KÜBBAD
KÜDURƏT
OBASTAN VİKİ
Kübra Aslanova
Kübra Aslanova (Kübra Ələstan qızı Aslanova; d. 1949) — Sovet İttifaqı Kommunist Partiyası üzvü (1970), IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Kübra Aslanova 1949-cu ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1970-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, natamam orta təhsili var. 1966-cı ildən Dəvəçi rayonundakı Nərimanov adına sovxozun fəhləsidir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Dəvəçi seçki dairəsi).
Kübra Dadaşova
Dadaşova Kübra Məmmədağa qızı (31 avqust 1957 - 12 fevral 2017 ) — Azərbaycan aktrisası. == Həyatı == Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlamışdır. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradır. 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. Aktrisa Kübra Dadaşova 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib. == Əsas rolları == Cicixanım - ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev) Bibi - ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli) Mənzərə - ("Pul dəlisi", Əhməd Orucoğlu) Nazlı - ("O da mənəm, bu da", Dadaş Mehdi) Küpəgirən - ("Mağara", Aygün Həsənoğlu) Mürəbbiyə - ("Danışan gəlincik", Abdulla Şaiq) Xeyransa - ("Nəsrəddin", Yusif Əzimzadə) Göhər - ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu) Qulməmməd - ("Cənnətin üç alması", Nicat Kazımov) Qəmərbanu - ("Mahmud və Məryəm", Elçin) Rəhilə – ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev) Ziba xala – ("Ağ dəvə", Elçin) Ana – ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı) Ana – ("İncəbel qarı" R.Tohidoğlu) Ögey ana – ("Göyçək Fatma" Azərbaycan xalq nağılları) Zümrüd – ("Mən səni sevirəm" Ə.Əmirli) Zübeydə – ("Buzovna kəndinin əhvalatları", Elçin)Azərbaycanın əməkdar artisti Məmmədağa Dadaşovun qızıdır. == Filmoqrafiya == Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Bağdada putyovka var... (film, 2000) Belə də olur (film, 1988) Cavid ömrü (film, 2007) Gecə qatarında qətl (film, 1990) Qəzəlxan (film, 1991) Layiqli namizəd (film, 1984) Metranpaj Nə gözəldir bu dünya...
Kübra Fərəcova
Kübra Yəhya qızı Fərəcova (16 may 1907, Quba – oktyabr 1988, Bakı) — Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1970), professor (1971), Azərbaycan SSR əməkdar həkimi (1960), səhiyyə əlaçısı (1964). Kübra Fərəcova 1938–1939-cu illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1947–1950-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olmuşdur. == Həyatı == Kübra Yəhya qızı Fərəcova 1907-ci il may ayının 16-da Qubada qulluqçu ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüş və ilk təhsilini burada almışdır. Dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbini bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin qızlar gimnaziyasında davam etdirmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Kübra Fərəcova ibtidai məktəblər üçün müəllimlər hazırlayan 3 aylıq kursu bitirərək Kürdəmirdə məktəb təşkil etmiş və burada qadınlar arasında savadsızlığın ləğvi istiqamətində fəaliyyət göstərmişdir. Kübra Fərəcova 1924-cü ildə Göyçaya köçmüş, iki il burada və Ağdaşda müəllimlik etmişdir. 1926-cı ildə Qazaxda məskunlaşaraq orada uşaq bağçasında tərbiyəçilik etmişdir.Kübra Fərəcova 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1933-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Həmin illərdə o, ÜİK(b)P üzvlüyünə qəbul olunmuşdur. Həkimlik diplomunu aldıqdan sonra Azərbaycan LKGİ Mərkəzi Komitəsində "Ana və uşaqların mühafizəsı" adlı elmi iş üzərində Elmi-Tədqiqat İnstitutunda çalışmalar aparmışdır.1937-ci ildə Kübra Fərəcova Azərbaycan SSR xalq səhiyyə komissarının müavini vəzifəsində irəli çəkilmiş, bir neçə aydan sonra isə Azərbaycan SSR xalq səhiyyə komissarı təyin edilmişdir.
Kübra Quliyeva
Kübra Fərrux qızı Quliyeva (16 iyun 1954, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti. == Həyat və yardıcılığı == Quliyeva Kübra Fərrux qızı, Bakıda anadan olub. Orta təhsilini 198 №li məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 1972-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası bölməsınə daxil olub və 1977-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Təyinatla Quba rayonuna göndərilib, Qımıl-Qışlaq kənd orta məktəbində üç il Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib, 1980-ci ildə təyinat müddəti bitdiyi üçün Bakıya qayıdıb. 1981-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 1989–cu ildə "Azərbaycan dilinin Quba və Dərbənd dialektlərinin qədim türk leksik qatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, filologiya elmləri namizədi, alim adı almışdır. 1993–1997-ci illlərdə Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olmuşdur və "Azərbaycan dili dialekt və şivələrinin qədim leksikası" adlı doktorluq mövzusu üzərində işləyir. İndiyə qədər müxtəlif elmi mənbələrdə 70-ə yaxın elmi məqaləsi çap olunub. "İraq-Türkman ləhcəsi" adlı monoqrafiyanın "Leksika" və "Lüğət" hissələrinin müəllifidir."Azərbaycan dilinin Quba-Dərbənd dialektlərinin qədim türk leksik qatı" adlı monoqrafiyası rus dilində çap olunmuş və dünyanın 20-dən çox kitabxanasına göndərilmişdir.2015-ci ildə Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin hazırladığı "Naxçıvan ləhcələrinin atlası" adlı kitabın müəlliflərindən biri və kitabın türk dilinə tərcüməçisidir.
