KƏMFÜRSƏT

sif. [ fars. kəm və ər. fürsət] Tündxasiyyət, tündməcaz, tez özündən çıxan, kəmhövsələ. Kəmfürsət adam.
[Amaliya] Otellodan əhvalı bilib, başlayır onu danlamağa və ağzına gələn sözləri kəmfürsət ərəbin haqqında söyləməyə. F.Köçərli.
Camaat arasında [Salmanın] nanəcib, kəmfürsət, bədxah olmasından gizlin-gizlin, yavaş-yavaş, lakin mütəmadiyən danışıq gedirdi. M.İbrahimov.

// İs. mənasında.
[Məlikə:] Biganə əgər olmasa, tez vəslə yetərdik; Kim xeyr görüb düşməni kəmfürsət olanda? Ə.Vahid.

KƏMƏRLİ₁
KƏMFÜRSƏTLİK

Digər lüğətlərdə

абрази́вный алжи́рец бесшо́вный взговори́ть вы́нудиться де́точки малоле́тство неизбе́жный оттени́ться папоротникообра́зные се́рный эспа́да отла́дка предоставля́ть ста́тор catamite com- conduction intercommunity interpupillary misknew seating бактериальный дьячок чемпионат