KƏLBƏTİN

Ərəb dilindən keçib, hərfi mənası “itin iki dişi” (kəlb-ət-eyn) deməkdir. Bizdə qısğac sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KƏL
KƏLÇƏ
OBASTAN VİKİ
Kəlbətin
Kəlbətin — müxtəlif tutucu səthlərə malik oynaqlı bərkidilmiş iki qoldan ibarət dəstəkli alətdir. Ondan çilingər, elektrotexnika, tibb və bərbərxana işlərində sıxmaq, tutmaq, dartmaq üçün alət kimi istifadə edirlər. O ling prinsipinə əsasən işləyir. Kəlbətinin qoları ling rolunu oynayır. Dəstək olan hissə adətən lingin üzün qolunu, dodaqlar yerləşən hissə isə qısa qolunu əmələ gətirir. Ling qanununa asasən dəstək sıxıldıqda əl ilə verilən qüvvə gücləndirilərək kəlbətinin dodaqları arasında tutulan əşyaya ötürülür. Kəlbətinlər hələ bizim eradan əvvəl ixtira edilib tətbiq edilmişlər. Onlardan qızmar əşyaları tutmaqla hərəkət etdrmək üçün istifadə edilmişdir. Antik yunan dövründən qalan vazların üstündəki çəkilmiş çilingər alətlərinin şəkilləri buna misaldır. Sənaye inqilabı ilə şərtlənən texniki inkişaf yeni maşınlarla brabər yeni kəlbətin növlərinin də inkişafına təkan vermişdir.

Значение слова в других словарях

горемы́калка де́вичья Екклесиа́ст конусови́дно молотко́вый перека́ливать пу́стошка стропи́ла тюкова́ние упо́рствовать фагоцито́з можжеве́льник роня́ть спире́я туши́лка шестисто́пный каликка притолока centra eulogize guck paronym pulsing конь медный