KÖKƏ

is. dan. Adi xəmirdən bişirilən kiçik çörək; qoğal. Nə yoğurdum, nə yapdım; Hazırca kökə tapdım. ( Ata. sözü ).
Tapdıq sualını təkrar etdikdə Qaçay cavab verdi: – Balama şirin dəyirman kökəsi gətirmişəm. Ə.Vəliyev.
Mayil eyvanda kökə yeyirdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖKƏ kökə bax qoğal
KÖKDOĞRAYAN
KÖKƏCİK
OBASTAN VİKİ
Kökəb Əliyeva
Kökəb Əliyeva (tam adı: Əliyeva Kökəb Miri qızı; d. 1935, Məşhəd, İran) — Azərbaycan əsilli Özbəkistan rəqqası. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının əməkdar artisti. == Həyatı == Kökəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur.Özbəkistana köçmüş Kökəb Əliyeva Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirmişdir.Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun Estrada Orkestrində işləmişdir. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə vəzifəsində çalışmışdır.2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan – bizim ümumi evimizdir" festivallarının laureatı olmuşdur.Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədridir. == "Azəri qızları" == Kökəb Əliyeva hazırda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azəri qızları" rəqs ansamblının bədii rəhbəridir. Azərbaycan xalq rəqslərinin Özbəkistanda fəal təbliğatçısı olan Kökəb Əliyevanın rəhbərliyi ilə indiyədək yüzlərlə uşaq və yeniyetmə Azərbaycan milli rəqslərini, rəqs sənətinin sirlərini öyrənmişlər. Hazırda işlədiyi rəqs dərnəyində isə 40-dan çox uşaq Azərbaycan musiqisi ilə yanaşı özbək və digər Şərq xalqlarının rəqslərini öyrənirlər. Onlar müntəzəm olaraq Azərbaycanın Özbəkistan səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tədbirlərdə uğurla çıxış edirlər. == Mükafatları == Kökəb Əliyeva Azərbaycan və Özbəkistan respublikalarının bir sıra rəsmi dövlət mükafatları ilə təltif edilmişdir: "Əməkdar artist" (17.09.2007) "Dostluq" ordeni; "Şöhrət" ordeni; "Müstəqillik" ordeni.
Naxçıvan kökəsi
Naxçıvan kökəsi və ya çöçəsi - Naxçıvan mətbəxi, bayram kökəsi. == Naxçıvan mətbəxi == Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. Naxçıvan mətbəxində parça bozbaş, küftə- bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun qarası isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır. Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sair. Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var. Azərbaycanda kabablar geniş yayılıb.Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir.

Digər lüğətlərdə

бариба́л отпечатлева́ние па́губный пересви́стывание помере́щиться предощуще́ние смара́гд за неиме́нием запропасти́ться класть яйца отгреба́ть сягать anthropotomy area scanning Benday clinic concinnous curvimeter immanency pole position schizoid shew wearisome wonderingly бекасинник