köpürmək
körpələr evi
OBASTAN VİKİ
Körfəz
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Havan (körfəz)
Havan — Su tutatının bir hissəsini təşkil edir. Bir qayda olaraq liman akvatoriyasının bir hissəsini təşkil edir. Burada sərnişinlərin minməsi və düşməsi, yüklərin yüklənməsi və boşaldılması həyata keçirilir. Gəmilər uzun zaman havanda qala bilirlər. Üstəlik bir limanda bur necə havan ola bilər. Adətən havan üçün küləkdən və dalğalardan qorunan ərazini seçirlər. Havan təbii və süni ola bilir. Havanları həmdə buxta adlandırır. Məsələn: Sovet Havanı.
Körfəz müharibəsi
Körfəz müharibəsi və ya Birinci Körfəz Müharibəsi, kod adı Səhra Fırtınası əməliyyatı — 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etmesi ilə başlayan böhranın nəticəsində, ABŞ rəhbərliyində, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat (17 Yanvar 1991–28 Fevral 1991).
Körfəz ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Quba (körfəz)
Quba (rus. Губа "dodaq") — termini əsasən Rusiyanın ərazisində yerləşən buxta və körfəzlərin bir qismində işlədilir. Bu tip körfəzlərə əsasən iri çaylar tökülür. Faktiki olaraq yalnız Rusiya ərazisindən başqa ərazilərdə işlədilmir. Məsələn: rus. Невская губа Nevski körfəzi, rus. Обская губа Ob estuarisi.
Ria (körfəz)
Ria və ya rias — Çay mənsəbində çay vadisinin dəniz suları ilə basılmasından əmələ gələn, adətən konusvari formaya malik körfəzlərə deyilir. İlk əvvəllər bu termin əsasən İspaniya və Portuqaliya sahillərində yerləşən buxtalara deyilirdi. Ria əsasən dəniz səviyyəsinin quru sahələrindən yüksəyə qalxdığı ərazilərdə meydana gəlir. Ria estuari belə ola bilir. Onları adətən fiordlarla səhv salırlar. Ancaq fərq oların kiçik ölçüləri ilə izah olunur. Rialar 50 kilometrdən çox materik daxilinə irəliləmirlər. Tipik Riaları İspaniyanın Qalisiya sahillərində görmək olar.
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Veb-Atlas.
Körfəz Əməkdaşlıq Şurası
Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Gulf Cooperative Countries olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edir.
Florida Körfəz Sahili Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
San-Fransisko körfəz sahəsi
San-Fransisko Körfəz Bölgəsi — daha tanınmış adı ilə Körfəz Bölgəsi, ya da körfəz Şimali Kaliforniyada San-Fransisko və San-Xose körfəzlərilə əhatələnmiş bölgədir. San-Fransisko Körfəz bölgəsi, Oakland və San-Xose kimi əhalisi çox olan şəhərlərə malikdir. Ümumiyyətlə bölgəni 101 şəhər əhatə edir. San-Fransisko Körfəz bölgəsi, (ölkə daxilində 12) və San-Xose (ölkə daxilində 31) kimi iki böyük metropolitan bölgəylə birlikdə, bunlarla əhatələnmiş 4 kiçik şəhəri əhatə edir. Körfəz bölgəsi 7.2 milyonluq bir əhaliya malikdir. Körfəz bölgəsində bir çox hərbi hissə, hava limanı, milli park, kəsişim yolları, körpülər və tunellər var. San-Fransisko və San-Xose ikilisi, birləştirilmiş şəhər bölgəsi sahəsində əhali olaraq dünyada 49-cu sıradadır. San-Fransisko, Körfəz bölgəsinin maliyyə mərkəzidir (və əhali sıxlığı olaraq Nyu-Yorkdan sonra ölkə daxilində 2-ci şəhərdir). Buna qarşı San-Xose, bölgənin ən çox əhaliyə sahib şəhəridir. Körfəz bölgəsi, təbii gözəllikləri, liberalizm axınının yüksək təsiri və maddi zənginlikləri ilə tanınır.
Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Aden körfəzi
ƏdƏsn körfəzi (ərəb. خليج عدن‎, fr. golfe d'Aden) Ərəb dənizində yerləşən və Hind okeanına aid olan körfəz. Körfəzinin şimal sahilində Ərəbistan yarımadası və orda olan Yəmən ölkəsi məskunlaşıb, şərq və qərbdə isə Afrika kontinenti ilə Somali və Cibuti. Həmdə qərbdə Tacura körfəzinidə qeyd etmək olar. Şərq sərhədi Qvardafuy burnunun meridianı sayılır (51°16’E). Körfəz Babülməndəb boğazı vasitəsilə Qırmızı dənizlə birləşir. Körfəzin iqtisadi əhəmiyyəti ondadıki, o, Fars körfəzindən Avropaya neftin nəqli üçün su yolu kimi istifadə edilir. XXI əsrdən başlayaraq burada dəniz quldurluğu problemi ortaya çıxmışdı. Əsas limanları: Əl Mukəlla (Yəmən), Ədən (Yəmən), Cibuti (Cibuti), Berabera (Somali) == Etimologiyası == Körfəz Öz adını Yəmənin əvvəlki paytaxtı və ən böyük şəhəri olan Ədən şəhərindən alıb.Liman-şəhər olan Ədən bu körfəzin ismini daşıyır.
