KÜKNAR

сущ. бот. муьтквер (кьуьд-гад къацуз амукьдай цацар хьтин пешер алай ттар); // муьтквердин (мес. кьул, пеш); муьтквер (мес. ттар).
KÜFTƏLİK
KÜKNARLIQ
OBASTAN VİKİ
Küknar
Küknar (lat. Picea) — şamkimilər fəsiləsinə aid bitki cinsi.
Adi küknar
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Qara küknar
Şimali Amerikanın çimalında Labrador yarımadasından Alyaska ya kimi və cənubda Virciniya dan Vinkonsinaya qədər yayılmışdır. Hündürlüyü 20–30 m, gövdəsinin dimateri 30–90 sm, ensiz, konusvarı çətirli ağacdır: mədəni şəraitdə, əsaəsn, orta ölçülüdür. İri ağaclarda budaqları torpağa qədər sallanır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonur, nazikdir. Cavan zoğları qırmızımtıl-qonur, sıx, qırmızı tükcüklüdür. Tumurcuqların uzunluğu təxminən 5 mm, yumurtavarı-konusvarıdır, qatransız və ya az qatranlıdır; onların qabıqları üçbucaq, uzunsov-ucu biz, tükcüklü, qırmızı-qonurdur. İynəyarpaqları nazik, uzunluğu 6–12 (18) mm, eni 0,7–0,8 mm, dördbucaqlı, iynəli, bəzən küt, tünd göyümtül-yaşıl, çox sıx, 8–9 (14) ol qalır, sürtüldükdə ətirli olur. Qozaları yumurtavarı, xırda (uzunluğu 2–3,5 sm və eni 1,5–1,8 sm), yetişənə qədər alqırmızı-qonur, yaşlandıqda tutqun-qonur, nazik yumurtavarı qabıqlı, uzun illər (20–30 ilə qədər) ağacda qalır. Toxumların uzunluğu 2 mm, tünd-qonur, narıncı-qonur qanadı 2–3 dəfə ondan uzundur. ədəni .raitdə torpaqlara az tələbkar, kölgəyə davamlıdır.
Qırmızı küknar
Vətəni Şimali Amerika nın şimal-şərqidir. Burada iynəyarpaqlı-enliyarpaqlı məşələrdə, təmiz və ya qarışıq əkinlərdə, bataqlıqlarda və dağlarda bitir. Dağlarda 1000–1800 m-dək qalxır. Avropa da 1875-ci ildən becərilir. Hündürlüyü 20–36 m-ə gövdəsinin diametri 60-135 sm-ə çatan, sıx, konusvarı çətirli alçaqboylu ağacdır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonurdur. Gövdəsi qırmızı-qonur qabıqla örtülmüşdür. Zoğları qırmızı-qonur və ya narıncı, parlaq, hamar, sıx, zərif tükcüklüdür. Tumurcuqların uzunluğu 5 mm-ə çatıb, şabalıdı-qonur, ucu biz-yumurtavarı, bir az qatranlı, üst qabıqları uzunsov, bünövrəsi parlaq qırmızıdır. İynəyarpaqların uzunluğu 10–15 mm, eni 1 mm-ə qədər, parlaq yaşıl, ancaq göyümtül deyil, oraqvarı, yuxarı istiqamətlənmiş, cod iynəli, ucu çox vaxt küt, dördtərəfli, hər iki tərəfdən 1-2 məsaməli xətlidir.
Tikanlı küknar
Vətəni Şimali Amerikanın qayalı dağlarıdır. Hündürlüyü 40–45 m, gövdəsinin diametric 1,2 m olan ağacdır. Çətiri konusvarı, bozumtul olub, aşağı tərəfdən torpaq səthinə kimi əyilir. Gövdəsinin qabığı nazik, çat-çatdır və pulcuqlarla ayrılır, bozumtul rənglidir. İynəyarapqları sərt tikanlı, kobuddur, uzunluğu 2-3 sm-dir, gümüşü-ağ və ya mavi-yaşıl rənglidir, budaqlara xüsusi yarpaq yastıcıqları vasitəsilə birləşir, budaq üzərində 6-9 ilə kimi qalır. Tumurcuqları şiş olur və xaricdən qatranla örtülmür. Qozaları silindrvarı olub, yaşımtıl-sarı, uzunluğu 10 sm-ə, diametric isə 3 sm-ə çatır, qozaları sentyabrda yetişir. Qanadları toxumu tam əhatə edir, lakin onunla birlikdə inkişaf etmədiyindən toxumdan asanlıqla ayrılır. Tikanlı küknar torpağa az tələbkardır, şaxtaya, rütubətə davamlıdır, uzunömürlüdür, 400-600 ilə kimi yaşayır. Sənaye şəhərlərində çirkli havaya dözümlülüyü tikanlı küknardan şəhərlərin yaşılaşdırılmasında geniş istifadə etməyə imkan verir.
Ayan küknarı
İlk dəfə F.B.Fişer tərəfindən qeydə alınmışdır. Dəniz səviyyəsindən 400-1200 m hündürlükdə Uzaq Şərqdə dağ yamaclarında, Kamçatka da, Saxalin də, Şimali Amerika da və Balkan dağlarında bitir. Çox vaxt qarışıq əkinlər əmələ gətirir. Ayan küknarı mənşəyinə görə çox qədim növdür. Hündürlüyü 40-50 m olan düz gövdəli, gözəl ağacdır. Çətiri düz, konusvarı, ucu bizdir. Gövdəsi tünd boz, hamar qabıqlıdır, yaşlaşanda yumrular şəklində tökülür. Digər növlərdən uzunluğu 1 sm-ə qədər olan hamar iynəyarpaqlarla fərqlənir. Uzunluğu 2 sm olan iynəyarpaqları hmaar, dişli, bir az əyri, ucu qısa, bizşəkilli, üstü tünd-yaşıl, alt tərəfi göyümtüldür. Zoğlara sıx bitişikdir, açıq sarı-qonur və ya sarı-yaşıldır.
