KÜLÇƏ
KÜLƏK
OBASTAN VİKİ
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi.Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçadan tikilir.

Digər lüğətlərdə

баловли́вый вомча́ть заку́порить макулату́ра маловы́годность междуре́чный мех... набрако́вывать небре́чь псо́вый разозлённый чепани́шко абба́тство безрабо́тные гости́ничный каучуково́дческий пова́жничать подса́дный полушто́ф свёрнутый debut halothane pedaler pillory prosect