KƏLƏNTƏR

Farsca “başçı”, “rəhbər” deməkdir. Farslar bu ifadəni kəlantər kimi işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KƏLÇƏ
KƏLİK
OBASTAN VİKİ
Kələntər
ToponimlərKələntər Dizə
Kələntər (Germi)
Kələntər (fars. كلانتر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 129 nəfər yaşayır (25 ailə).
Kələntər (Kəleybər)
Kələntər (fars. كلانتر‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 800 nəfər yaşayır (176 ailə).
Kələntər Dizə
Kələntər Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Tarixi == Orta əsrlərdə kəndin yaxınlığında Kiran şəhəri yerləşirdi. 29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.Aza bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 21 km şimalda, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi 226 nəfər(2000); Klubu, kitabxanası, tibb məntəqəsi var. Məzrə -Ordubad rayonunda kənd,Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. == Əhalisi == Əhalisi 271 nəfərdir.
Kələntər Kələntərli
Kələntər Şıxkərim oğlu Kələntərli (20 mart 1933 – 22 noyabr 2012) — Azərbaycan şairi, publisisti, dramaturqu. == Həyatı == Kələntər Kələntərli 1933-cü ildə mart ayının 20-də Qusar rayonunun Sudur kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atasını erkən yaşlarından itirən K.Kələntərli burada orta məktəbin 7-ci sinfini bitirdikdən sonra 5 il kolxozda işləmişdir. Sonra o, 1950-1954-cü illərdə Quba Pedaqoji Texnikumunda təhsil almağa başlamışdır. Azərbaycan şairi Səməd Vurğunla məhz bu illərdə tanış olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil almışdır. Lakin ağır, çətin ailə vəziyyətinə görə ali təhsili başa vura bilməmiş və dördüncü kursdan çıxıb işləməyə məcbur olmuşdur. == Fəaliyyəti == 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Kitabxanasında şöbə müdiri, 1960-cı ildə "Mübariz keşikdə" qəzetində şöbə müdiri, 1961-1962-ci illərdə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir. K.Kələntərli 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1963-1964-cü illərdə Natəvan klubunun direktoru olmuşdur.
Xəlil Kələntər
Xəlil Kələntər (Miyana) — azərbaycanlı elektronika mühəndisi. == Həyatı == Cənubi Azərbaycanın Miyana şəhərində anadan olmuşdur. Elektronika mühəndisliyini oxumuşdur. == Yaponiyada == 1981-ci ildə Yaponiyaya gəlib. Burada on il Naqoya Universitetində çalışıb, sonra Tokioya köçüb. Həm Naqoya, həm də Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilmişdir. Xəlil Kələntər LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır. Xəlil Kələntər fəza 2-ölçülü optik koherent təsvirlərin pilləli optik-liflərdə və addımlı optik-liflərdə ötürülməsi, opto-eletronik sensorlar və ölçü cihazları, optik-makrostrukturlu funksional cihazlar və displey optikası məsələləri üzərində işləmişdir.
Mirzə İbrahim Kələntər
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. == Həyatı == Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət еdəndə xan qardaşı Mustafaqulu xanı оra göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıоğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin еtdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum оlmayan bir qəsəbəyə-Tehrana köçürdü və sоnra şimali-şərq əyalətlərini tutmaq üçün qоşun göndərdi. Hüsеynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kоr еdilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah оnu Hüsеynqulu xanın vəzirliyinə təyin еtmişdi.
Kələntər-i Süfla (Sərab)
Kələntər-i Süfla (fars. كلانترسفلي‎) və ya Aşağı Kələntər - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (19 ailə).
Kələntər-i Ülya (Sərab)
Kələntər-i Ülya (fars. كلانترعليا‎) və ya Yuxarı Kələntər - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (23 ailə).
