sif. və
zərf [
fars. ]
1. Az.
Yağış yağdı, nəm qaldı; Qəlyan keçdi, dəm qaldı; Bağçada bar bol idi; Dolu vurdu, kəm qaldı. (Bayatı).
[Usta Kərbəlayıya:] Etiqadın kamildir, ruzin kəm! Çəmənzəminli.
□ Kəm etmək (qılmaq) köhn. – azaltmaq, əskiltmək, əskik etmək.
Ol ləhzə həm etmə şəfqətin kəm. Füzuli.
Kəm gəlmək – əskik olmaq, əskik gəlmək, çatmamaq.
Onda kəm gələn qızılı Ələmdar bu uğultulu şəhərin harasından tapa bilərdi? S.Rəhimov.
Kəm olmaq – azalmaq, çatışmamaq, kifayət etməmək.
// Əskik olmaq.
Evlər yıxan ola daneyi-xalı; Bir dəm kəm olmaya məndən xəyalı. Qurbani.
[Sayalı:] İltifatın kəm olmasın! Mir Cəlal.
2. Nöqsanlı, az, çatışmayan.
Aşıq deyər Əlidən; Sözün başlar bəlidən; Ağlı kəm canana bax; Küsübdür mən dəlidən. (Bayatı).
Ağıldan kəm, huşdan çaşqın, dil qanmaz; Şərm etməz qonaqdan, ölməz, usanmaz. Aşıq Ələsgər.
// Alçaq, rəzil, yaramaz, pis.
Var mərdə qul ol, aşıq; Kərəm umma kəm ərdən. Sarı Aşıq.
3. məc. Pis, qaba, kobud, xoşagəlməz.
Qəzəblənmiş sərkar Alagözü təzəcə yanan lampa işığında başdan-ayağa süzüb: – Sən çox kəm danışırsan, xanım! A.Şaiq.
4. Aşağı, əskik.
Key nəşeyi-eşqdən vuran dəm! Məcnunu sağınma Leylidən kəm! Füzuli.
Mənim yarım deyil ol Kəbədən kəm. M.P.Vaqif.
◊ Kəm baxmaq – pis nəzərlə baxmaq, əyri baxmaq, kəc baxmaq.
Mən fələkə neylədim; Fələk mənə baxdı kəm? H.K.Sanılı.
Mən yazığın yenə yatıbdır baxtı; Kəm baxdı dostuna, evini yıxdı. Aşıq Hüseyn.
Ona görə bu dostluğu kəsmişəm; Kəm baxırsan üzbəüzə gələndə. Aşıq Əziz.
Kəm tutmaq – saymamaq, etinasızlıq göstərmək.
Tutma kəm, kim çox kərəmdir həm əzimü-şan sənə; Fəxr qıl, kim padişahlardan gəlir paşaya kürk. M.P.Vaqif.
Qəmin kəm – “eybi yoxdur, fikir eləmə, düzələr”, yaxud “bəxtindir” mənalarında.
[Əlibaba:] Axtar, nəçənnik, taparsan, qəmin kəm. H.Seyidbəyli.