KƏKOV
KƏLAĞAYI
OBASTAN VİKİ
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.
Acudanabad (Kəleybər)
Acudanabad (fars. اجودان اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 554 nəfər yaşayır (104 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Kərmadüz kəndistanında, Kəleybar qəsəbəsindən 35,5 km şimal-şərqdədir.
Adi Afrika kəli
Adi Afrika kəli (lat. Syncerus caffer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin afrika kəli cinsinə aid heyvan növü. Afrikada geniş yayılmışdır. Hazırda Afrika kəli (Syncerus) cinsinin yeganə nümayəndəsidir. Afika kəli müasir iri heyvanlardandır. Fərdləri daha böyük olan yarımnövlərinin yetkin erkəklərinin kütləsi bəzən 1000 kq-ı aşsa da, kütləsi 900 kq olanlarının sayı da az deyil. Nadir hallarda bədəninin uzunluğu 3-3,4 m, kütləsi 1300 kq-a çatan yaşlı fərdlərə də rast gəlinir. Eyni zamanda adi Afrika kəlinin bəzi yarımnövləri nəzərəçarpacaq dərəcədə kiçik ölçülərə malikdir. Bununla yanaşı, meşə kəlləri Savannanın nisbətən kiçik sakinləridir. == Yarımnövləri == S. c.
Alagöllər (Kəlbəcər)
Alagöllər — Azərbaycanın Kəlbəcər rayonunda göllər qrupu. Bu qrupa 30-a qədər göl daxildir. Dəniz səviyyəsindən 2,700–2,800 metr hündürlükdədir. Ən böyük gölləri Böyük Alagöl, Kiçik Alagöl, Cilligöl və Dikpilləkən gölləridir. Vulkan püskürmələri nəticəsində çayların qabağının kəsilməsindən əmələ gəlmişdir. Şirin suludur. Mal-qaranın suvarılmasında istifadə edilir.Kəlbəcər rayonunun mərkəzi 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə göllər qrupunun ərazisi erməni işğalı altında idi. 15 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir. 29 iyul 2022-ci ildə Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib. Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.
Alıbəyli (Kəlbəcər)
Alıbəyli, Tirkeşəvənd (1937–2015), Bəylik (?-1937) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb == Tarixi == 29 may 2015-ci ildə Əsrik kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeşəvənd kəndi Alıbəyli kəndi adlandırılmışdır.Bu kənd 1937-ci ilə kimi Bəylik adlanıbdır. Kənddə çox sayda bəy yaşadığından Bəylik adı verilib. 1937-ci il represiyasından sonra kəndin adı Tirkeşəvənd adlandırılıbdır. Digər bir varianta görə kəndin yaxınlığında Tutxun çayı üzərindən türklər tir atıb körpü düzəltdiklərinə görə Tirkeşəvənd adlanır, yəni türk keçən bənd. Kəndin ərazisi qədim yaşayış məskəni olub. Başqa bir varianta görə bu ərazidə ilk məskunlaşan XVI–XVII əsrlərdə Laçın rayonundan gələn Qotur Məmməd olubdur. O, bu əraziyə gələndə uçulub-dağılmış kənddə divarının üstündə tirkeşəvənd və tiri qalan bir evə rast gəlib. Ona görə də kəndin adını Tirkeşəvənd qoyubdur. Keçmiş zamanlarda yaşayış damlarının divarının üstünə yoğun tir qoyurmuşlar.
Alıkənd (Kəlbəcər)
Alıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Kəlbəcər rayonunun Qktyabrkənd inzibati ərazi vahidində yerləşən kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır (Alılı kənd/Allıkənd/Alı kənd). Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. 1933-cü ildə Göyçay r-nunun Ramal və Şəkər inzibati ərazi vahidlərində daha iki Alıkənd kəndi qeydə alınmışdır. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəy yurdu, Yalyurd, Taxtadüz yurdu, Köhnəyurd, Heydərin yurdu, Qazıxanlı yurdu, Sandıq bulağın yurdu. == Bulaqlar == Zeynal bulağı, Cahanın bulağı, Qiblə bulağı, Sarı bulaq, Qaynatma bulaq, Çeyil bulağı, Qoşa bulaq, Göl bulağı, Sandıq bulağı, Qazıxanlı bulağı, Sandıq biçənəyin bulağı.
Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
As-i Cədid (Kəleybər)
As-i Cədid (fars. اس جديد‎) Yeni As - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (8 ailə).