Şirin kələntər Yağləvəndli-Cavanşir
Şirin kələntər Səfixan ağa oğlu Yağləvəndli-Cavanşir — Cavanşir elinin Yağləvənd oymağının kələntəri, Qarabağ xanlığının sərkərdəsi. == Həyatı == Şirin ağa Səfixan ağa oğlu təxminən 1760-cı ildə Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. Mədrəsə təhsili görmüşdü. Atasından sonra oymağın kələntəri olmuşdu. El içində çavlanan "qələndər olmadıq, kələntər olduq" kəlamının müəllifidir. Şirin ağa bu deyimi ulu babalarının el içində xəlifə olmasına işarə ilə söyləmişdi. Xəlifə—Səfəviyyə təriqətinin mürşidləri tərəfindən şəcərə ilə təyin olunan dini-dünyəvi vəzifə idi. Xəlifələr elin nizam-intizamına, dini qayda-qanunlara riayət edilməsinə və digər işlərə cavablı sayılırdılar. Kələntər isə dövlət rəhbərləri tərəfindən təliqə ilə təyin olunan inzibati vəzifə idi. Kələntərlər oymağı savaşa aparır, vergi toplayır, qayda-qanuna riayət edilməsinə nəzarət edirdilər.
Haci İbrahim xan Kələntər Şirazi
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. == Həyatı == Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət еdəndə xan qardaşı Mustafaqulu xanı оra göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıоğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin еtdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum оlmayan bir qəsəbəyə-Tehrana köçürdü və sоnra şimali-şərq əyalətlərini tutmaq üçün qоşun göndərdi. Hüsеynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kоr еdilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah оnu Hüsеynqulu xanın vəzirliyinə təyin еtmişdi.
Asif Kələntərli
Asif Süleyman oğlu Kələntərli (1954, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini. == Həyatı == Asif Süleyman oğlu Kələntərli 1954-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli orta məktəbində almışdır. Orta təhsilini bitirdikdən sonra Suraxanı Neft Mədənlərində operator işləmişdir. Daha sonra hərbi xidmətdə olmuş Asif Kələntərli Naxçıvan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olaraq ali təhsilini 1978-ci ildə tamamlamışdır. O, ali təhsilini tamamladıqdan sonra Naxçıvan MSSR Mədəniyyət Nazirliyində metodist, elmi işçi, inspektor, 1987-ci ildən 1991-ci ilin sentyabr ayınadək Naxçıvan Məktəblilər Sarayının direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == Asif Kələntərli rəhbərliyində 1970-cı illərdə Naxçıvan Muxtar Respublikasında İbrahim İbrahimli, Arif Rəhimli, Asəf Quliyev və daha bir neçə şəxs tərəfindən gizli fəaliyyət göstərmiş "Azadlıq" adlı təşkilat təsis edilmişdir.Asif Kələntərli Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Asif Kələntərli 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 14 nömrəli Naxçıvan şəhər 28 may seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə bu hadisədən sonra Asif Kələntərli Ali Məclis sədrinin müavini seçilmişdir.Asif Kələntərli 12 noyabr 1995-ci il tarixində Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilərdə 33 saylı Əcəmi seçki dairəsindən deputat seçilmişdir.Asif Kələntərli 1996-cı il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur.
Aydın Kələntərli
Aydın İslam oğlu Kələntərli - Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə "neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuş, neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alim. == Həyatı == Aydın Kələntərli Lənkəran şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 1950-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini gümüş medalla bitirib, elə həmin ildə Azərbaycan Sənaye Universitetinin "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" fakültəsinə qəbul olmuşdur. 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasının neft kəşfiyyatı laboratoriyasına baş laborant vəzifəsinə qəbul edilmişdir. 1966-cı ildə geologiya-mineralogiya elmlər namizədliyini müdafiə edərək Azərbaycan Elmlər Akademiyasının qərarı ilə alimlik dərəcəsi almışdır. Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə 1969-cu ildən neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuşdur. Neft hasilatının öyrənilməsi sahəsində mükəmməl elmi ixtiranın və bir çox elmi əsərlərin müəllifi olmuşdur. Aydın Kələntərli 24 yanvar 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Haşım Kələntərli
Haşım Səmədbəy oğlu Kələntərli (1899 – 24 may 1984) — xanəndə-müğənni, Azərbaycanın əməkdar artisti, məşhur muğam və xalq mahnılarının mahir ifaçısı. == Həyatı == Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 24 may 1984-cü il 85 yaşında Bakıda vəfat edib. Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər. Haşım Kələntərli 1924-1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının.
