KƏC₁

sif. [ fars. ]
1. Əyri.
Qoy börkünü kəc qaşının üstünə, fırılda; Kəndin kimi bir lotiyimeydanını görcək. M.Ə.Sabir.
İri, tutqun gözü, acıqlı qaşı; Etinasız, qürurlu, kəc baxışı. A.Səhhət.

Kəc baxmaq – əyri baxmaq, pis niyyətlə baxmaq, pis gözlə baxmaq, etibarsızlıq göstərmək. Ustadına kəc baxanın gözlərinə qan damar. ( Ata. sözü ).
[Mirsadıq:] Hərgah başınızdakı papaqdırsa, sizi ona and verirəm, mənim arvad-uşağıma kəc baxmayın. M.S.Ordubadi.
Qorxmamışıq dost görünən düşmənlərin qınağından; Toy tutmuşuq kəc baxanın göyünə də, ağına da. R.Rza.

2. Tərs, höcət. Kəc adam.
[Qapıçı:] Yaxşı tanıyıram kəc Əxistanı; Ya məni boğazdan çəkdirər dara; Ya da ki, saldırar daş zindanlara. M.Rahim.

□ Kəc başlamaq – tərsliyə başlamaq, inad eləmək, ziddinə getmək, əksinə hərəkət etmək.
[Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də məsələni yuxarılara keçirərəm. M.İbrahimov.

Kəc danışmaq – əksinə danışmaq, tərs-tərs danışmaq.

Синонимы

  • KƏC kəc bax 1. çəpəki; 2. əyri 1; 3. höcət
  • KƏC tərs — inad
  • KƏC əyri — çəp

Антонимы

  • KƏC KƏC – DÜZ Hələ bir yol üzümə kəc baxmayıb (S.Qədirzadə); Adam gərək dosttanışa düz baxa (“Ulduz”)
KƏC₂
KƏCAVƏ
OBASTAN VİKİ
Bataqlıq kəcəvəri
Bataqlıq kəcəvəri (lat. Acorus calamus) — kəcəvər cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisi olub, sürünən, üfüqi kökümsova malikdir. Kökümsovu qol-budaqlı, diametri 0,3 sm, uzunluğu 1,5 m, xaricdən qonur və ya yaşılımtıl-sarı, kənarları çoxsaylı qaytanabənzər, köklərinin uzunluğu 40–50 sm, yuxarı tərəfdən iri yarımaypara yarpaqlardan ibarətdir. Yarpaqlarının uzunluğu 10–15 sm, açıq-yaşıl, yumşaq, itiuclu, zirvə və yan budaqlıdır. Gövdə üzərindəki çiçək qruplarının hündürlüyü 40–80 sm, yastılaşmış hamaşçiçəkləri yuxarıdan silindrik, azacıq daralmış, uzunluğu 12 sm, qalınlığı 2 sm-ə bərabərdir. Çiçəkləri kiçik, yaşılımtıl-sarı olub, ikicinslidir. Kökümsovları yüngül, silindrik, azacıq yastılaşmış, əyilmiş, qatlanmış, bəzən budaqlanan və çox hissəsi uzununa yarılmış olur. Yuxarı hissəsi yarımaypara formalı, iri dişli, yarpaqlı, aşağı hissəsi çoxsaylı kiçik dairəvi, köklü, bərabər olmayan məsaməli olub, deşik-deşikdir. Parçalanmış hissələri 30 sm, qalınlığı isə 2 sm-ə qədər olur.
Kəcabə
Kəcavə, kəcabə — Yaxın Şərqin bir sıra ölkəsində mövcud olmuş minik vasitəsi. Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan kəcavə, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulurdu. Keçmişdə, 4 adamın (əsasən qulların) çiynində apardığı kəcavə növü (hakim sinif nümayəndələrinə məxsus) də olmuşdur. Kəcavədən uzaq yola çıxarkən qadın və uşaqların, həmçinin gəlinin aparılmasında da istifadə edilirdi.
Kəcavə
Kəcavə, kəcabə — Yaxın Şərqin bir sıra ölkəsində mövcud olmuş minik vasitəsi. Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan kəcavə, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulurdu. Keçmişdə, 4 adamın (əsasən qulların) çiynində apardığı kəcavə növü (hakim sinif nümayəndələrinə məxsus) də olmuşdur. Kəcavədən uzaq yola çıxarkən qadın və uşaqların, həmçinin gəlinin aparılmasında da istifadə edilirdi.
Kəcavənd
Kəcavənd — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin ərazisində Sultan səkisi adlı yer də mövcuddur. Yerli əhalinin məlumatına görə, əvvəllər burada Türkiyə sultanına məxsus istirahət yeri olmuş, çadır və kəcavə qurulduğu üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. Yaşayış məntəqəsi nisbətən yüksək dağlıq ərazidə yerləşən kiçik kənd olub, əlverişli mövqeyə, təbii gözəlliyə malikdir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Kəcli
Kəcli — Kəngər tayfalarının bir qoluna mənsub nəsil == Haqqında == Araz çayından cənubdakı torpaqlarda yaşayırdılar. Nadir şahın hakimiyyəti dövründə (1736-1747) nəsil rəisi (Əbülcəm) Kəclillər arasında şah ordusu üçün qoşun toplayırdı. Nadir şahın ölümündən sonra Qarabağ hakimi olmuş Azad xan Əfqanın Kəclilər tədricən əkinçiliklə məşğul olmağa və oturaq həyat tərzinə keçməyə başlamışdı. Lakin kəngərli İran hökmdarına daha layiqli xidmət göstərmək üçün tayfalarının bu qolunun torpağa tam bağlanmalarına deyil, elat-yarımköçəri olmalarına çalışırdılar ki, zərurət zamanı əskəri xidmətə cəb olunsunlar. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 222. ISBN 5-8066-1468-9.
Kəcəvər
Kəcəvər (lat. Acorus) — kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik həmişəyaşıl ot bitkiləridir.
Kəcəvərkimilər
Kəcəvər (lat. Acorus) — kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik həmişəyaşıl ot bitkiləridir.
Kəcəvərçiçəklilər
Kəcəvərçiçəklilər (lat. Acorales) — birləpəlilər kladına daxil olan bitki sırası.

Значение слова в других словарях

в кото́рый ра́з ввечеру́ вспоте́ть затыкать многосло́вно промежу́точный пятни́стый учреди́тельский взви́нчиваться плащево́й по-бенга́льски помехоусто́йчивый пробе́жка растя́жка реа́кция рефле́ктор керь шашал debit handworked ignite tortoiseshell вмешательство затонуть обманываться