KÜLFƏT

is. [ ər. ]
1. bax ailə 1-ci mənada.
Bir külfətdə dörd nəfər uşaq var… C.Məmmədquluzadə.
[Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr ilə qazanıram. S.S.Axundov.
[Molla Qurban:] Bəy yanında alnıaçıq, külfət yanında üzügülər olasan, inşallah!… Ə.Vəliyev.

□ Külfət sahibi – ailə başçısı, ata.
İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi. Ə.Haqverdiyev.
Nəcibənin … oğlu iyirmi-iyirmi beş il idi ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu. Mir Cəlal.

2. köhn. evf. Arvad mənasında.
[Qəribin anası:] Mən Təbrizli Məmmədin külfətiyəm, bu da oğlumun nişanlısıbır. Aşıq Qərib”.
[Cahan:] Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan? Ü.Hacıbəyov.
Namaz kişinin külfətiyəm, – deyə, qarı könülsüz cavab verdi. M.Hüseyn.

3. məc. Zəhmət, əziyyət, qayğı mənasında. Onu külfət basıb.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÜLFƏT külfət bax 1. ailə; 2. arvad 1
  • KÜLFƏT ailə
  • KÜLFƏT arvad — zövcə

Omonimlər

  • KÜLFƏT KÜLFƏT I is. [ ər. ] Ailə, oğul-uşaq. Nə lazım qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm (N.Vəzirov)
KÜLFƏ
KÜLFƏTARASI

Digər lüğətlərdə

глухома́нный единобо́жие запа́иваться нака́тывать неправосу́дие роди́тельница строи́тель авантю́рный бодя́га волево́й ге́тто де́рвишский дешифро́вка мерси́ напетля́ть сверхчувстви́тельность химшко́ла -oriented element parent plant pseudoscience psychedelic sixteen wonder отяжелелый