KÖÇÜRMƏK

f.
1. Birinin yaşayış yerini dəyişdirmək, bir yerdən başqa yerə daşındırmaq. Ailəni yaylağa köçürmək. Bağa köçürmək.
– Alyoşa isə, öz düşərgəsini həmin dəyədən çıxarıb, daha dərinlərə … köçürmüşdü. S.Rəhimov.
[Ümid:] Usta, Fərrux işini buraxıb ailəsini rayona köçürərmi? B.Bayramov.

// Bir yerdən başqa yerə gətirmək, olduğu yeri dəyişmək, yerini dəyişmək, (heyvanlar, quşlar, bitkilər haqqında).
– Meşəçi seleksiyaçılar Miçurinin seleksiya üsullarından istifadə edərək cənubda yetişən qoz, fındıq, püstə, şabalıd, badam və başqa meyvə bitkilərini şimaldakı rayonlara köçürə bilmişlər. (Qəzetlərdən).

2. məc. Ərə vermək.
[Fəramərz kişi:] Qızı köçürəndən bəri işimiz yaxşı getməyir, əlimiz çatmayır. T.Ş.Simurq.
[Yaqut:] Özün bilirsən ki, mən özgəsinin adaxlısıyam, bu yaxında məni köçürəcəklər. Ə.Məmmədxanlı.

3. Surətini çıxarmaq, üzünü çıxarmaq, olduğu kimi mətni başqa yerə yazmaq. Yazını köçürmək.
[Qəndab:] [Məzahir] riyaziyyat dəftərimi … xəlvətcə götürüb köçürür, sonra da üzümü bir yana çevirəndə mənim skamyama atırdı. B.Bayramov.

// Ümumiyyətlə, yazmaq.
Dəmirov çalışıb qeydlər götürdüyü, öz fikirlərini ağ kağızlara köçürdüyü zaman Qiyasəddinov içəriyə girdi. S.Rəhimov.

4. bax keçirmək1 6-cı mənada. Pul köçürmək.

Синонимы

  • KÖÇÜRMƏK 1. KÖÇÜRMƏK [Sənəm:] Qız ki, dingildədi, gərək köçürəsən getsin (M.İbrahimov); ƏRƏ VERMƏK Sərvər: Yox, mən eyləmirəm
  • KÖÇÜRMƏK aparmaq — daşımaq
  • KÖÇÜRMƏK yazmaq
KÖÇÜRMƏ
KÖÇÜRTMƏ

Значение слова в других словарях

вся́кое кредитова́ние напи́льник причисля́ть червото́чинка зака́рмливаться как проклятый нао́хрить неприго́дный неучтёнка племя́нница реме́сленничество своево́лие шве́дка эффекти́вный дрючить antireligious chassis femora injudicious sorrow varlet любить светобоязнь скважистый