KÖKAYAQLILAR

cəm zool. Bədənindəki çıxıntıların köməyi ilə hərəkət edən və qidanı tutan ən sadə birhüceyrəli heyvanlar sinfi.
İbtidai heyvanlara dair dərsləri keçərkən mikroskop altında öyrəniləcək heyvanlardan biri də kökayaqlılar sinfindən olan amyöbdür. C. Cəbrayılbəyli.

KÖKALMA
KÖKCÜK
OBASTAN VİKİ
Kökayaqlılar
Kökayaqlılar(lat. Rhizopoda) protozoylar aləminə daxil olan tip. Bu tipə aid olan heyvanlar yalançı ayaqların köməyi ilə hərəkət edir, həm də qidasını yaxalayır. Əksər kökayaqlıların bədəni çanaq və ya skeletə malikdir. 4 dəstəyə bölünür: amyöb, heliozoykimilər, foraminiferlər, şüalılar. Kökayaqlılar əsasən sahildən tutmuş ən dərin yerlərə qədər sularda yaşayırlar. Xəzər dənizində 16 növ foraminifer, 3 növ heliozoy və 10 növ amyöb yaşayır. Foraminiferlər (Foraminiferida). İbtidai heyvanlara daxil olub, bədəni çanağın daxilində yerləşir. Azərbaycanın şirin sularında yaşayan 14 növ amyöb məlumdur.

Digər lüğətlərdə

доку́чно хру́пкость взви́хриваться затере́ть мечта́тельный олимпиа́дный проще па́реной репы редакцио́нный копа подагра condé emanative faucal fill away Harrovian milk-and-water parlour car pull tab revanchist scutching steady-state theory trysting place водостойкий залп надколенный