Akaba körfəzi
Akaba körfəzi ya Əqəbə körfəzi (ərəb. خليج العقبة‎; ivr. ‏מפרץ אילת‏‎) — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 239 km², sahil xətdinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.
Alyaska körfəzi
Alyaska körfəzi - Sakit okeanın şimali-şərq hissəsinə verilən ad. Təxmini 1.533.280 km² ərazini əhatə edən Alyaska körfəzinin əsas axıntısı, körfəz sularına nisbətən daha isti və saatın əks istiqamətində doğru axan Alyska axıntısıdır. Alyaska körfəzinin sahillərində Ankoric, Sivard və Valdez kimi liman şəhərləri yerləşir.
Amundsen körfəzi
Amundsen körfəzi— Kanadanın şimal-qərb hissəsində Bank və Viktoriya adaları arasında körfəz.
Anabar körfəzi
Anabar körfəzi — Laptevlər dənizinin cənub-qərbində yerləşir. Norvik yarımadası ilə materik arasında yerləşir. Cənub hissəsini Anabar buxtası təşkil edir. Materikin daxilinə 67 km daxil olur. Eni 76 km, dərinliyi 17 metrdir. Buxtanın sahil əraziləri tundra bitkiləri ilə örtülüdür. Oktyabrdan iyula qədər səthi buzla örtülüdür. Körfəzə Pesçanaya, Xarıyalax, Samaskaskaya, Mus-Xaya çayları tökülür. Şərq sahilləri hamardır. Şərq sahilləri isə sıldırımlıdır və hündürlük 50 metrdirArktika araşdırmaçısı Eduard Toll Anabar körfəzində 1893-cü ildə araşdırma işləri aparmışdırİnzibati cəhətdən Rusiyanın Yakutiya Respublikası ərazisinə daxildir.
Anadır körfəzi
Anadır körfəzi — Berinq dənizinin ən böyük körfəzidir. Çukot yarımadası sahilində Çukot burnu və Navarin burunları arasında yerləşir. Körfəzin daxilində Krest və Anadır limanı adlı körfəzlər yerləşir. Sahilində Anadır şəhəri yerləşir. == Tarixi == 1648-ci ildə Semyon Dejnyovun ekspedisiyası zamanı aşkarlanmışdır. İlk xəritəsini 1665-ci ildə Kurbat İvanov tərtib etmişdir. == Coğrafiyası == Körfəzin uzunluğu 278 km, eni girəcəkdə 400 km, dərinliyi — 105 m təşkil edir. Günlük axınların sürəti 2,5-3 metrdir. İlin böyük qismi buzla örtülü olur. Körfəzə Anadır, Kalçalan, Velikaya, Tumannaya çayı axır.
Anapka körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. İlpır yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 31 km məsafədə uzanır. Eni girişdə 35 km, maksimal dərinliyi 26 metrdir. Körfəzə tökülən çaylar: Mikkivayam, İqunavayam, Qnilaya, Alxovayam Kenaritxilvayam, Laperelamvayam. Şərq sahili sıldırımlıdır. Burada hündürlük 29 metrə çatır. Qərb və şimalı isə alçaqdır. Üstəlik bataqlıqlaşmışdır. İnzibati baxımından Rusiyanın Kamçatka diyarı ərazisinə daxildir.
Anibar körfəzi
Anibar (ing. Anibare) — Nauru adasının şərqində yerləşən körfəz. Körfəz İyuv burnu ilə Menenq burnu arasında yerləşir. Sahilləri ən yaxşı ağ qumlu mərcan çimərliyi sayılır. Ölkənin əsas turistik məkanlarından sayılır. Körfəzin cənubunda yerləşən Menenq mehmanxanası dövlətə məxsusdur. 2000-ci ildə Körfəin sahilində Anibar limanı salınmışdır.
