Dustaqların ayağına vurulan bənd, bağ. (“Koroğlu” dastanının lüğəti)
Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub, zindana saldılar. (“Koroğlunun Bayazid səfəri”)
*
Xacə şəkli Koroğluya verdi. Koroğlu Eyvazın şəklini görən kimi səbr qərarını itirdi. Koroğlu Dəli Həsəni yanına çağırıb dedi:
– İki haça ilə bir kündə hazırla. (Paris nüsxəsi, 3-cü məclis)
*
Xacənin boynuna haça, ayağına kündə vurub zindana apardılar. (Paris nüsxəsi, 3-cü məclis)