KISMET
KIŞKIRTI
OBASTAN VİKİ
Ahmet Taner Kışlalı
Əhməd Tanər Qışlalı (türk. Ahmet Taner Kışlalı; 10 iyul 1939, Zilə[d], Toqat ili – 21 oktyabr 1999, Ankara) — Türkiyə politoloqu, siyasətçisi (sabiq nazir), yazıçısı və təhsil qurumu üzvü. == Həyatı == Atası Ziraat Bankı xəzinədarı Hüsnü bəy, anası isə Kilis Kemaliye ibtidai məktəb müəllimi olan Lütfiye xanımdır. Əhməd Tanər Kilis Kemaliye ibtidai məktəbindən sonra Kilis orta məktəbini və Kabataş oğlan Liseyini bitirib. Liseyi bitirdikdən sonra Ankara Universitetinin Siyasi Elmlər fakultəsinə daxil olmuş, oxuduğu müddətdə həm də “Yeni gün”-də idman jurnalistliyi etmişdir. 1962-1963-cü illərdə “ Yeni gün” qəzetində yazı işləri şöbəsinin müdiri olmuşdur. Paris Universitetində konstitusiya və siyasət elmi çərçivəsində “Müasir Türkiyədə siyasi güclər” adlı elmi işini müdafiə edərək doktorluq dərəcəsi alıb. Fransada tanış olduğu Bordolu Nikole( Nilgün Kışlalı) ilə 1968-ci ildə evlənən Kışlalının bu evlilikdən iki qızı dünyaya gəlib. Əsgərlikdən qayıtdıqda universitetə qəbul edilməmiş, Siyasi Elmlər fakultəsinə keçmişdir. 1972-ci ildə dosent adını almışdır.
Kışlauyılqa (Askın)
Kışlauyılqa (başq. Ҡышлауйылға, rus. Кшлау-Елга) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kışlauyılqa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 48 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 58 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (90%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Məqsudə Şamsuddinova (1955) — tatar əsilli bəstəkar.
Gültan Kışanak
Gültan Kışanak (15 iyun 1961, Elazığ ili və ya Elazığ) — kürd əsilli Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Ailəsi əslən Dərsimdəndir. O , Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və Diyarbəkir bələdiyyə sədridir. Kışanak 2016-cı ilin oktyabrından həbsdədir. == Erkən illəri == Gültan Kışanak 15 iyun 1961-ci ildə Türkiyənin Elazığ şəhərində, əslən dərsimli olan bir kürd ailəsində anadan olmuşdur. O, 1978-ci ildə Dəclə Universitetinin Təhsil fakültəsində təhsil almağa başlamış, lakin 1980-ci ildə həbs olunmuş və iki il Diyarbəkir həbsxanasında saxlanılmışdır. Özünün dediyinə görə, o, onun yanında ayağa qalxmaqdan imtina etdiyi üçün iki ay həbsxana rəisinin it daxmasında saxlanılmışdır. Kışanak başqa bir çıxışında altı ay it daxmasında yatdığını söyləmişdir. 1986-cı ildə İzmirin Egey Universitetində jurnalistika təhsili almağa başlamışdır. 16 mart 1988-ci ildə Səddam Hüseynin Hələbcəyə hücumuna etiraz edərkən həbs edilmişdir.
грунтова́ть куста́рность натузи́ть подсторожи́ть прикра́ивать пролетаризи́рование психометри́я ря́бенький спринцева́ние чужи́нка вахми́стерский возвраще́ние обкла́дывать опу́тываться серо́лог чёрствый колозень anthropology codex evergreen fat-soluble marksmanship pharmacogenetics towy фталевый