Aniva körfəzi
Aniva körfəzi — Oxot dənizidnə, Saxalin adasının cənubunda, Krilon yarımadası ilə Tonino-Aniv yarımadası arasında yerləşən körfəz. Cənubdan Laperuza boğazına geniş şəkildə açılır. İnzibati baxımdan Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Körfəz salinində Aniva və Korkasov şəhərləri yerləşir. == Tarixi == 1918-ci ildən Rusiyada xarici qüvvələrin təsiri güçlənir. Bu zamandan etibarən Körfəz Korkasov adını alır. == Toponim == Böyük ehtimal ki, körfəzin adı aynu dili ilə əlaqədardır. Aynu dilində olan «an» və «iva» sözlərinbin birləşməsindən ibarətdir. Birinci söz təcümədə «mövcud olan», ikinci söz isə «dağ silsiləsi, qaya, zirvə» mənasını verir. Ümumi məna isə mövcud dağ, silsilə arasında yerləşən anlamınındadır == Coğrafiyası == Körfəzin uzunluğu 104 km, eni 90 km, ən dərin yeri isə 93 metrdir.
Antalya körfəzi
Antalya körfəzi (türk. Antalya Körfezi) — Türkiyənin cənubunda yerləşən körfəz == Təsviri == Körfəz şərqdən Anamurdan başlayaraq qərbdə Tavr dağlarına qədər uzanır. Düz üzrə uzunluğu 200 km təşkil edir. Körfəzdə hər hansı əhəmiyyətli adalar yoxdur. Burada Kəmər şəhərindən Qazipaşaya qədər 200 km uzunluğu olan Türk Riviera adlanan məşhur kurort bölgəsi yerləşir == Yerlər == Körfəz regionunun iqtisadiyyatının ən mühüm sahəsi turizmdi. Körfəz ərtafında Antalya şəhərindən başqa, Kəmər, Belek, Side, Manavqat və Alanya şəhərləri yerləşirlər.
Aqaba körfəzi
Akaba körfəzi ya Əqəbə körfəzi (ərəb. خليج العقبة‎; ivr. ‏מפרץ אילת‏‎) — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 239 km², sahil xətdinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.
Aqraxan körfəzi
Aqraxan körfəzi — körfəz Xəzər dənizinin qərb sahillərində yerləşir. Dənizdən Aqraxan yarımadası ilə təcrid olunur. Körfəz girəcəkdən cənuba doğru 40 km uzunluğa malikdir. Eni bir necə yüz metrdən 10 km-lərə qədərdir. Dərinliyi 4 metrdir. Körfəzin şimalına doğru suyu şorlaşır. Körfəzə axan ən iri çay Terekdir == Tarixi == Vaxtı ilə körfəz olduqca dərin olmuşdur. Buna sübut I Pyotrın İran yürüşü zamanı gəmilərlə körfəzin cənubuna maneəsiz irəliləməsi və burada Müqəddəs Xaç qalasını inşa etdirməsidir. == Təbiəti == Körfəzdə və ətraf ərazilərində relik bitkilərə rast glmək olar. Suları balıqlarla zəngindir.
Arabat körfəzi
Arabat körfəzi (ukr. Арабатська затока, krımtat. Arabat körfezi, Арабат корьфези) — Azov dənizinin cənubunda körfəz. Arbat körfəzi Arbat əqrəbi ilə Kerç yarımadası arasında yerləşir. Körfəzin girişi ( ayrıca dənizlə məhdudlaşmır) 45 km-dir. Kerç yarımadasına doğru 20 km daxil olmuş. Körfəzin qərb sahilləri alçaqdır, cənub-şərq və cənub sahillər isə yarğan tiplidir. Körfəz öz adını keçmişdə sahildə mövcud olmuş Arbat qəsrindən almış. Arbat körfəzinin sahilində bir neçə kənd yerləşir. Bunlardan daha böyük olanı Semyonovka, Zavodskoe, Nasır və Kamenskoe.
Astrabad körfəzi
Astrabad körfəzi — Xəzər dənizinin İran sahillərində yerləşən körfəz. Körfəz dənizdən Mianqala yarımadası vastəsi ilə ayrılır. Laqunun uzunluğu 60 km, orta eni 7, maksimal isə 11 km təşkil edir. Orta dərinlik 4 m metrdir. Körfəzi dənizlə eyni adlı boğaz birləşdirir. Onun eni 3 km təşkil edir. Onun cənubu düzən və hamardır, şimal sahilləri isə qumluluqlardır. Şimal-şərqində Aşur adası yerləşir. Balıqçılıq inşaf etmişdir. Hazırda sahillərində Bender-Türkmən stansiyası və limanı (əvvəllər Bəndər-Şah) yerləşir.
Avaça körfəzi
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir.
Avaçi körfəzi
Avaçi körfəzi — Sakit okean sahillərində yerləşən körfəz. Körfəz öz növbəsində iki hissədən ibarətdir ki, burada açıq hissə Avaçi körfəzi, qapalı hissə isə Avaçi buxtası adlanır. Daxilində bir çox buxtalar yerləşir: Tarya, Tixoya, Rakovata, Babiya, Petrovavlovskaya, Seroqlazka, Moxovaya və s. Körfəz və buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. Avaçi körfəzinə Avaça və Paratunka çayları tökülür. Körfəzdə yerləşən Kraşennikov və Stariçkov adaları quş koloniyalarının əsas düşərgəsi olduğundan xüsusi qorunan ərazi elan edilmişdir. == Mənbə == История плавания В. Беринга на боте «Св.
