“Baltanın arxa tərəfi deməkdir”. Təpik, daban mənalarında da işlədilir (küpə getsin deyirik). Tüp, dib, küt formalarında da işlədilir. Qida borusuna qızıl ödən, düz bağırsağa ödən demişik. Ödənin sonluğu (anus) da bu sözlə bağlıdır. Küpəmək “küp ilə zərbə endirmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Gildən düzəldilmiş qabdır. Küpə sözü də var. -ə şəkilçisi, ehtimal ki, kiçiltmə bildirir. Zənn edirəm ki, söz kepimək (qurumaq mənasını verən feildir və bizdə təpimək şəklinə düşüb) sözü ilə bağlıdır, çünki qabı kürədə “bişirir”, qurudurlar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)