As-i Qədim (Kəleybər)
As-i Qədim (fars. اس قديم‎) və ya Əski As - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (22 ailə).
Aydın Kələntərli
Aydın İslam oğlu Kələntərli - Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə "neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuş, neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alim. == Həyatı == Aydın Kələntərli Lənkəran şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 1950-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini gümüş medalla bitirib, elə həmin ildə Azərbaycan Sənaye Universitetinin "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" fakültəsinə qəbul olmuşdur. 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasının neft kəşfiyyatı laboratoriyasına baş laborant vəzifəsinə qəbul edilmişdir. 1966-cı ildə geologiya-mineralogiya elmlər namizədliyini müdafiə edərək Azərbaycan Elmlər Akademiyasının qərarı ilə alimlik dərəcəsi almışdır. Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə 1969-cu ildən neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuşdur. Neft hasilatının öyrənilməsi sahəsində mükəmməl elmi ixtiranın və bir çox elmi əsərlərin müəllifi olmuşdur. Aydın Kələntərli 24 yanvar 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Azad Mövləna Əbul Kəlam
Əbul Kalam Qulam Muhiyuddin Əhməd bin Xeyrəddin Əl-Hüseyni Azad (ing. Abul Kalam Ghulam Muhiyuddin Ahmed bin Khairuddin Al-Hussaini Azad; 11 noyabr 1888, Məkkə, Hicaz vilayəti – 22 fevral 1958[…], Dehli) — Hindistan siyasi xadimi, alim. Milli Azadlıq Hərəkatı liderlərindən biri. Hindistan müsəlman birliyinin ardıcıl tərəfdarı. 1912-ci ildən Hindistan Milli Konqresinin üzvü, 1947-ci ildən maarif naziri olmuşdur. 1912–1914-cü illərdə Britaniya müstəmləkəçiləri əleyhinə təbliğat aparan "Əl-Hilal" qəzetini nəşr etmişdir. Urdu fəlsəfəsinə və ədəbiyyatı tarixinə, Quranın şərhinə dair əsərlərin müəllifidir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Abul Kalam Azad at Encyclopædia Britannica APJ Abdul Kalam Scholarship Arxivləşdirilib 30 aprel 2019 at the Wayback Machine Azad's Careers – Roads taken and roads not taken – Lineages of the Present: Ideology and Politics in Contemporary South Asia By Aijaz Ahmad An Introduction to Abul Kalam Azad & collection of his quotes – Eminent Indian freedom fighters Vol2 Chapter 11 p. 310 By S. K. Sharma Abu'l Kalam Azad, Chapter 44, pp.
Ağamirli (Kəleybər)
Ağamirli (fars. اقاميرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 349 nəfər yaşayır (71 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Kərmadüz kəndistanında, Kəleybar qəsəbəsindən 31 km şimaldadır.
Ağqaya (Kəlbəcər)
Ağqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kəndin ətrafında olan Ağ qayanın adı ilə bağlıdır.Ağqaya kəndi 1933-cü ildə Ağqaya binəsi kimi qeydə alınmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasının Şəlvə dərəsindəki kəndlərdənöz yaylaq yerlərinə gələrək məskunlaşmış rəhimli və kərimli nəsilləri tərəfindən salınmışdır. Sonralar yaxınlıqdakı Pələnkəli kəndidağıdıldıqdan sonra onun əhalisinin cox hissəsi də Ağqaya kəndinə köçmüşdür. Adını rayonun ərazisindəki Ağqaya adlı yüksəklikdən almışdır. Hazırda bu yüksəklik Şişqaya adlanır. == Yaylaqlar == Çökək yurd, Çiçələr dağının yurdu, Süleymanın yurdu, Şırşır bulağın yurdu, Babanın yurdu, Şikarın yurdu, Minənin yaz yurdu. == Bulaqlar == Göl bulağı, Şırşır bulaq, Şava bulağı, Göy bulaq, Əliabbas bulağı, Dovşan bulağı, Sızqa bulaq. == Məşhur yerlər == Başıaçıq, Qara öküz yatan, Xırlıgüney, Yal yeri, Tirqırılan, Çal qayalar, Balaca şiş, Böyük şiş, Gölün çökəyi, Qozların dərəsi, Yazlıq yeri, Xırmanlar, Kalafalıq, Usubun biçənəyi, Ayı dərəsi, Ağqayanın boynu, Pələngə, Pələngənin dərəsi, Dəyirman yeri, Əzizin biçənəyi, Çərkəzin çəpəri, Bataqlıq, Çaxnağın dərəsi, Süleymanın biçənəyi, Cağanlı xırman, Ağqayanın çayı, Pələngə suyu, Qara ağacların suyu, Quzu gölü, Şiştəpə dağı.