Kübra Əliyeva
Kübrabəyim Əliyeva (tam adı: Kübrabəyim Ağa qızı Əliyeva; 5 yanvar 1950, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Azərbaycanın əməkdar artisti. == Həyatı == Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s. == Musiqili Komediya Teatrında oynadığı rollar == Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq).
Kübra Əliyeva (ssenarist)
Kübra Əliyeva — ssenari müəllifi == Həyatı == Azərbaycanın nəşriyyat tarixində görkəmli yeri olan bərdəli Orucov qardaşlarından Abuzər Orucovun qız nəvəsi olan Əliyeva Kübra Muxtar qızı 1944-cü ildə Ağdam rayonunda ziyalı ailəsində anadan olub. 1963-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Mədəni-maarif fakültəsinə daxil olub, 1967-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, 1 övladı var. == Yaradıcılığı == 1967-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun "Dekorativ tətbiqi sənət" şöbəsində baş laborant, elmi işçi vəzifəsində çalışıb. Hal-hazırda həmin institutda "Təsviri və dekorativ-tətbiqi sənət" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. 1978-1980-ci illərdə Moskva şəhərində Lomonosov adına Universitetin Tarix fakültəsində professor V.M.Vasilenkonun yanında təcrübə keçmiş, universitetdə mütəmadi olaraq mühazirələrdə çıxış etmişdir. Həmin illər ərzində Moskvada namizədlik dissertasiyasını təkmilləşdirmişdir. 1984-cü ildə Moskvada SSRİ Rəssamlıq Akademiyasının nəzdində olan "Təsviri sənətin nəzəriyyə və tarixi" Elmi tədqiqat İnstitutunda "Azərbaycanın xovsuz xalçaları" adlı dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. 1979-cu ilin axırlarından 2001-ci ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rəssamlıq bölməsində (əvəzçiliklə) (Quba filialında 10 il) dosent vəzifəsində işləyərək onlarla peşəkar rəssamların yetişməsində əmək sərf etmişdir. 2001-ci ildən – 2004-cü ilə qədər (əvəzçiliklə) Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Memarlıq dizaynı" bölümündə savadlı memar – magistrlərin yetişməsində böyük əmək sərf etmişdir.
Şeyx Nəcməddin Kübra
Şeyx Nəcməddin Kübra (1145[…], Xivə – 2 iyul 1221, Köhnə Ürgənc) — Kübravilik təriqəti şeyxi. == Həyatı == Nəcməddin Kübra (1145-1221) Xarəzmdə anadan olmuş və erkən yaşlarından dini elmləri öyrənmişdir. Mənəviyyat yoluna Misirdə Əbu Nəcib Sührəverdinin tələbəsi olmuş, məşhur sufi şeyxlərindən sayılan Ruzbihan Misrinin rəhbərliyi altında başlamışdır. Təbrizə köçəndən sonra ona müəllimliyi Baba Fərəc Təbrizi etmişdir. Əmmar ibn Yasir Bitlisi və İsmail Kəsri də onun müəllimləri olmuşlar. Nəcməddin Kübra sonralar öz mənəviyyat yolunu yaratmış və Gürgəncdə sufi xanəgahı qurmuşdur. O, çoxlu sayda tanınmış sufilər yetişdirmişdir. Ərəb və fars dillərində bir sıra əsərlər qələmə almışdır. Monqollar Gürgənci ələ keçirdəndə öldürülmüşdür. O da digər sufi şeyxləri kimi hesab etmişdir ki, insan mənəviyyat yolu ilə gedib, müəlliminin (mürşidinin) göstərişlərinə əməl etməklə özündə Allahın təzahürlərini duyub, ona yaxınlaşa bilər.
Əl-Məhəllə əl-Kübra
Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى‎) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018).
Kübrabəyim Əliyeva
Kübrabəyim Əliyeva (tam adı: Kübrabəyim Ağa qızı Əliyeva; 5 yanvar 1950, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Azərbaycanın əməkdar artisti. == Həyatı == Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s. == Musiqili Komediya Teatrında oynadığı rollar == Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq).
Kübravilik
Kübravilik — sufi təriqəti. Təriqətin qurucusu fars sufisi Şeyx Nəcməddin Kübra (1145-1221) Xarəzmdə anadan olmuş və erkən yaşlarından dini elmləri öyrənmişdir. Mənəviyyat yoluna Misirdə Əbu Nəcib Sührəverdinin tələbəsi olmuş, məşhur sufi şeyxlərindən sayılan Ruzbihan Misrinin rəhbərliyi altında başlamışdır. Təbrizə köçəndən sonra ona müəllimliyi Baba Fərəc Təbrizi etmişdir. Əmmar ibn Yasir Bitlisi və İsmail Kəsri də onun müəllimləri olmuşlar. Şeyx Nəcməddin Kübra sonralar öz mənəviyyat yolunu yaratmış və Gürgəncdə sufi xanəgahı qurmuşdur. O, çoxlu sayda tanınmış sufilər yetişdirmişdir. Ərəb və fars dillərində bir sıra əsərlər qələmə almışdır. Monqollar Gürgənci ələ keçirdəndə öldürülmüşdür. O da digər sufi şeyxləri kimi hesab etmişdir ki, insan mənəviyyat yolu ilə gedib, müəlliminin (mürşidinin) göstərişlərinə əməl etməklə özündə Allahın təzahürlərini duyub, ona yaxınlaşa bilər.
Kübraviyyə

Значение слова в других словарях

-ата-й а-ля́ дезориента́ция косьба́ мотокро́сс нава́льщик перетру́сить эффе́ктно балла́дный дво́ечка завыша́ться ло́говище сбрести́ щелкопёр bugs cane sugar diskette Established Church filicoid peninsula prime meridian stonkered suggestopaedia wiggle-waggle песнопевец