Kələntərli
Kələntərli — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ düzündədir. Yaşayış məntəqəsi ilk dəfə həmin ərazidə məskunlaşmış kələntərli nəslinin adını daşıyır. Etnotoponimdir.
Kələntərli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kələntərli məscidi
Kələntərli məscidi — Bərdənin Kələntərli kəndində yerləşən məscid. XIX əsrin əvvəllərində inşa edilən məscid Azərbaycanda sovet hakimiyyəti qurulana qədər əsas ibadət yeri olub.
Kələntərlik
Kələntərlik—Ali inzibati məmurları, naibləri və s. saxlamaq üçün toplanan vergi. Kələntərlik əsasən Qarabağ xanlığında toplanırdı.
Kələntəroba
Kələntəroba — Azərbaycan Respublikasının Qusar rayonunun Şirvanovka inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 mart 1998-ci il tarixli, 455-IQ saylı Qərarı ilə Qusar rayonunun Şirvanovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kələntəroba kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Oykonim Kələntər və oba komponentlərindən düzəlib, "Kələntərə məxsus oba, Kələntərin obası" mənasındadır. Kollektivləşmədən sonra daimi yaşayış yerinə çevrilmışdır. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir.
Mirzə İbrahim xan Kələntəri
Mirzə İbrahim xan Hacı Mehdi oğlu Kələntəri (1855, Təbriz – 23 mart 1932, Təbriz)—Təbriz şəhərinin meri. == Həyatı == Mirzə İbrahim xan Təbriz şəhərinin Bağimeşə məhəlləsində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. Şərəfəddövlə ləqəbini daşıyırdı. 1906-cı ildə məclisə üzv seçilmişdi. Mirzə İbrahim xan Kələntəri 1932-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Münəvvər Kələntərli
Münəvvər Səməd qızı Kələntərli (21 dekabr 1912, Lənkəran, Lənkəran qəzası – 5 fevral 1963, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. Təhsilini Lənkəranda alan aktrisa 17 yaşında ikən Bakıya gəlib. Gözəl səsə sahib olan Münəvvər Kələntərli qardaşı Haşım ilə birgə konsertlərdə xalq mahnılarını, "Aman nənə", "Kişmiri şal" və "Lolo" kimi el nəğmələrini ifa edirdi. Eyni zamanda tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğam da oxumuşdur. Bundan xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə onu Opera Teatrına dəvət edir və beləliklə də Münəvvər Kələntərli 1933-cü ildən etibarən səhnə fəaliyyətinə başlayır. == Səhnə fəaliyyəti == Opera Teatrında səhnə fəaliyyətinə başlayan Münəvvər Kələntərli Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Sənəm obrazlarını yaratmışdır. Öz arzusu ilə fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirən aktrisa burada F.Əmirovun "Gözün aydın", S.Ələsgərovun "Ulduz", T.Quliyevin "Qızıl axtaranlar", S.Rüstəmovun "Durna", A.Rzayevin "Aya səyahət" və başqa tamaşalarda uğurla çıxış etmişdir. == Kino fəaliyyəti == Münəvvər Kələntərli kino sənətinə Böyük Vətən müharibəsi illərində çəkilməyə başlayan, 1945-ci ildə ekranlara çıxan və dünyanın 136 ölkəsində nümayiş etdirilən "Arşın mal alan" filmində canlandırdığı Cahan xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi.
Yavər Kələntərli
Yavər Abbas qızı Kələntərli (26 mart 1902, Şamaxı – 5 fevral 1979, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir. == Ailəsi == Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 == İstinadlar == == Mənbə == Yavər Kələntərli Yavər Kələntərli == Xarici keçidlər == Yaver Kalantarli — 70 (1972) Yaver Kalantarli — "Shur" Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə.

Digər lüğətlərdə

белько́вый вражду́ющий нахра́пистость не насто́лько обожестви́ть прибау́тчик пустулёзный солева́рня выгла́живать командиро́вочные наэлектризо́ванный руба́шечный эволюциони́стский картуз amplification basnette counterstand crevice Ed Elginshire grandpaternal noncrushable timed люмпен-пролетариат поэтичный