Bakbo körfəzi
Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir. Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur. 4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Беседнов Л. М. Рыбы Тонкинского залива.
Bakı körfəzi
Bakı buxtası və ya Bakı körfəzi — Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubundadır. Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu, cənub-şərq və cənubda Qum, Daş Zirə (Vulf), Böyük Zirə (Nargin) adaları ilə əhatə olunmuşdur. Sahəsi 50 km², sahil xəttinin uzunluğu 20 km. Bakı buxtası şimal və şimal qərb küləyindən qorunduğuna görə gəmilərin daldalanması üçün əlverişlidir. Şiddətli küləklər zamanı dalğanın hündürlüyü 1.5 metrə çatır. Axınları zəifdir. Bakı portu buxtanın şimal sahilindədir. == Tarixi == Bakı körfəzi I-VII əsrlərə qədər quraq olmuş və yaxınlığındakı adalarla quru əlaqəyə malik olmuşdur. Ptolemeyin xəitəsinə görə II əsrdə Bakı dənizdən xeyli aralı yerləşmişdir. VII əsrdən başlayaraq IX əsrə qədər Xəzər dənizinin səviyyəsi kəskin qalxmağa başlamış və nəticədə Bakı buxtası vormalaşmışdır.
Balxan körfəzi
Balxan körfəzi — Xəzər dənizinin şərqində yerləşir. Türkmənbaşı körfəzinin şimal-şərqində yerləşir. Şimali Çələkən körfəzi ilə Dərdcə yarımadası ilə ayrılır. XX əsrdə uzunluğu 100 km, eni isə 15 km təşkil edirdi. Orta dərinliyi 0,5-1 metrdir. Maksimal dərinliyi 2 metri keçmir. Bu səbəbdən gəmiçilik üçün yararsırdır. Suyuun səviyyəsi qalxarkən körfəz vaxtı ilə mövcud olan çayın estuarisi ilə şərqə genişlənir. Rəvayətə görə buraya Amudərya çayı axırdı. Yüksək buxarlanma səbəbindən burada duzluluq Xəzərdən 2-3 dəfə yüksək olur.
Barquzin körfəzi
Barquzin körfəzi (bur. Баргажанай булан) — Baykal gölündə yerləşən sahəsinə görə ən böyük və ən dərin körfəz. Körfəz Buryatiyanın Barquzin rayonu ərazisində yerləşir. Barquzin çayının töküldüyü ərazi də daxil olmaqla bir hissəsi Zabaykal Milli Parkı ərazisinə daxildir. == Coğrafiyası == Körfəzin sahəsi 725 km². Maksimal dərinliyi 1284 metrdir-dir. Körfəz materik daxilinə 29 km daxil olur. Nijne İzqolye və Krestovoy burunları arasında olan hissədə eni 22,8 km dir. Bu burunlar arasında olan sahil xəttinin uzunluğu 90 km qədərdir. Ən enli hissəsi şimaldan cənuba 38 km təşkil edir.
Baydaraskaya körfəzi
Baydaraskaya körfəzi — Kara dənizinin ən iri körfəzlərindən biridir. Qərbdən Yaqorski yarımadası, şərqdən isə Yamal yarımadası ilə əhatələnmişdir. Uzunluğu 180 km, eni çıxacaqda 78 km, dərinliyi isə 20 m təşkil edir. Yayda suyun səthində temperatur 5–6°S olur. Oktyabrdan iyun ayına qədər səthi bütünlüklə buzla örtülü olur. Mərkəzi hissələrdə nadir hallarda donma baş vermiyə bilər. Səbəb isə güçlü küləklər və axınlardır. Şimal hissələri isə Kara dənizinə əsən güçlü külətlər səbəbindən bəzi hallarda buzlar mərkəz və cənuba yığılır. Sahilləri hündür deyildir. Əsasən tundra bitkiləri yayılmışdır.
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür.Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur == Etimologiyası == Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı. Sonralar isə Benqaliya vilayətinin şərəfinə körfəz indiki adla adlandı.
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. == Əsas şəhərlər == Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.

Значение слова в других словарях

гру́зность раскосма́чиваться синта́гменный фермента́ция акробати́ческий впили́ться колле́кторский обмочи́ться околева́ние перетаска́ть фуго́вка barbed wire brain death commissioned deal-frame electrometer exclave house physician introvert non-woven spice nut Tai-ping закостенеть нытьё романизация