KƏFGİR

is. [ fars. ]
1. Xörəyin kəfini götürmək, plov çəkmək və s. üçün işlədilən deşik-deşik alət, böyük qaşıq.
[Çayçı] əlində kəfgir gah plov qazanına baxır, gah tavaya nəzər yetirirdi. M.İbrahimov.
Göyçək arvad əlində kəfgir aş süzürdü. Ə.Vəliyev.

2. Yuxarı ucu hərəkətsiz bir nöqtəyə bərkidilmiş yellənən mil, ox (divar saatlarında). Divar saatının kəfgiri.
– Kərimbəy … kəfgiri ahəstə-ahəstə hərəkət edən … saata baxdı. Mir Cəlal.
İri mis kəfgir ağır-ağır çıqqıldayırdı. Q.İlkin.

3. Duşun, susəpənin deşik-deşik olan hissəsi.
Su, kəfgirin yekə bir deşiyindən fışqıraraq töküldü. M.Hüseyn.

Omonimlər

  • KƏFGİR KƏFGİR I is. [ fars. ] Xörəyin köpüyünü yığmaq, aş çəkmək üçün alət. Anam əlindəki kəfgirlə iri tavada qovurduğu əti qurdalayıb sözünə əlavə etdi (S
KƏFFARƏ
KƏFGİRLİ
OBASTAN VİKİ
Kəfgir
Kəfgir — qravitasiya sahəsində asılmış və mexaniki rəqslər edən sistem. == Tarix == İlk kəfkirlərdən biri I əsrdə düzəldilən sansiometr cihazıdır, Çinin Han sülaləsindən olan alim Çjan Xen.

Digər lüğətlərdə

голоси́на голубо́й ора́торствовать примити́в принанима́ться продово́льствие секрета́рская фиговый фронтово́й шугану́ть бронено́сцы гли́на на семи ветрах столбняко́вый сфабрикова́ть ата предполагать crepe dolly-bird neurotoxic stealage tank-engine мопед хворать шурфовать