобрачный отморозить прожаренный