Balkan küknarı
Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir. == Məlumat mənbələri: == Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5.
Engelman küknarı
Engelman küknarı — hündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm olan ağac. Vətəni Şimali Amerikadır. Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır. Mədəni şəraitdə 1862-ci ildən becərilir. Xiyabanlarda, şəhərin küçələrində və meydanlarında, xiyaban əkinlərində tək və ya kiçik qruplarla əkilməsi məsləhətdir.
Kanada küknarı
Kanada küknarı — Şimali Amerikada, Kanadada və ABŞ-nın Şimal statlarında rast gəlinən küknar növlərinin böyük qrupuna aid olan bitkidir. Hündürlüyü 20–30 m olan ağacdır. Çətiri sıx, konusvarı, diamteri 60-120 sm-dir. Qabığı hamar və ya qabıqlı, boz-qonurdur. Cavan zoğları sarımtıl və ya ağımtıl, açıq-qonur, çılpaqdır. Tumurcuqların uzunluğu 6 mm, eni 4–5 mm, şarşəkilli, qatransızdır. Onların qabıqları küt-yumurtavarı, açıq-qonur, parlaqdır. İynəyarpaqların uzunluğu 8–18 mm, eni təxminən 1,5 mm, dördtərəfli, göyümtül-yaşıl, sıx yerləşmiş, cod, bir az əyri, sürtüldükdə kəskin qoxuludur. İynəyarpaqları 5-7 (11) ilə qədər qalır. Qozaları yumurtavarı-silindrik, uzunluğu 3-6 (7) sm və eni 1,5-2,5 sm, yetişənə qədər açıq-yaşıl, yetişdikdən sonra açıq-qonurdur.
Sibir küknarı
Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır. Çox dekorativdir, iynəyarpaqları gümüşü-ağdır. Cavan zoğları çılpaqdır.
Sitxin küknarı
Şimali Amerika nın qərb hissəsində, Alyaska dan Kaliforniya ya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerika nın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir. Qozaları silindrik, uzunluğu 5-10 sm, qalınlığı 2,5-3 sm, yetişənə qədər sarı-yaşıl, yetişdikdən sonra açıq-qonur rəngli olub, qabıqları nazik dişlidir. Toxumların uzunluğu 2-3,5 mm, açıq-qonur, ondan 4-5 dəfə iri, açıq-sarı qanadlıdır.
Tyanşan küknarı
Bu küknar Tyan-Şan dağlarında yayılmışdır. Rusiyada bütün Tyan-Şan dağlarında və Cunqar Alatausunda, Çinin rayonlarında yayılmış bitkidir. Şrenk küknarı dağ meşələri əmələ gətirir, onların aşağı sərhədi Orta Asiyanın isti yarımsəhraları və ya səhralarına qədər, yuxarı sərhədi isə 3200 m hündürlükdən keçərək buzlaqlara qədər çatır. Şrenk küknarı çox vaxt təmiz meşələr əmələ gətirir, bəzən Sibir ağ şamı ilə qarışır. Onun ensiz, sərvşəkilli çətiri xüsusilə özünəməxsusdur və küknarların digər növlərindən kəskin fərqlənir. Təbii bitmə yerlərində bu küknar gözəl landşaftlar yaradır. Torpağın tərkibinə həssas deyil. Bu növ müxtəlif tropaqlarda, qayaların çatlarında, bataqlıq yerlərdə bitir, ancaq quraqlığa və istiyə çox davamsızdır. İri ağacların hündürlüyü 40 m, gövdəsinin diametri 1 m-dir. Təbii şəraitdə Şrenk küknarı təmiz və qarışıq meşələr əmələ gətirir.
Şərq küknarı
Şərq küknarı Tyan-Şan dağ silsiləsində dərələr boyunca rütubətli şimal yamaclarda bitir. Hündürlüyü 60 m-ə, dimateri 2 m-ə çatan nəhəng ağacdır. Piramidalvarı və ya konusvarı çətrə malikdir. İynəyarpaqları tünd-yaşıl və parlaq olur. Qozaları sentyabrda yetişir. Şərq küknarı tipik dəniz sahili iqliminə həssas, torpağın və havanın rütubətliyinə tələbkar bitkidir. Bununla belə dağlıq şəraitdə, sərt yamaclarda, qayalıqlarda dəniz səviyyəsindən 1000-1200 m, bəzən 2000-3000 m yüksəklikdə bitir və yaxşı inkişaf edir. Şərq küknarı gillicəli torpaqları xoşlayır, lakin əhəngli torpaqlarda, qayalıqlardakı qeyri-münbit və kasıb torpaqlarda da inkişaf edə bilər. Kök sistemi torpağın səthinə yaxın formalaşır və adi küknara nisbətən küləyə qarşı davamlıdır. Küknar növləri arasında şərq küknarı daha uzunömürlüdür və 600 ilədək yaşayır.

Digər lüğətlərdə

актиноме́трия видеоэкра́н задира́ться комплектова́ние конве́кция остеклени́ться русофо́бка Серафи́м спе́шенный ча́стница чо́новец в упо́р кне́ли нормализи́ровать одобри́тельный проклёвывание рибонуклеи́новый creed ephebi inedita snippety stimulant wiredrew князёк сынок