Ağviyə (Kəleybər)
Ağviyə (fars. اغويه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (54 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Meşəpara kəndistanında, Kəleybar qəsəbəsindən 10 km qərbdə, Əhər-Kəleybar avtomobil yolunun üstündədir.
Ağyataq (Kəlbəcər)
Ağyataq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.Kənd adını eyniadlı civə yatağı olan dağdan almışdır.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrii tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də "Yağ yataq" deyirlər. Kəndin ərazisində "Ağ yataq" adlanan mineral filiz yatağı sahəsi də var. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Qaraqayanın boynu yurd, Hacıalılar yurdu, Kəlgönnənən yurd, Eyvanın başı yurd, Ağdaşlar yurdu, Sarltopal yurdu, Qaçaydüşən yurd, Dincdərə yurdu, Qazax Alının yurdu. == Bulaqlar == Novlu bulaq, Ağdaşların bulağı, Salehin bulağı, Kərttənkələzli bulaq, Bənövşəli bulaq, Ağ bulaq, Yağlı bulaq, Portport bulaq, Göy bulaq, İsmayılın bulağı. == Məşhur yerlər == Ayıçiləsi, Kəklikli qaya, Dana güneyi, Xımılı, Sarıqaya, Buzovuçan, Qaraquşun qayası, Darlar, Körpüdaş, Göbələk daş, Çalaçökək, Buğa vurulan, Məhəmmədin çöpü, Kəvənliyin dərəsi, İlanlı qaya, Topağac, Sarıyoxuş, Məmmədvəlinin dam yeri, Sarıtopal, Qulu bəy kümbəzi.
Ağzıbir (Kəlbəcər)
Ağzıbir — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ağçakənd (Kəlxoran)
Ağçakənd (fars. اقچه كند‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 9 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 567 nəfər yaşayır (126 ailə).
Aşağı Kəldək
Aşağı Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Kəldək (Gəldək) Şəki rayonunun Baş Kungut inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Tədqiqatçılar oykonimi kəl (gücdən düşmüş, dincə qoyulmuş) və -dək (-lək) komponentlərindən ibarət "dincə qoyulmuş əkin sahəsi" mənalı soz kimi izah edirlər. Kəldək komponenti kəndin ərazisindəki Kəl dağının adından yaranıb. "Kəl dağı yerləşən, Kəl dağının ətrafı, yanı" mənasını ifadə edir. Yaşayış məntəqəsini keçmış Kəldək (indiki Baş Kəldək) kəndindən çıxmış ailələr nisbətən Aşağıda saldıqları üçün belə adlandırılmışlar. == Əhalisi == Kəndin əhalisi 96 nəfər təşkil edir ki, onun da 49 nəfəri kişi, 47 nəfəri isə qadındır.
Babaylı (Kəleybər)
Babaylı (fars. بابايلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (15 ailə).
Balabəyli (Kəleybər)
Balabəyli (fars. بالي بيگ لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (14 ailə).
Balan (Kəleybər)
Balan (fars. بالان آبش‌احمد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 413 nəfər yaşayır (90 ailə).
Balasəng (Kəleybər)
Balasəng (fars. بالاسنگ‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (8 ailə).
Başab (Kəleybər)
Başab (fars. بشاب‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 455 nəfər yaşayır (112 ailə).
Başkalan (Kəleybər)
Başkalan (fars. باش كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 328 nəfər yaşayır (57 ailə).
Başkənd (Kəlbəcər)
Başkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Hacıkənd kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Başkənd Kəlbəcər rayonunun Sınıqkilsə inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrin əvvəllərində Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Hacı Ələmşah adlı bir şəxs burada binə salıb. Sonralar onun törəmələri binə yerində daimi məskunlaşıblar. Kənd qonşu kəndlərə nisbətən yuxarıda yerləşdiyi üçün belə adlandırılmışdır.

Значение слова в других словарях

беспоме́стный метаморфи́зм неудобопроходи́мый по-клику́шески подостри́ть поупря́миться разни́зываться сва́дебка тривиа́льный давнёшенько лесово́зный перегиба́ние светло-сире́невый сосе́дить Acton ballistocardiography come-in river basin self-restraint sixty-pounder unbeknown waterhead злобиться откладывать свариться