KƏKLİKOTU

is. bot. Qırmızı, bənövşəyi rəngli xırda çiçəkləri olan, gövdəsi yerlə sürünən çoxillik bitki.
Kəklikotunun al çiçəyinin, demi yarpızının ətrini gövşənə yayan xoş və təmiz səhər mehi sanki [Nəbiyə] qüvvət verirdi. Ə.Abasov.
[Sərvinaz qarı:] Qaşıqla kəklikotu çayını da üstündən iç, bəlkə də tərləyəsən, ağrı-acın canından çıxa. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏKLİKOTU kəklikotu bax kəkotu
KƏKLİK
KƏKOTU
OBASTAN VİKİ
Kəklikotu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Labiatae fəsiləsinə aid hündürlüyü 20 sm-dən 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir. Yarpaqları xırda, uzunsov və ya ellipsvari, qısa saplaqlı və ya oturaqdır.
Adi kəklikotu
Adi kəklikotu (lat. Thymus vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanda xalq arasında qısaca kəkotu da adlanır. == Təbabətdə == Otun müalicəvi xüsusiyyətləri var. Onu suda qaynadılmaqla əldə olunmuş məhlulundan soyuqdəymənin və bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Hacı Sülеyman İrəvani yazırdı ki, kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək еdir, mədəni və ciyəri təmizləyir, ağciyərlər üçün xеyirlidir. Kəklikotu çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul еdirlər. Bu bitkinin həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək еdir. Kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yеrin üzərinə qoyurlar. Kəklikotunun əncirlə qarşdırılmış həlimini astma və öskürəkdə çox xeyirlidir.
Fedçenko kəklikotu
Karyagin kəklikotu
Karyagin kəklikotu (lat. Thymus karjaginii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqazda rast gəlinir. == Botaniki təsviri == Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 2-5 sm, sıx, qısa tükcüklüdür. Yarpaqları uzunsov-neştərvari və ya əks-yumurtavari, uzunluğu 4-10 mm, eni 2-4 mm-dir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4,5-5(6) mm, sıx və qısa tükcüklüdür.
Koçi kəklikotu
Kəklikotu (dəqiqləşdirmə)
Kəklikotu — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Kəklikotu (film, 2017) — Azərbaycan filmi.
Meqri kəklikotu
Migri kəklikotu
Sürünən kəklikotu
Sürünən kəklikotu (lat. Thymus serpyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Həmişəyaşil, budaqlanan, kiçik yarımkol bitkisidir. Gövdəsi nazik oduncaqdır. Çiçəkli gövdəsi düzqalxan və ya azca qalxmış olub, hündürlüyü 2-15sm-ə qədər olub, gövdənin üzəri çiçəklərlə örtülmüşdür. Yarpaqları qarşı-qarşıya, qısa saplaqlı, ellipsşəkilli, kənarları orta ölçülü kirpiciklidir. Orta gövdələrində yarpaqların uzunluğu 5-10 mm, eni isə 1,5-3,5 mm-ə bərabərdir. Başcıq çiçək qrupuna malik olub, kompaktdır. Çiçəkləri ensiz, zəngşəkilli, ikidodaqlı olub, kasacığı tükcüklüdür. Qarışıq nazik budaqcıqları, yarpaq və çiçəkləri vardır.
Trautveri kəklikotu
Zaqafqaziya kəklikotu
Zaqafqaziya kəklikotu (lat. Thymus transcaucasicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab (i,ii,iii). == Arealı == Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazda bitir və arealı dardır. Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda rast gəlinir. == Bioloji xüsusiyyətləri == Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az bilinən nöqtəli vəzicikli, yumurtavari-uzunsovdan enli-yumurtavariyədək, uzunluğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damarcıqlarda tükcüklü, yan damarcıqları 2-3 cütdür.
Ziapad kəklikotu
Kəklikotu (film)
Kəklikotu tammetrajlı bədii filmi rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadə tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. == Məzmun == Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı (Müşfiq Şahverdiyev) və bacıoğlu (İslam Mehrəliyev) başqasına çatacaq bir kisə "kəklikotu"nu yolda satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir. == Film haqqında == Film komediya, macəra janrındadır. 2017-ci ilin dekabrından kinoteatrlardadır.
Qaramərğəm kəklikotu
Qaramərğəm kəklikotu (lat. Thymus karamarianicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Qafqazda geniş yayılmışdır Hündürlüyü 15–25 sm olan yarımkolcuqdur. Düz dayanan meyvəsiz zoğla-rı və daha cod, düz dayanan çiçək saplaqları çiçək qrupunun altında uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Yarpaqları saplaqlı, saplaqların uzunluğu 15–25 mm, eni 4–8 mm, ellipsvari, kənarları tükcüklüdür. Aşağı gövdə yarpaqları uzun saplaqlarda yerləşir, yumurtavari və yan damarcıqları aydın görünür. Çiçək qrupu uzunsov, başcıqlı, çox vaxt şaxələnmişdir. Çiçək saplaqları uzun tükcüklüdür. Kasacığı zəngvari, uzunluğu təxminən 4 mm, uzun tükcüklüdür. Yuxarı dişcikləri neştərvari, kənarları tükcüklüdür.
Kəklikotu (film, 2017)
Kəklikotu tammetrajlı bədii filmi rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadə tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. == Məzmun == Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı (Müşfiq Şahverdiyev) və bacıoğlu (İslam Mehrəliyev) başqasına çatacaq bir kisə "kəklikotu"nu yolda satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir. == Film haqqında == Film komediya, macəra janrındadır. 2017-ci ilin dekabrından kinoteatrlardadır.
Qara mərğəm kəklikotu
Zaqafqaziya (Ziazat) kəklikotu
Biber kəklikotu
Dağıstan kəklikotu
Dağıstan kəklikotu (lat. Thymus daghestanicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda geniş yayılmışdı. == Botaniki təsviri == Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Trautvetter kəklikotu
Trautvetter kəklikotu (lat. Thymus trautvetteri) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc + 3bcd; B1ab(i, iii) + 2ab(ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Qafqaz. Azərbaycanın nadir və relikt növüdür. En A2abc+3bcd; B1ab(i,ii,iii)+2ab(i,ii,iii). Orta dağ zolağında çınqıllı yamaclarda bitir. Azərbaycanda arealı dardır. Sürünən zoğları olmayan ağ keçətüklü yarımkolcuqdur.
Dağıstan (Hacıyev) kəklikotu
Hacıyev kəklikotusu
Dağıstan kəklikotu (lat. Thymus daghestanicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda geniş yayılmışdı. == Botaniki təsviri == Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Karyagin kəklikotusu
Təpə kəklikotusu
Fedçenko kəklikotusu
Koçi kəklikotusu
Migri kəklikotusu
Zaqafqaziya kəklikotusu
Ziapad kəklikotusu

Digər lüğətlərdə